Bəs, Nahid Bağırov niyə həbs edilmədi? - Həbs olunan Əlişir Süleymanovun kirli zabit "şərəfi..."
Tarix: 6-09-2024, 09:33 | Çap et
Srağagün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının İsmayıllı rayonunda əməliyyat keçirdiyi barədə məlumat yayıldı. Bu gün açıqlanan rəsmi məlumatda göstərilir ki, əməliyyat nəticəsində saxlanılan İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və rayonun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən Cahangir Surxayev barəsində həbs qətimkan tədbiri seçilib. Onların hansı sübutlar əsasında həbs edildiyi istintaqın işidir. Amma bu şəxslərlə bərabər İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov həbs edilsəydi, korrupsiya və rüşvətə qarşı həyata keçirilən bu əməliyyatı daha uğurlu hesab etmək olardı. Nə üçün? BİRİNCİSİ, ölkə üzrə bütün ərazi nümayəndələrinin və bələdiyyə sədrlərinin icra başçılarının tapşırıqlarını icra etdiyi, “kassa” rolu oynadığı heç kəsə sirr deyil. Eləcə də Ə.Süleymanov və C.Surxayev rayonun icra başçısı N.Bağırova yaxınlıqları ilə seçiliblər və onun əmrlərini icra ediblər. Heç şübhəsiz ki, bu amil barələrində həbs qətimkan tədbiri seçilən Ə.Süleymanovu və C.Surxayevi cinayət məsuliyyətindən azad etmir. Əslində Nahid Bağırov da həbs edilməli idi... Faktlara keçək... O, qəsbkarlıqla məşğldur. Belə ki, N.Bağırovun “İvanovka” təsərrüfatına etdiyi qanunsuz müdaxilələr nəticəsində kolxoz külli miqdarda borclandırılıb. İcra başçısının əsas məqsədi təsərrüfatı borclandırıb daha sonra islahat olarsa, həmin kolxozun mülklərinə yiyələnmək, təsərrüfatı qəsb etməkdir. Əldə etdiyim məlumatlardan görünür ki, kolxozun torpaq sahələri 60/40 nisbətində bölgü əsasında əkilir. İvanovka kəndinin sakinləri də bilir və etiraf edirlər ki, icra başçısı N.Bağırov da bu bölgüyə şərikdir. Amma məsələ bununla da bitmir. Rayonda fəaliyyət göstərən sahibkarlar N.Bağırovun qanunsuz müdaxilələri ilə üz-üzə qalıblar. İcra başçısı tərəfindən irəli sürülən qanunsuz tələblər və sahibkarlara qarşı həyata keçirilən total hücumlar rayondakı narazılıqları pik həddə çatdırıb. MƏSƏLƏN, N.Bağırov sahibkar Samir Babayevə məxsus torpağı müxtəlif qanunsuz üsullarla ələ keçirmək istəyir. Niyə? Çünki S.Babayevin İsmayıllı şəhərinin mərkəzində icarə müqaviləsi ilə götürdüyü torpaq daha yaxşı yerdədir, səmərəli və münbitdir, başçının da həmin torpağa gözü düşüb. İKİNCİSİ, icra başçısı N.Bağırovun məsuliyyətə cəlb edilməsi üçün saysız-hesabsız faktlar, iddialar və səbəblər var. Digər rayonlarda olduğu kimi, İsmayıllı rayonunda yolların əsaslı təmiri işləri aparılır. Bəs, sual olunur, İsmayıllı Rayon İcra Hakimiyyəti nə üçün hər ilin sonunda tender keçirir? Belə ki, İsmayıllı rayonunda yolların təmiri üçün ayrılmış vəsaitlər hər ilin sonunda sənədləşdirilir, yollarda asfakt örtüyünün çəkilməsi prosesi isə yay aylarında həyata keçirilir. Bəs, bu necə olur, asfalt ilin ortasında çəkilir, tender isə ilin sonunda keçirilir? Təkcə bu amil İsmayıllı rayonunda dövlət büdcəsinə külli miqdarda zərərin vurulduğunu deməyə əsas verir. Vəsaitlər təyinatı üzrə xərclənmir, talanır. İndi gələk, əsas məsələyə… Barəsində təkrar və klli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi açılan Əlişir Süleymanovun kimliyinə… Bu adamın İsmayıllı rayonunda vəzifədə işlədiyini həbs olunandan sonra bilmişəm. Əgər əvvəldən bilsəydim, onun haqqında yenə yazardım. Çox yaxşı tanıyıram. Onun külli miqdarda rüşvət aldığına, rayonu taladığına, hətta daha böyük cinayətlər törətdiyinə inanıram. Əlişir Süleymanov mənim 2008-2009-cu illərdə xidmət etdiyim 702 saylı hərbi hissənin (Füzuli rayonu) komandiri idi. Həmin vaxt rütbəsi mayor idi. Qərargahdan çölə çıxmırdı, döyüş bölgəsində yerləşən bir hərbi hissənin komandirinin kreslodan ayağa qalxmaması zabit şərəfinə yaraşmayan tərz idi. Ağ rəngdə “Prado” sürürdü. Post əsgərlərinin ərzaqını xüsusi maşınlarla hərbi hissədən daşıdıb Beyləqan rayonunda marketlərdə satırdı. Hətta döyüş postundan briqadaya düşəndə əsgər ərzaqlarının onun şəxsi maşınına - “Prado”ya yükləndiyinin dəfələrlə şahidi olmuşduq. Briqadanın ərazisində yerləşən taborun əsgərləri (onlar pulla, yaxud zənglə ora salınmış əsgərlər idi) pis-yaxşı yeyirdilər, amma post əsgərlərinə - bizə it yeməyi yedirirdilər. Düşmənlə bir neçə metr məsafədə yerləşən postlarımızda xidmət etmək hər əsgərin işi deyildi, “katyol”un tabordan gətirdiyi yeməkləri (iy verən perlova, qreçka) itin qabağına tökürdük, o da yemirdi. Qreçka ilə düşmən qabağında durmaq olardı?! Sağ olsun, postdakı bölük komandarimiz (həmin vaxt baş leytenant) Pərviz Quliyevin sayəsində azacıq da olsa, adam cildində qalmağı, ölməməyi bacardıq. Müxtəlif postlarda xidmət etdiyim 1 il ərzində Ə.Süleymanov bircə dəfə də olsun posta gəlmədi, əsgərlərin durumu ilə maraqlanmadı. Daha sonra nə baş verdi? Bir müddət olardı ki, xidmətimi başa vurmuşdum. Ə.Süleymanovun səriştəsiz və məsuliyyətsiz hərəkətləri nəticəsində hərbi hissədə biabırçı bir olay yaşandı. Elə bir olay ki, yazmaq olmur. Müdafiə naziri məcbur olub hərbi hissənin yerini dəyişdi. Ə.Süleymanov təxris olundu və onun həbsi məsələsi gündəmdə idi. Amma sonda nə baş verdi? Bakıdan hansısa “güclü əl” onu həbsdən azad etmək üçün dəlixanaya saldırdı, guya dəlidir. Daha sonra xəstəliklərlə onu məsuliyyətdən azad etdilər. İndi məlum olur ki, bu adam uzun illərdir İsmayıllı rayonunda yüksək vəzifədə işləyirmiş. Yəqin ki, əsgərlərin haqqı damağında qalıb. Amma bu dəfə çox yeyə bilmədi. Videolarını mənə göndərirlər, türkçülükdən, vətənpərvərlikdə dəm vurur, sosial şəbəkələrdə özünü reklam edirmiş. Vətənpərvərlik libası geyinmiş nə qədər belə rüşvətxor, talançı və cinayətkar var. Hələ mən onun haqqında nəyi yazmaq mümkündürsə, onları yazdım. Əsgər-zabitləri ağır söyüşlərlə təhqir edən, yanına xahiş üçün gələn gənc əsgərlərin valideynlərinə göz dikən (belə məlumatlar var idi) Əlişir Süleymanov layiq olduğu cəzanı almalıdır. Biz, postda bütün bu çirkin xəbərləri eşidirdik. Erməni ilə döyüşə göndərilən əsgərin anasına, bacısına, yaxın qohumlarına qarşı əxlaqsız təkliflər edən belələri zindanda da vicdan əzabı çəkən deyil. Və ən nəhayət, axıska türkü olduğunu deyirdilər. Sadəcə buna da inanmıram.
Müəllif: Samir Feyruzov - Azsiyaset.Com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
|