Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                 

Prezident vətəndaşa hüquq verir, məmurlar isə onu pozurlar - Nədən məmurlar dövlətin qanunlarını manipulyasiya edirlər?
Tarix: 20-10-2014, 10:33 | Çap et
Prezident vətəndaşa hüquq verir, məmurlar isə onu pozurlar
Vətəndaşları ən çox narahat edən məsələlərdən biri də fərdi yaşayış evlərinin tikintisi ilə bağlıdır. Rayon icra hakimiyyətlərinin fərdi evlərin tikintisinə icazə prosedurunu süni yolla mürəkkəbləşdirmələrinə dair, demək olar ki, hər gün şikayətlər eşidilir. Bu cür icazələrin verilməsinə görə vətəndaşlardan rüşvət alınmasına dair mətbuatda da tez-tez məlumatlar yayılır. 2 gün əvvəl Binəqədi rayonunun ərazisində fərdi evlərin tikintisinə icazə verilməsi üçün yerli məmurların tələb etdiyi məbləğlər açıqlanmşdı. Musavat.com saytının araşdırmasından və müraciət edən vətəndaşların məlumatlarından görünür ki, evin mərtəbəsindən və yerindən asılı olaraq icazə qiymətləri dəyişilir. Sirr deyil ki, digər rayonlarda da eyni qaydalar tətbiq olunur. Bütün «qanunsuz» deyilən tikililərin hamısının «icazəsini» icra hakimiyyətləri "qanuniləşdirir". İcra hakimiyyətlərinin icazəsi olmadan «daşı daş üstə» qoymağın mümkünsüzlüyü də hər kəsə bəllidir. Eləcə də xüsusi mülkiyyətində olan torpaq sahəsində də vətəndaşın fərdi ev tikməsinə mütləq icra hakimiyyətinin «xeyir-duası» tələb ounur. Ayrı-ayrı rayonlarda «prosedur fərqi» yalnız məbləğlərdə ola bilər.

Bəs qanunlar nə tələb edir? Vətəndaş özünə məxsus torpaq sahəsində özü üçün ev tikməyə icazə almalıdırmı? Hansı hallarda rayon icra hakimiyyətindən icazə alınması tələb olunur?

Sualları Analitik.az-a şərh edən hüquqşünas Vüsal Kazımzadə şəhərsalma və tikintiyə dair yeni qanunvericilikdə fərdi evlərin tikintisi üçün icazə prosedurlarının sadələşdirildiyini bildirib. Hüquqşünas qanunvericiliyin izahını təqdim etməklə, vətəndaşlara fərdi yaşayış evinin tikintisinə dair prosedurları bilmələri və aidiyyəti icra orqanlarında məmurların haqsız tələblərinə qarşı öz hüquqlarını qorumağı tövsiyə edir.

V.Kazımovun Analitik.az-a bildirdiyinə görə, 01 yanvar 2013-cü il tarixdən qüvvəyə minmiş «Şəhərsalma və Tikinti Məcəlləsi», adından da göründüyü kimi, ölkəmizdə şəhərsalma və tikintinin əsaslarını, qaydalarını tənzimləyir. Məcəllənin müddəalarının təhlilindən belə bir nəticəyə gəlmək olar ki, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, yerli icra hakimiyyəti orqanları tərəfindən tikintiyə icazə verilməlidir.Yəni, bu Qanunda və digər normativ aktlarda tikinti norma və qaydaları nəzərdə tutulur. Bu normalara uyğun olaraq, təqdim edilən tikinti planı üzrə tikintiyə icazə almaq üçün ərazi üzrə yerli icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.

Tikintiyə icazə verilməsi proseduru necədir?

Yerli icra hakimiyyəti orqanları tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 5 iş günü ərzində təqdim olunmuş sənədlərin tamlığını yoxlayır (Məcəllənin 75.3-cü maddəsi). Sənədlər tam təqdim olunmadıqda, yerli icra hakimiyyəti orqanları onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir (Məcəllənin 75.3-cü maddəsi). Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, yerli icra hakimiyyəti orqanları tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və yerli icra hakimiyyəti orqanları tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya 1 ay müddətində rəy bildirilməlidir (Məcəllənin75.4-cü maddəsi). Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, yerli icra hakimiyyəti orqanları iradların olmaması prezumpsiyasından çıxış edir. Bu, o deməkdir ki, sənədlərə qarşı irad yoxdursa, deməli, təqdim olunan layihə-sənədlər tikinti normalarına uyğundur. Sənədlərin tamlığı təmin edildikdən sonra yerli icra hakimiyyəti orqanları tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərir (Məcəllənin75.5-ci maddəsi). Yerli icra hakimiyyəti orqanları tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla 3 ay ərzində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir (Məcəllənin75.6-cı maddəsi).

Hansı hallarda fərdi yaşayış evinin tikintisinə icazə tələb olunmur?

Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur (Məcəllənin 80.1-ci maddəsi). Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur (Məcəllənin 80.2-ci maddəsi). Hüquqşünasın Analitik.az-a şərhinə görə, məlumatlandırma icraatı o deməkdir ki, yuxarıda göstərilən şərtlərə uyğun olan fərdi yaşayış evinin tikintisi üçün vətəndaş yerli icra hakimiyyəti orqanına tikilinin memarlıq-layihəsini təqdim edir. Layihəni müvafiq lisenziyası olan memarlıq-layihə müəssisələri tərəfindən tərtib olunmalıdır. Müvafiq laiyhə əlavə edilməklə təqdim olunmuş ərizəyə 3 ay müddətində yerli icra hakimiyyəti tərəfindən münasibət bildirilməlidir. Bir daha qeyd olunur ki, bu müraciət icazə xarakterli deyil, məlumatlandırma məqsmədi daşıyır. Yəni, vətəndaş özünə məxsus (mülkiyyətində, istifadəsində və ya icarəsində olan) torpaq sahəsində ev tikmək niyyətinə dair icra hakimiyyətinə məlumat verir. Təqdim olunan memarlıq layihəsi tikinti norma və şərtlərinə uyğundursa, icra hakimiyyəti orqanının ona irad, etiraz bildirməsi, hər hansı digər müdaxiləsi qanunsuzdur.

Hansı digər tikililərin inşasına icazə tələb olunmur?

Eyni zamanda, sözügedən Məcəllənin 79-cu maddəsinin tələblərinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:
- hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;
- xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların;
- hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçəboyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);
- hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin;
- kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının;
- tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin;
- fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin;
- təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin;
- yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin, hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların.

Yuxarıda sadalananan tikinti obyektlərinin ölçüləri nəzərdə tutulan ölçüləri keçdikdə, belə obyektlərin tikintisinə də məlumatlandırma icraatı şamil olunur. Lakin, nəzərə alınmalıdır ki, Qanunun 77-ci maddəsinin tələbinə əsasən icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. Bu müddət sifarişçinin yazılı müraciəti əsasında uzadılır. Müddətin uzadılması ilə bağlı hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Prezident vətəndaşa hüquq verir, məmurlar isə onu pozurlar

Hüquqşünasın şərhindən də göründüyü kimi, 3 mərtəbəli, 12 metr hündürlüyü olan fərdi yaşayış evlərinin tikintisinə yerli icra hakimiyyətinin icazəsi tələb olunmur. Vətəndaş özünə ev tikmək niyyəti barədə icra hakimiyyətinə məlumat verir və lazımi sənədləri təqdim edir. Bu cür müraciət icazə almaq yox, məlumatlandırmaq məqsədi daşıyır. Hər kəsə bəllidir ki, sıravi vətəndaşlar özlərinə 3 mərtəbədən arıtq ev tikmirlər. Lakin yerli icra hakimiyyətləri ucdantutma, bütün tikililərə müdaxilə etməklə, əslində Qanunun tələblərini pozurlar. Hüquqşünas V.Kazımzadənin Analitik.az-a dediyinə görə, hətta, təqdim edilən layihə-memarlıq planı norma və qaydalara uyğun olmadıqda belə, yerli icra hakimiyyəti orqanları bu cür layihələrin normalara uyğunlaşdırılmasında vətəndaşa kömək etməlidirlər. Lakin, təəssüf ki, dövlətin qanunları elə dövlət məmurları tərəfindən pozulur. Ona görə də artıq mətbuatda rayon icra hakimiyyətlərinin rüşvət siyahıları dərc olunur.

Əgər qanunun tələbini ilk olaraq məmurlar pozacaqdısa, onda onu qəbul etmək nəyə lazım idi? Bəlkə, məmurlar «qanunlar onları pozmaq üçündür» prinsipi ilə işləməyi düzgün hesab edirlər? Bir də yerli icra hakimiyyətlərinin rəhbərləri də, digər aidiyyəti məmurlar da bilməlidirlər ki, vətəndaşa hüquq verən qanunlar, onları bu vəzifələrə təyin edən Prezidentin imzası ilə qüvvəyə minir. Qanuna riayət etməyən məmurlar, heç olmasa Prezidentin imzasına hörmət etməlidirlər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru