1 milyonluq oğurluğun üstünü açan ARDNŞ əməkdaşı işdən niyə qovuldu? - "Prezidentimizdən kömək istəyirəm"...
Tarix: 21-10-2014, 10:57 | Çap et
Bakı Dərin Özüllər Zavodunda uzun illər laboratoriya mühəndisi, sonra elektrik təchizatı sexinin rəisi işləmiş mütəxəssis vicdanının qurbanı olub... Belə ki, o, Prezidentin korrupsiyaya qarşı mübarizə çağrışlarından ruhlanaraq Dövlət Neft Şirkətinə tabe olan “BOSŞelf” MMC-də baş vermiş 1 milyon manatlıq oğurluğun üstünü açdığına görə mükafatlandırmaq və başqalarına da nümunə göstərmək əvəzinə, əksinə, onu işdən çıxarıblar... Bu barədə Arif Cavadov “Təzadlar”a göndərdiyi şikayət məktubunda yazır. “Mən vicdanımın səsinə qulaq asaraq böyük bir oğurluğun üstünü açdım, dövlətimin maraqlarını qorudum, amma bəzi məmurlar mənə axmaq kimi baxdılar...”
Dünən şikayətçi Arif Cavadovla telefon əlaqəsi yaratdıq və o, şikayət məktubunda yazdıqlarını təsdiqləməkdən əlavə, bizə bəzi sənədlərin və ona verilmiş cavab məktublarının surətini göndərdi. Sözlərindən belə məlum oldu ki, o, çalışdığı müəssisədə dövlətimizin maraqlarına vicdanla yanaşıb, amma... Onun Prezidentə şikayət məktubundan: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə! Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev-25, mənzil-3-də yaşayan Cavadov Arif Səfiyar oğlu tərəfindən Şikayət Hörmətli cənab Prezident! Mən doqquz aydır ki, haqsızlıq və ədalətsizlik qurbanı olduğumu sübut edə bilmirəm. Mənim doqquz ay ərzində on dəfə müraciyət etdiyim Baş Prokurorluq, MTN, Ombudsman və Dövlət Neft Şirkəti şikayətimi araşdırmır. İfşa elədiyim 1.000.000 azn dəyərində mal və material oğruları hələ də azadlıqdadırlar. Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun mənə ünvanladığı məktubda yazır ki, məlum oğurluq hadisəsi baş vermiş “BOSŞelf” MMC ARDNŞ-nin strukturuna daxil olmadığı üçün ona nəzarət imkan xaricindədir”. Bəs onda “BOSŞelf”ə niyə Dövlət Neft Şirkətinin ən aparıcı müəssəsini idarə etməyə icazə verilib? Onlar Azərbaycan Dövətinin daxilində özbaşnalıq edirlər, hətta əlli tonluq körpülü kranın üç gün yalandan “detal yoxdur” deyərək saxlayırlar. Halbuki qizli anbarda detallar var və üç gün ərzində sifariş yazılır, pullar mənimsənilir, sonra kran təmir olunur. Bu korrupsiya deyil, həm də bu artıq sobatajdır. Onların düşmən dəyirmanına su axıtmaları mənim vicdan və əqidəmə zidd olduğu üçün bu addımı atdım. Həmçinin ilk növbədə Sizin, cənab Prezident, korrupsiya ilə mübarizə kampaniyanızdan ruhlandım. Dövlətimizin BMT-nin Korrupsiyaya qarşı mübarizə konvensiyasına qoşulmasını Baş Prokurorluqda da inanıram ki, yüksək dəyərləndirirlər. Amma nədən hələ də “Get kimə şikayət edirsən-et!, -deyən məsuliyyətsizlərin fəaliyyətinə son qoyulmur? Vicdan susmayanda...
Həqiqətən də ağrılı məsələdir. Niyə dövlətinin iqtisadi maraqlarına vicdanlı münasibət bəsləyənə belə münasibət olsun? Özü demiş, vicdanlı olmasının qurbanı olan şikayətçi Arif Cavadovla söhbətimizdən belə məlum oldu ki, o, 1988-ci ildən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda işləyib. Düz 25 il: -Əvvəllər laboratoriyada mühəndis vəzifəsində çalışmışam, sonrakı illərdə isə elektrik təchizatı sexinin rəis müavini işləmişəm. 2012-ci ildə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev zavoda gəldi və işçilərlə görüşdü. Məlum oldu ki, zavod 10 il müddətinə “BOS-şelf” MMC-yə icarəyə verilir. Hətta zavodun 2000-dən çox işçisinin bəzi sualları oldu ki, gələcəkdə iş problemi olmayacaq ki? O, üzünü bizə tutaraq dedi ki, icarəçinin xarici şirkət olması ilə kadr sistemində xüsusi bir dəyişikliyin olmayacaq. Yəni, hamı öz işində qalıb işləyəcək. Əslində, biz - dövlət müəssisəsində işləyənlər xarici MMC-lərdən ehtiyatlanırıq. Onlara etibar etmək çətindir. Uzun illər zavodda işləmişik, heç bir problemimiz yox idi. 2013-cü ilin əvvəlindən bizimlə əmək müqaviləsi bağlandı. Əvvəl 3 aylıq, sonra illik. Ötən il seçki ili olduğu üçün Prezident də televiziya ilə çıxışlarında korrupsiya ilə mübarizənin vacibliyini vurğulamışdı. Bunu ən az 20 dəfə mən özüm eşitmişəm. Nazirlər Kabinetindəki çıxışları, Baş Prokurorluğun korrupsiya ilə mübarizə konsepsiyası və s. ürəyimcə olub. Həm də düşünmüşəm ki, niyə də xarici şirkət Azərbaycanda korrupsiyaya ilə məşğul olmalıdır. Axı məhz Avropadır ki, bizi də Sovet sistemindən fərqli, təmiz yaşamağa çağırır. Həmin dövrdən bizim zavodun enerji və mexanika sahəsinə Seymur Hacıyev adlı şəxs kuratorluq edirdi. O, 3-4 ildir BOS-şelf MMC-də çalışır. 2013-ci ilin oktyabr ayında S.Hacıyevin zavodumuzun ərazisində gizli anbar kimi saxladığı saxlancda çoxlu mal və materiallar barədə işçilərdən biri zavod rəhbərliyinə məktubla məlumat verdi. Onun anbarlarda saxladığı elektrik avadanlıqları bir neçə dəfə dövriyyəyə buraxılmışdı. Sənədlərdə yazılırdı ki, guya mal alınıb istifadəyə verildi, əslində isə həmin mal alınmırdı. Yəni alınsaydı, biz sex işçiləri bunu görərdik. Bu məsələdən bir xeyli keçdi... Bunun müqabilində zavodun rəhbərliyi daxildə bir komissiya təşkil elədi, 2013-cü ilin oktyabr-dekabr aylarında gizli anbarlarda saxlanılan, dəfələrlə dövriyəyə buraxılan 1 milyon manat dəyərində mallar siyahıya alındı və götürüldü, sonra zavodun əsas anbarına yığıldı. Bundan sonra başımıza müsibətlər gəlməyə başladı. S.Hacıyev bu qədər malın əlindən çıxması ilə əlaqədar müraciət edəni axtarmağa başladı. Mən də dövlətimizin maraqlarından, Prezidentin korrupsiya ilə mübarizə çağırışlarından ruhlanaraq bu məsələyə qarşı etiraz səsimi qaldırdım. Bildirdim ki, dövlətin malı niyə də oğurlanmalıdır? Bir sözlə, günahkar S.Hacıyev cəzalanmalıdır və s. 2013-cü ilin dekabrın 23-də məni işdən çıxartdlar. Adını da qoydular ki, müqavilə müddətim bitib. Heç bir izahat vermədilər. 25 illik qüsursuz işləməyimi də nəzərə almadılar... Ortada komissiya aktı, maddi sübut ola-ola, anbarlardakı malları gözləri ilə gördükləri halda Seymur Hacıyevə bir kəlmə də söz demədilər... -Niyə? -Çünki o, hamının bildiyi kimi, yüksək vəzifəli bir şəxsin kadrıdır... Hansı ki, biz tələb edirdik ki, S.Hacıyev işdən azad olunmalı və cinayət işi qaldırılmalıdır, amma bu baş vermədi. Əksinə, onun hörməti bir az da qalxdı, çünki hamıda belə təsəvvür yarandı ki, artıq o, “odda yanmaz, suda batmaz”dır. Mən sonra zavodun direktoru Axundova məktub yazıb soruşdum ki, Seymur Hacıyev milyonlarla manatlıq mal “yediyi” halda işdən çıxarılmayıb, mən niyə işdən çıxarılıram? Mənim oğlum əlində silah Tovuzda səngərdədir, sənin kimiləri qoruyur. Xahiş edirəm, bu suala cavab verin. Amma cavab vermədilər. 2014-cü il yanvar ayının sonları zavodun mühafizə üzrə meneceri Azər mənimlə görüşdü, direktora göndərdiyim məktubda yazdıqlarımı sübuta yetirəcəyimə şübhə ilə yanaşdığını söylədi. -Niyə Dövlət Neft Şirkətinin rəhbərliyinə şikayət etmədiniz? -Etdim... Şikayətimdən sonra şirkətin audit şöbəsinin işçisi Zalid Tağıyev mənimlə görüşdü və korrupsiya faktları ilə bağlı məlumatları ətraflı olaraq ona açıqladım... O isə söz verdi ki,bu faktlar barədə rəhbərliyə məlumat verəcək. Buna cavab olaraq şirkətin vitse-prezidenti Mikayıl İsmayılov 12 mart 2014-cü ildə mənə cavab məktubu göndərdi. Məktubda “BOS-şelf” MMC-nin ARDNŞ-nin strukturuna daxil olmadığını əsas gətirərək ordakı problemlərin SOCAR-a aidiyyatı olmadığını yazmışdı. Maraqlıdır, dövlətimizin malını kimin oğurlamasından asılı olmayaraq, tədbir görülməli idi. Həm də bizim Dərin Özüllər Zavodu xarici şirkətə satılmayıb, icarəyə verilib... M.İsmayılov məktubunun sonunda aidiyyatı qurumlara müraciət etməyimi məsləhət bilmişdi. Mən də bundan sonra İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman), Prezidentə yazdım. Şikayətim SOCAR-a göndərilmişdi. Mənimlə əlaqə saxlayanlara dedim ki, söhbət mənim işə bərpa olunmağımdan getmir. Mən korrupsionerləri ifşa eləmək istəyirəm, onların korrupsioner olduqlarını sübut etdikdən sonra işə qayıtmaq barədə fikirləşərəm. İnanın, düz 10 dəfə Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə də məktublar göndərmişəm. Onlar da müraciətlərimi şikayətçi olduğum firmanın, şirkətin rəhbərliklərinə ünvanlayıblar. Maraqlıdır, bəzən 30-40 min manatlıq mal-material çırpışdıran məktəb direktorunui həbs edirlər, amma dövlətin 1 milyon manatlıq malını oğurlayana bir kəlmə də söz deyilmir... Sonradan “BOS-şelf” MMC-nin insan resursları məsələləri və DİŞ ilə iş üzrə meneceri Qalib Həsənov mənimlə görüşdü. O, mənə dedi ki, bu şirkət beynəlxalq standartların tələbi olaraq layihələrdə iştirakın və şəffaflığın təmin edilməsi məqsədilə “Ernst & Young”, “Bureau Veritas” kimi beynəlxalq audit şirkətləri tərəfindən hər il mütəmadi tam daxili auditdən keçir. Mən isə ona dedim ki, təkcə mən yox, onlarla zavod işçisi 3 ay ərzində gizli anbarlarda saxlanılan malların siyahıya alınıb müsadirə edildiyinin şahidi olmuşuq. Audit şirkətləri isə sizin kağızları araşdırır. Orada isə təbii ki, oğurluq görünmür... Hansı ki, Seymur Hacıyev sabotajla məşğuldur. Məsələn, o, 50 tonluq kranın işini “kontakt yoxdur” bəhanəsi ilə üç gün dayandırıb və həmin müddətdə sifariş yazdıraraq pulunu mənimsəyib, ondan sonra kranı gizli anbarda saxladığı detallarla işə salıb. Fakt budur ki, 200-dən çox “kontakt” həmin gizli anbarda vardı. Onu almaq üçün sifariş yazdılar, tələb olunan malın pulu ayrıldı, mənimsənildi və ondan sonra guya “kontakt alınıb gətirildi”, kran “təmir olundu”. 3 gün boş yerə işi dayandırdılar. Bu barədə yazdıqlarım da bir fayda vermədi. Təsəvvür edin, generator yüksüz işləmə vaxtı, tutaq ki, 300 litr yanacaq yandırırsa, yük altında işləyəndə 500 litr yandırır. Generator adətən yüksüz işləyir. Lakin onlar həmişə 500 litr sərf olunduğunu yazırlar. Bununla da gün ərzində 1 ton yanacaq sərf olunursa, 2-3 ton silirlər... Məni ilk növbədə Hacıyevin qanunsuz hərəkətləri maraqlandırır. Bu hadisələr baş verəndə və komissiya onun kələyinin üstünü açanda o, mənim adımı verib işdən çıxartdırmışdı və özü isə Truskavesə qaçmışdı. Mənimlə birgə Ramiz Kərimov da işdən çıxarıldı. O, McDermott şirkətində “qızıl kaska” daşıyan energetika mütəxəssisi idi. Dərin biliyə malik bir insandır. 2-3 il idi BOS-şelf-də işləyirdi. Mənimlə yoldaşlıq etdiyinə görə “repressiyalılar siyahısı”na düşdü. Dövlətimizin Konstitusiyası, Cinayət Məcəlləsi var, korrupsiyaya qarşı mübarizə aparırıqsa, Parlament BMT-nin Korrupsiya ilə Mübarizə Konvensiyasını ratifikasiya edibsə, bu mübarizə həqiqətən də aparılmalıdır. Mən də bunu vətəndaş kimi tələb edirəm. Bu zavodda konkret şikayət və bir korrupsioner qruplaşma var. Hətta Seymur Hacıyevin əməlləri barədə direktor İxtiyar Axundova zəng edib, bildirilib. Amma o, Seymuru himayə edir. Belə çıxır ki, mən Prezidentin korrupsiyaya qarşı mübarizə barədə çağırışlarının və vicdanımın qurbanı olmuşam. Ona görə də Prezidentimizdən kömək istəyirəm... *** Mövzuya qayıdacağıq və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. \\ tezadlar.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|