Siyəzənin icra başçısı rayon sakinlərini biznes maraqlarına necə qurban verir... - Arif Qasımov ünlü iş adamı imiş...
Tarix: 25-10-2014, 14:44 | Çap et
Siyəzən rayonunda sosial problemlər bitib-tükənmək bilmir. Rayondakı mötəbər mənbələrdən aldığımız məlumatlara görə, Siyəzən İcra Hakimiyyətinin başçısı Arif Qasımovun imza atdığı bir sıra xoşagəlməz işlər yerli əhalinin narazılığına səbəb olub. Mətləbə keçməmişdən öncə qısaca bildirək ki, Arif Qasımov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. O, Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib.
Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayonu İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləyib. İcra hakimi vəzifəsinə təyin olunana qədər isə Nizami Bələdiyyəsinin sədri olub. Arif Qasımov prezidentin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Mənbənin verdiyi məlumatda deyilir ki, Arif Qasımov Siyəzənə icra başçısı təyin olunandan sonra rayonda çoxsaylı sosial problemlər baş qaldırmağa və yerli məmurların özbaşına əməllərinin sayı artmağa başlayıb: "İlk növbədə, onu demək istəyirəm ki, icra başçısı bu vaxta qədər vətəndaşlarla normal münasibət qura bilməyib. Yerli idarə və müəssisələrin rəhbərləri vətəndaşlara qarşı haqsızlıq edirlər. Bundan narazı qalan insanlar başçı ilə görüşüb problemlərini ona danışmaq istəsələr də, buna nail ola bilmirlər. Çünki Arif müəllim hansısa problemlə bağlı onunla görüşmək istəyən şəxsləri qəbul etmir. İkincisi, son illər ərzində rayon ərazisində nəzərəçarpacaq quruculuq-abadlıq işləri aparılmayıb. Daha doğrusu, başçı prezidentin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ayırdığı külli miqdarda vəsaiti başqa-başqa işlərə sərf edərək Siyəzənin bərbad vəziyyətə düşməsinə zəmin yaradıb. Mərkəzi küçələr istisna olmaqla, kəndlərdə yolların vəziyyəti həddən artıq acınacaqlıdır. Bələdiyyələr üzərlərinə düşən işin öhdəsindən lazımi səviyyədə gələ bilmirlər. Buna baxmayaraq, rayon rəhbəri həmin bələdiyyələrin rəhbərlərini danlamır. Vətəndaşları narahat edən əsas problemlərdən biri də səhiyyə sistemindəki çatışmazlıqlarla bağlıdır. Belə ki, Siyəzən rayonunun səhiyyə şəbəkəsinin tabeliyindəki tibb ocaqlarında xoşagəlməyən işlər cərəyan edir. Dövlət büdcəsindən hər il güzəştli kateqoriyadan olan xəstələrin pulsuz dərman preparatları ilə təmin olunması üçün Siyəzən Rayon Mərkəzi Xəstəxanasına irihəcmli vəsaitlər ayrılır. Lakin başçının müdaxiləsi ilə bu vəsaitlərin müəyyən hissəsi təyinatdan kənar işlərə sərf edilir. Təhsil və mədəniyyət sahəsində də vəziyyət eynidir. Ümumiyyətlə, rayonda büdcə hesabına maliyyələşən nə qədər qurum varsa, onların rəhbərləri başçının bəzi maraqlarını təmin edirlər". Arif Qasımovun üç illik fəaliyyəti dövründə saysız-hesabsız qanun pozuntularına yol verdiyini deyən mənbə qeyd etdi ki, adıçəkilən məmur bunun nəticəsində rayonda böyük biznes şəkəbəsi yaradıb: "Məndə olan məlumata görə, onun bir neçə ferması, üzlük daş sexləri və digər ticarət obyektləri var. Başçı rayonda təmir-bərpa işlərinə lazım olan tikinti materiallarını və üzlük daşlarını özünə məxsus obyektlərdən aldırır. İcra hakiminin həmçinin Bakıda da bəzi obyektlərinin və bir neçə mənzilinin olduğu deyilir. Rayon camaatı isə böyük məhrumiyyətlər içərisində yaşayır. Siyəzəndə ölkənin müvafiq qanunları yox, yalnız başçının dediyi sözlər keçərlidir. Büdcədən ayrılan vəsaitlərin hara və necə xərclənməyindən heç kimin xəbəri yoxdur. Bu vaxta kimi görülən abadlıq işləri konkret sahibkarların pulu ilə olub. Başçının yaxın adamları, konkret olaraq müavinləri iş adamlarına deyir ki, filan işi görməlisən vəssalam. Sahibkarın ixtiyarı nədir ki, icra hakiminin göstərişinə əməl etməsin. Əks halda, Arif Qasımov həmin sahibkarların fəaliyyət göstərməsinə imkan vermir. Problemlərdən biri də torpaqların bölünməsi ilə bağlıdır. Başçı ayrı-ayrı sakinlərin istifadəsində olan torpaqları qeyri-qanuni şəkildə başqalarına satır. Ki, bu da narazılıq hallarının artmasına səbəb olub". Mənbənin sözlərinə görə, Siyəzəndə təmir-bərpa işlərinin görülməsi üçün keçirilən tenderlərin bir çoxunda icra hakiminə yaxın olan şirkətlər qalib gəlir: "Bir neçə faktı diqqətinizə çatdırmaq istəyirəm. Rayonun Məşrif yolunun təmiri üçün dövlət büdcəsindən 1 milyon 961 min manat pul ayrılmışdı. Mənim bildiyimə görə, bu yolun təmirinə cəmi 356 min manat vəsait sərf olunub. Yerdə qalan pulun isə hansı ünvana getdiyi məlumdur. Başçı Siyəzəndə YAP-ın binasının tikinti-təmir işlərini özünə yaxın olan "Exiles-STS" şirkətinə həvalə edib və nəticədə şəxsi büdcəsini xeyli genişləndirib. Problemlər saymaqla bitən deyil. Hazırda rayonda demək olar ki, hər sahədə problem var. İcra hakimi isə vətəndaşları narahat edən problemlərin həlli üçün heç bir iş görmür". Biz mənbənin söylədiyi fikirlərin həqiqətə uyğun olub-olmadığını tam əminliklə deyə bilmərik. Hər halda, vətəndaşlar problemlə üzləşməsəydi, başçının qanunsuz əməllərindən şikayət etməzdi. Yəqin ki, hörmətli Arif müəllim bu tənqidlərdən sonra özbaşına əməllərindən əl çəkəcək və vətəndaşların qayğısına qalacaq. Növbəti saylarımızda icra başçısının paytaxtın Nizami rayonu ilə bağlı planları və tələbə oğlunun kübar həyat tərzi ilə bağlı şok faktları ortaya qoyacağıq. Bizi izləməyi unutmayın. \\ gundelik-baki \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|