İranlı ayətullah Azərbaycan dindarlarına və rəsmi Bakıya yenidən müraciət etdi – “Əgər İmam Hüseynə xidmət göstərmək istəyirsinizsə”...
Tarix: 27-10-2014, 09:51 | Çap et
DİA.AZ: - İranın tanınmış din xadimlərindən olan, əslən Azərbaycan türkü, Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili yenə də Azərbaycanla bağlı çağırış edib. DİA.AZ bildirir ki, Azərbaycan dindarlarını Aşura günü fəallığa səsləyən Seyid Həsən Amili inanclı insanlarımızı Azərbaycanın bütün şəhərlərində izdihamlı aksiya keçirməyə səsləyib.
DİA.AZ olaraq həmin materialı təqdim edirik:
“Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata əsasən Ayətullah Seyid Həsən Amili məhərrəm ayının istiqbalı münasibəti ilə 13-cü toplantıda Ərdəbildə məscidi-əzəmdə çıxış edərək deyib: Bu gün bizim 1400 illik mədəniyyətimiz düşmənin böyük ideoloji hücumuna məruz qalıb. Dini dəyərlərə istinadla, İmam Hüseynə (ə) eşqlə dini mədəniyyət irsini və dəyərləri müdafiə etmək, düşmən hücumlarının qarşısını almaq zəruridir.
Cənab Amili İmam Hüseyn (ə) isarının gənc nəsil üçün nümunə olduğunu vurğulayaraq deyib: “Müsəlmanlar, xüsusi ilə gənclər böyük İslam mədəniyyətinə ehtiram və İmam Hüseyn (ə) isarından nümunə götürməklə günahdan uzaq olmalıdır. İmam Hüseyn (ə) müsəlmanlar üçün layiqli və üstün bir nümunədir.
Ərdəbilin imam-cüməsi deyib: İmam Hüseyn (ə) İslam dəyərlərinin müdafiəsi və cəmiyyətin islahı üçün isar yolunu tutdu, onun bütün təlaşları sağlam İslam cəmiyyəti qurmaq üçün idi. İslam dəyərlərinə sadiq hakimiyyət üçün bu gün də belə bir mübarizə gündəmdədir, biz indi də İmam Hüseynə (ə) ehtiramla alçaq və hiyləgər düşüncələrlə mübarizə aparmalıyıq.
Cənab Amili buyurub ki, İmam Hüseynin (ə) şüarı beynəlxalq ölçülərə malik şüardır. O deyib: Bu gün həqiqi müsəlmanların vəzifəsi budur ki, İmam Hüseyn (ə) qiyamının məqsədlərini olduğu kimi təbliğ edib, yaysınlar. Çünki Kərbəla şüarları bəşər cəmiyyətinin tərəqqisi üçün verilmiş beynəlxalq ölçülü şüarlardandır. Xibrə məclisində Ərdəbil xalqını təmsil edən cənab Amili vilayətə tabeçilik və tayfabazlıqdan uzaqlığı İslam cəmiyyətinin hazırkı zərurətlərindən sayaraq buyurub: “Hicab və iffətin qorunması, əzadarlıqda ifratçılıqdan çəkinmək, əmr be məruf və nəhy əz münkərin dirçəldilməsi, vacib əmrlərə əməl etmək diqqət mərkəzində saxlanılası əsas məsələlərdəndir.”
Cənab Amili İmam Hüseynə (ə) ağlamağın fəziləti haqqında deyib: İmam Hüseyn (ə) üçün əzadarlıq və ağlamaq Peyğəmbərə (s) itaət və hörmət ünvanında yerinə yetirilir. Bu iş insanı Allahın qəzəbindən uzaqlaşdırır, bəlaların qarşısını alır. Allah-Taala Kərbəla hadisəsi zamanı İmam Hüseynə (ə) ağlamaq və əzadarlıq üçün 4 min mələk göndərdi.
Vəliyyi fəqihin ustandakı nümayəndəsi vəhabiliyin İmam Hüseynə (ə) əzadarlıq və göz yaşını şirk sayması ilə bağlı dedi: Sünnə əhli və şiələr arasında İmam Hüseynə (ə) ağlamaq yüksək dəyərə malikdir. Heç bir sünni bu işə qarşı olmayıb və özü də İmam Hüseyn (ə) əzasında göz yaşı axıdır. Vəhabilərin məqsədi sünnə əhli və şiələr arasında təfriqə yaratmaqdır. Onların bu təlaşı səmərə verməyəcək.
Cənab Amili İstanbulda və digər yerlərdə Aşura günü əzadarlıq üçün toplaşan şiələrə təşəkkür edib. Ərdəbilin imam-cüməsi Azərbaycan respublikası əzadarlarına xitabən deyib: Əgər İmam Hüseynə (ə) böyük xidmət göstərmək istəyirsinizsə Aşura günü hər bir şəhərdə böyük izdihamla əzadarlıq edin.
Cənab Amili yada salıb ki, dünyanın böyük gücləri Azərbaycan hökumətinə ölkədə vəhabiliyin gücləndirilməsi ilə bağlı göstəriş verib və onlara təzyiq göstərilməməsini tapşırıb. Cənab Amili deyib: Onların siz şiələrin şəxsiyyətini tanıması üçün Azərbaycan Respublikasında əzəmətli əzadarlıq keçirin. İzdihamlı əzadarlıq səbəb olar ki, ermənilər və vəhabilər Aşuranın mənasını anlayar, müsəlman Azərbaycan xalqının Aşura əhli olub, Aşura əhli qalacağını dərk edər.
Ərdəbilin imam-cüməsi Azərbaycan hökumətinə xitabən deyib: Azərbaycan dövləti əzadarlıq toplantılarından qorxmasın. Hüseyn (ə) əzadarlarını bu Respublikada vəhabilər və ermənilər qarşısında sıxıntıya salmaq olmaz. Əzadarlar İmam Hüseynə (ə) sevgilərini bacardıqları həddə əzəmətlə dünyaya göstərməlidir.
Cənab Amili Tasua və Aşura əzadarlıqlarında iştirakı vacib əmri yerinə yetirmək kimi dəyərləndirərək deyib: Hüseyn (ə) əzadarları bu mərasimlərdə dini dəyərləri qorumalı, vacib əmrləri yerinə yetirməlidir. Əzadarlıq təkcə hisləri yüngülləşdirmək üçün deyil. Həm də bu əzadarlıq məhərrəm ayının 10 günü ilə başa çatmır, bu qiyamın məqsədləri dirçəldilməlidir. Cənab Amili məhərrəm ayı əzadarlığında fərdi və ictimai hüquqların gözlənilməsini zəruri sayaraq deyib: “Əzadarlıqlarda, şəbih və növhə mərasimlərində bidət əməllərə yol verilməməlidir. Məddahlar, vaizlər, şəbih oxuyanlar diqqətli olmalıdır ki, qeyri-münasib musiqi və ayinlərdən istifadə olunmasın, İmam Hüseyn (ə) qiyamının məqsədlərinə düzgün yanaşılsın.””
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|