Gəncə Dövlət Universitetində fövqəladə iclaslar - Bu təhsil ocağında baş verən qanunsuzluqlar – FAKTLARLA
Tarix: 1-11-2014, 13:47 | Çap et
DİA.AZ: - DİA.AZ-a Gəncə Dövlət Universitetində baş verən özbaşınalıqlarla bağlı ilginc faktlarla zəngin bir məqalə daxil olub. Həmin məqaləni təqdim edirik:
“23 oktyabr 2014-cü il tarixində Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusifov elmi şuranın üzvləri ilə birgə genişlənmiş iclas keçirib. İclasda Y.Yusifov cənabları «Fizika və texniki fənlər» fakültəsinin dekanı İ.Qasımovu fakültədə baş verən rüşvət və özbaşınalıq hallarına görə sərt tənqid edərək, ona ciddi xəbərdarlıq edib.
Cəzalandırılmaqdan qorxan İ.Qasımovun canına titrəmə düşüb. Bu iclasdan dərhal sonra İ.Qasımov fakültənin kafedralarında ayrılıqda iclaslar keçirərək «oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı» üsulundan istifadə etmək istəyib. Onun məqsədi fakültədə baş alıb gedən rüşvətxorluq hadisələrində kafedra müdirlərini və müəllimləri günahkar görmək idi. Lakin, o müəllimlərin sərt təpkiləri ilə qarşılaşıb. Çünki fakültənin bütün müəllimləri və tələbələri bilirlər ki, rüşvət piramidasının başında dekan İldırım Qasımovun özü durur. Onun «xeyir-duası» olmasa, yəni ona rüşvət çatmasa kimin nə ixtiyarı var əlini «ağdan –qaraya» vursun. Özü demiş-bu fakültənin yiyəsi odur! Müəllim kimdir ki, 600-700 manat alıb tələbəni «aylığa» buraxsın, 150-200 manat «toy şirinliyi» alıb bəy və ya gəlinə bir aylıq icazə versin!
Fakültənin tələbələri qardaş-bacı, qohum-əqraba toylarına iki günlük icazəni 15 manata alırlar. Dekan müavini, həm də dekanın kirvəsi olan Yəhya Namazov təsviri incəsənət müəllimliyi ixtisasının III kursunda oxuyan tələbəni «aylığa» buraxmaq üçün onun həyat yoldaşından 500 manat alıb. Sentyabr ayının sonunda ona öz telefonundan zəng edərək əlavə 200 manat da istəyib. Deyib ki, aylıq kollokviumlara çox pul istəyirlər. Bu tələbənin adını və soyadını hələ yazmırıq.
Kollokviumlardan söz düşmüşkən, qeyd edək ki, İldırım Qasımovun pul yığanları «şıdırğı» fəaliyyətdədir. Bir fənn üçün 40-50 manat tələb edirlər. Kollokviumların qiyməti fəndən asılı olaraq dekan İ.Qasımov tərəfindən təyin olunur.
Fizika ixtisası üzrə IV kurs tələbəsi Məmmədzadə Aytac bir aydan çoxdur ki, dərsə gəlmir. Toy ediblər – Allah xoşbəxt eləsin! Lakin qrup jurnalında ona bir saat belə qaib yazılmamışdır. Tələbə yoldaşları deyir ki, Aytac bir illik dərsə gəlməməyin və iki imtahan sesiyasının «optovoy» pulunu dekan İ.Qasımova verib-nə az,nə çox,düz 2000 manat.
III kurs texnologiya müəllimliyi ixtisasının tələbəsi Xəlilova Bəyimi və təsviri incəsənət müəllimliyi ixtisasının III kurs tələbəsi Bəhlulzadə Gülnuru sentyabrın 20-dən sonra dərslərdə görən olmayıb.Hər iki tələbə dekan müavini Yəhya Namazova 700 manat verərək həm “aylıqlarının” , həm də kollokviumlarının haqq hesabını ödəyiblər.
Fizika müəllimliyi ixtisasının III kurs tələbəsi Leyla Əhmədovanın üzünü dərslər başlayandan bu günə kimi qrup yoldaşları heç görməyiblər ki, salamlaşıb görüşsünlər.
Fakültədə aylıqda olan tələbələrin sayı onlarladır.Bu tələbələr haqqında məlumatlar tam dəqiqləşdirildikdən sonra hüquq mühafizə orqanlarına təqdim olunacaqdır. Bu tələbələrə İ.Qasımovun qəti göstərişi ilə qrup jurnallarında qayiblər yazılmır.
Ara-sıra dərsə gəlməyən tələbələrə qrup jurnallarında qaib yazılmır. Qeydiyyat dekan müavini Yəhya Namazovun tərtib etdiyi şəxsi «qara jurnalında» aparılır. Müəyyən vaxtdan sonra həmin tələbələr dekanlığa çağırılır, universitetdən xaric olunacaqları ilə qorxudulur, rüşvət müqabilində həmin qaiblər silinir. Rüşvət verməyən tələbələrə isə dekan İ.Qasımov töhmət verir və onların siyahısı fakültənin elanları lövhəsinə yerləşdirilir.
Bərəkallah, çox mütərəqqi metoddur!
Fakültədə rüşvət mexanizmi bazar iqtisadiyyatına uyğun qurulub. Keçən tədris ilində I kurslarda qrup nümayəndəliyi üçün 400-500 manat alınıb. Bu il bazarda bahalıq baş verdiyindən qrup nümayəndəliyi üçün 600-700 manat tələb olunub. Özü də pulu yeni təyin olunmuş qrup nümayəndəsinin valideynindən bir aylıq «sınaq müddətindən» sonra alırlar. Qorxurlar ki, birdən bu naşı və xam qrup nümayəndələri pulla təyin olunduqları haqqında ağızlarından söz qaçırdarlar və ya onların hansındansa müəllimlər tərəfindən narazılıq və şikayət olar.
Dekan İ.Qasımov və onun müavini Y.Namazov onları öyrədiblər ki, bu bir ayda valideynlərinizin canına and için ki, pul verməmisiniz.
Bərəkallah ustadına!
Heç şeytanın da ağlına gəlməz!
Usta demişkən, İldırım Qasımov bir vaxtlar Gəncə şəhərində peyk antenalarının quraşdırılması ilə məşğul olub.O,evlərin birinin damından digərinin damına məharətlə tullandığı üçün «kəpənək İldırım» ləqəbini qazanmışdır.
İndi isə paltaryuyan maşınların təmiri ilə də məşğuldur.Yaxşı ustadır, əlləri qızıldır, lakin İldırım Qasımov yəqin ki indi «çamaşır İldırım» adına layiq görüləcək.
30 0ktyabrda Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının sabiq direktor müavini Xatirə Həsənovanın “Youtube” kanalı vasitəsi ilə ölkə başçısı Prezident İLHAM ƏLİYEV cənablarına ünvanladığı videomüraciətdən İldırım Qasımovun bu filialda uzun müddət 0,5 ştat qeyri qanuni müəllim işlədiyi məlum olmuşdur.Hal hazırda isə İldırım Qasımov AMİ-nin Zaqatala filialında 3 ildən çoxdur ki,elektrik montyoru işləyir.Eyni vaxtda 1,5 ştat GDU-da,1 ştat isə AMİ-nin Zaqatala filialında işləmək əmək məcəlləsinin kobud pozulmasıdır.
Rüşvətlə aldığı 50 min dollarlıq «Prado» markalı çipinin aylıq benzin xərci onun aylıq maaşı civarındadır. Bəs görəsən İ.Qasımov ailəsini cah-cəlalla hansı pullarla dolandırır? Toylara 100-200 manatları, yas yerlərinə 30-50 manatları kimdən borc alır? Bu gün fakültənin tələbələri Allaha dua edir, qurban deyirlər ki, universitetin rəhbərliyi onların canını bu rüşvətxor və qaniçən kirvələrin əlindən alsınlar. Artıq bıçaq sümüyə dirənib! Bu tələbələr ümid edirlər ki, hörmətli rektor Yusif Yusifov qısamüddətli məzuniyyətdən qayıtdıqdan sonra «Fizika və texniki fənlər» fakültəsində baş verən rüşvət və korrupsiya hallarının başında duran İldırım Qasımov haqqında ciddi ölçü götürəcəkdir.
Bu yaxınlarda Prezident yanında Dövlət İdarəçilik akademiyasında keçirilən müşavirədə Prezident Adminstrasiyasının rəhbəri ,akademik Ramiz Mehdiyev cənabları ali məktəblərdə təhsilin səviyyəsinin qaldırılması üçün mühüm addımlar atılacağı barədə açıqlamalar vermişdir.Bu mühüm addımların birincisi yəqin ki,ali məktəbləri İ.Qasımov və Y.Namazov kimi rüşvətxor dekanlardan təmizləmək olacaq”.
Zakir Hüseynov”
DİA.AZ-dan: Yazıda adları keçən bütün şəxsləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
|