Azərbaycanın ən böyük meyvə-tərəvəz bazarına qarşı şok ittihamlar - Çirkli pulların yuyulduğu ünvan...
Tarix: 26-11-2014, 09:26 | Çap et
Azərbaycanın ən böyük meyvə-tərəvəz bazarlarından biri kimi tanınan "Meyvəli" Meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazası ilə bağlı ciddi problemlər gündəmə gəlməkdədir. Bazarda ticarətçilərə qarşı münasibət, qanunsuz pul yığımı, anti-sanitariya və digər çatışmazlıqların olması həm satıcıların, həm də istehlakçıların narazılığına səbəb olub. Borc-xərclə, min bir əziyyətlə məhsul yetişdirib satmaq istəyən kəndli bazar rəhbərliyinin əlində qalıb. Bu barədə "Unikal"a açıqlama verən adının çəkilməsini istəməyən ticarətçilərdən biri deyib ki, Meyvəli Ticarət Mərkəzinin rəhbərliyi elə bir sistem qurub ki, heç kim səsini çıxara bilmir: "Ölkədə bir çox bazarlar məmurların əlindədir deyə, hərə öz bildiyini edir. Amma "Meyvəli"də vəziyyət çox pisdir. Qapıdan girən kimi 20-30 manat, gündəlik də satdın-satmadın 5-10 manat yer pulu verirsən. Biz məhsulu gətirib heç yol pulunu çıxara bilmirik. Məhsul isə sahələrdə qalıb çürüyür. Amma burda bazar rəhbərliyi hazıra nazir dururlar. Fermerlərin əksəriyyəti əkib-becərdikləri məhsulu özləri bazara çıxara bilmirlər. Çünki "Meyvəli" rəhbərliyi külli ixtiyarı özlərinə yaxın alverçilərə verirlər. Onlar isə ucuz qiymətə alıb, camaata baha satırlar. Ortada həm ticarətçilər itirir, həm də alıcılar baha məhmsul əldə edir. Orda isə bircə "Meyvəli" bazarının sahibləri və yaxın ətrafı qazanır. Burada bazar rəhbərliyinin qurduğu sistem nəticəsində məcburuq məhsulu maya dəyərindən aşağı sataq. Bazarda "Kamaz", "Qazel" görən kimi 20-50 manat arasında pul alırlar. Gündəlik də 5 manat yer pulu. Balaca maşınlardan isə 2-3 manat alırlar. Ona görə də məhsulumuz burada çürüyənə kimi bazardan çıxa bilmirik. Heç olmasa, bizdən yer haqqı almasınlar. İmkan versinlər kəndli malını satsın. Yəni, bu bazarda hər şey özlərinin xeyrinə qurulub. Bir tərəfdən kəndliyə, o biri tərəfdən də qiymət artımı yaradaraq, camaata zülm edirlər". Onu da nəzərə çatdıraq ki, bu bazarda da antisanitarik vəziyyət çox kritik həddədir. Meyvə tərəvəz bazarındakı natəmizlik ətrafdan pis qoxu gəlməsinə səbəb olur. Bu isə bazar rəhbərliyinin təmizlik qaydalarına tam riayət etməməsi və bu problemlərin həll olunması üçün lazımi vəsait ayırmamasıdır. Gün ərzində yüz minlərlə manat pul qazanılır, amma təmizliyin təşkilinə vəsait xərclənmir. Məsələylə bağlı "Unikal"a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Meyvəli Ticarət Mərkəzindəki vəziyyətlə bağlı ürəkaçan fikirlər səsləndirmədi. Ekspertin fikrincə, "Meyvəli"də bir sıra standartlar pozulub, ərzaq məhsulları üçün lazımi şərait yoxdur: "Hələ üç il öncə Meyvəli bazarında ekspertiza laboratoriyasının olmaması barədə məlumatlar alırdıq. Yəni, ən primitiv ekspertiza işləri belə görülmürdü. Bu barədə məsələ qaldırdıq. O zaman bizə məlumat daxil olmuşdu ki, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrini də həmin bazara buraxmırdılar. Düzü dəqiq bilmirəm ki, real vəziyyət necədir. Şifahi olaraq, məlumat almışıq ki, orda laboratoriya qurublar. Lakin o laboratoriyanın heç bir işi göz qabağında deyil. Əgər belə bir laboratiya varsa da, yəqin ki, görüntü xarakteri daşıyır". E.Hüseynov təəssüflə onu da qeyd edib ki, bazara Geni Modifikasiya Olunmuş (GMO) məhsullar da gətirilir. Onun sözlərinə görə, bazar rəhbərliyi gəlir əldə etmək üçün bu qanunsuzluğa göz yumur: "Baxmayaraq ki, ölkə prezidentinin bununla bağlı fərmanı var, GMO-lu məhsulları ölkəyə gətirənlər, satanlar, istehsal edənlərin yüksək məbləğdə cərimə olunması və cəzalanması nəzərdə tutulur, yenə də bəziləri öz bildiklərini edirlər. Baxmayaraq ki, Azərbaycan Kartogen protokoluna qoşulub, BMT-nin ətraf mühitin biomüxtəlifliyinin qorunması protokoluna imza atıb,amma Azərbaycana bu cür məhsullar gətirilir və "Meyvəli" kimi bazarlarda satılır. Təəssüf ki, biri Bakıda, biri Naxçıvanda GMO-nu yoxlayan laboratoriyalar olsa da, bu günə kimi onların heç bir səsi çıxmayıb". Onu da qeyd edək ki, bir müddət öncə məlumat verilmişdi ki, Azərbyacan gömrükçülərinin və Kənd Təssərüfatı Nazirliyinin əməkdaşlarının Meyvəli Ticarət Mərkəzində apardığı araşdırmalar zamanı Gürcüstandan gətirildiyi ehtimal edilən kartofda xəstəlik aşkar olunduğu üçün maşınlar möhürlənib. Araşdırmalar zamanı məlum olub ki, kartof əslində Gürcüstan yox, Ermənistandan gətirilib. Sözügedən məsələ Gürcüstanla Ermənistan arasında da qalmaqal yaradıb. Erməni mətbuatında da bu barədə məlumatlar yer almışdı. Belə ki, Ermənistandan Gürcüstana ixrac olunan kartofda bir sıra infeksiyalı xəstəliklərin aşkar olunması iki ölkə rəsmilərinin qarşılıqlı ittihamları ilə müşahidə olunurdu. 2013-cü ildə Ermənistanın Gürcüstana ixrac etdiyi 3.2 min ton kartofun 1137 tonu infeksion xəstəliyin aşkar olunmasına görə geri qaytarılıb. Gürcüstan tərəfi bildirib ki, Sadaxlı gömrük nəzarət məntəqəsində Ermənistandan Gürcüstana keçirilən axırıncı partiya yoxlanılarkən ciddi xəstəliklər aşkarlanıb və bu, rəsmi Tiflis ilə İrəvan arasında gərginlik yaradıb. Ermənistanla-Gürcüstan arasında bu cür kartof qalmaqalı yaşandığı halda həmin infeksiyalı məhsulların Azərbaycana gəlməsi, üstəlik Meyvəli Ticarət Mərkəzi kimi böyük bir bazara daxil olması ciddi rezonansa səbəb olmuşdu. Bu barədə fikirlərini "Unikal"la bölüşən Eyyub Hüseynov burada təəccüblü bir şey olmadığını bildirib. Onun sözlərinə görə, Gürcüstan bazarından Ermənistan istehsalı olan məhsulların ölkəmizə daxil olması mümkündür. "Bazarlarda normal ekspertiza olmadığından Ermənistandan belə təhlükəli məhsullar bazarlara gətirilir. Təəssüf ki, Mevəli Ticarət Mərkəzi, eləcə də digər bazar rəhbərlərinin məqsədi yalnız pul qazanmaq olduğu üçün düşmən dövlətin istehsalı olan məhsullar da bazarda satılır", - deyə ekspert fikrini tamamlayıb. Göründüyü kimi, Meyvəli Ticarət Mərkəzində istehlakçı hüquqları kobud şəkildə pozulur, böyük vəsaitlər qazanılsa da, ona uyğun xidmət göstərilmir. "Unikal"ın əldə etdiyi məlumata görə, bazar rəhbərliyi ilə ticarətçilər arasında bağlanan müqavilələrin əksəriyyəti qeydiyyatdan keçirilmir. Buna səbəb isə yığılan rüsumların büdcədən yayındırılmasıdır. Belə ki, Sahibkarlardan yığılan vəsaitlərin böyük bir qismi rəsmiləşdirilmir, vergidən yayınmalar da var. Bununla bağlı ətraflı araşdırmadan sonra oxucularımıza məlumat veriləcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|