"Azəriqaz"da yeyilən milyonlar bu qışın da soyuq keçəcəyindən xəbər verir - Əyninizi qalın edin...
Tarix: 29-11-2014, 15:26 | Çap et
Qış artıq qapıdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin rəsmilərinin açıqlamalarına görə, qarşıdan gələn günlərdə ölkə ərazisində hava şəraiti daha da soyuyacaq. Təbii ki, soyuq havada əhalinin ən çox ehtiyac duyduğu şey istilik, yəni mavi yanacaqdır.
Təəssüf hissi ilə bildirmək istəyirik ki, ölkəmizdə hər il qış mövsümündə mavi yanacaqla bağlı ciddi problemlər yaşanır. Bu haqda mətbuat səhifələrində dəfələrlə məlumat verilib. Amma heç bir xeyri yoxdur ki, yoxdur. ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyinin yetkili şəxsləri hər payız-qış mövsümündən öncə qışa hazırlığın yüksək səviyyədə aparıldığını, köhnə qaz xətlərinin yeniləri ilə əvəz edildiyini və əhalinin soyuq günlərdə heç bir problemlə üzləşməyəcəyini bildirirlər. Lakin qurumdan verilən açıqlamalar çox vaxt özünü doğrultmur. Elə ki, havalar kəskin soyuyur, yağış və qar yağır əksər qəsəbələrdə qaz sanki qeybə çəkilir. Hələ ki, havalar o qədər də sərtləşməyib. Amma mavi yanacağın verilməsində tez-tez fasilələr yaranır. "Azəriqaz"da təmsil olunan səlahiyyətli şəxslər sanki mətbuata "Bu rayonlarda qaz olmayacaq" başlığı altında xəbəri verməyə vərdiş ediblər. Bu xəbərləri eşitməkdən qulağımız artıq "mazol" olub. Birliyin baş direktoru Əkbər Hacıyev vəzifəyə təyin olunduğu 5 il ərzində özünü müsbət tərəfdən göstərə bilməyib. O mətbuata qapalı olan məmurlardan biri kimi tanınır. Baş direktor nadir hallarda jurnalistlərin qarşısına çıxıb onların suallarını cavablandırır. Bəlkə də, birlik rəhbəri mətbuat işçilərinin qarşısına bilərəkdən çıxmır. Yəqin Əkbər müəllim düşünür ki, birdən jurnalistlər cavablaya bilməyəcəyi suallar ünvanlayıb onu çətin duruma salarlar. Axı nə də olmasa Əkbər Hacıyev bu sahəyə yad adamdır. Məhz sözügedən məmurun əmək fəaliyyəti dövründə bir gün belə mavi yanacaq sektorunda işləməməsi ölkə əhalisinin qazla təminatının aşağı düşməsinə gətirib çıxarıb. Bu gün həm paytaxtda, həm də bölgələrdə insanlar keyfiyyətli şəkildə mavi yanacaqla təmin edilmirlər. Qaz xətlərində qeydə alınan qəzalar və digər problemlər vətəndaşların soyuq qış günlərində donmasına səbəb olur. Qeyd olunan problemlə bağlı vətəndaşlar rəsmi dövlət qurumlarına ardı-arası kəsilməyən şikayət məktubları ünvanlasalar da, bir nəticəsi yoxdur. Qeyd edək ki, "Azəriqaz"ın normal fəaliyyət göstərməməsi məsələsi hər qış gündəmə gəlir. ARDNŞ rəhbərliyi səviyyəsində isə üzə çıxan nöqsanlara reaksiya verilmir. Xatırladaq ki, ölkə prezidenti cənab İlham Əliyev vətəndaşların mavi yanacağa olan tələbatının ən yüksək səviyyədə ödənilməsi üçün Əkbər Hacıyevə müvafiq tapşırıqlar verib. Və hər il dövlət büdcəsindən əhalinin qazla təminatının yaxşılaşdırılması məqsədilə külli miqdarda vəsait yaranır. Hansı ki, həmin vəsaitlərlə ən ucqar dağ kəndlərinə belə qaz xətti çəkmək mümkündür. Sual olunur: bu qədər pul hara sərf edilir ki, hər gün paytaxtda, eləcə də bölgələrdə qazın verilişində fasilələr yaranır? Ekspertlər hesab edir ki, əgər büdcədən ayrılan vəsaitlər son qəpiyinə kimi nəzərdə tutulan layihələrə sərf edilsə, onda vətəndaşların böyük qismi fasiləsiz şəkildə mavi yanacaqla təmin olunmaq imkanı əldə edər. Mütəxəssislərin fikrincə, "Azəriqaz" İstehsalat Birliyinin yerli qaz istismar idarələrinin bir çoxunda özbaşınalıq hökm sürür və idarə rəisləri işlərini özlərinə sərf edən formada təşkil edirlər. Bu səbəbdən də ölkə əhalisinin mavi yanacaqla təminatı olduqca pis vəziyyətdədir. "Azəriqaz" İstehsalat Birliyinin mərkəzi aparatında yer alan şəxslərin, həmçinin yerli qaz istismar sahələrinin rəislərinin fəaliyyəti onu deməyə əsas verir ki, sözügedən qurumdan yaxın gələcəkdə perspektiv gözləmək əbəsdir. Başqa sözlə desək, "Azəriqaz"da sabiq sədr Əlixan Məlikovun ənənələrinə hələ də son qoyulmayıb. Neçə ki, köhnə rəhbərliyinin zamanından qalan problemlər həllini tapmayıb və baş direktor tutduğu vəzifədən çıxarılmayıb vətəndaşların qazla təminatının yaxşılaşacağına ümid etməyə dəyməz. \\ gundelik-baku.com \\
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|