14 saylı Cəzaçəkmə Müəssisəsindəki şübhəli ölüm işini kimlər qaranlığa sürükləyir? - Məhkumun ölümündə şahid olanlara təzyiq edilir?
Tarix: 7-01-2015, 09:56 | Çap et
26 dekabrda saytımızda “Hüquq müdafiəçilərindən birinə icazə verilir, o birinə yox..” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə 14 saylı Cəzaçəkmə Müəssisəsində ( CM ) ölmüş məhkum Elşad Babayevin bacısı Simuzər Babayevanın “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamadan bəhs edirdi. Məhkumun bacısı bildirirdi ki: “Dekabrın 22-də axşam 7-8 radələrində telefonuma zəng gəldi. Kimliyi haqda məlumat verməyən şəxs dedi ki, qardaşın Elşadın meyiti Lökbatanda morqdadır. Ondan onun ölümünün səbəbini soruşdum. Dedi ki, heç bir məlumat verə bilmərik. Dediyi ünvana getdim. Meyitxanada qardaşımın meyitinə baxdım. Onun qollarında, ayaqlarının altında, boynunda, belində, üzündə xəsarətlər, işgəncə izləri vardı. Ayaqlarının altı şişmişdi. Morqdan bir sənəd verdilər. Orada qardaşımın ölümünün səbəbi göstərilməmişdi. Bu gün də bunu bizə deməyiblər. Mən morqda qardaşımın meyidinin şəkillərini çəkmişəm”. S.Babayeva dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsinə gedərək qardaşının ölümünün səbəbini öyrənməyə çalışıb: “Gecə 12-də müəssisədə oldum. Orada iclas idi. Dedilər ki, generallar gəlib. Mən müəssisəsinin içinə girib generallardan birindən qardaşımın ölümünün səbəbini soruşdum. Çox etinasız şəkildə, gülərək dedi ki, bu haqda məlumatı yoxdur. Mən etiraz etdim. Sonradan dedilər ki, müstəntiq buradadır. Oradan sənədləri aparırdılar. Müəssisəsinin həyətində çoxlu maşınlar vardı. Müstəntiqdən soruşdum ki, qardaşımı məhbuslar öldürüb, yoxsa müəssisə məmurları? İntihar edib etmədiyini də xəbər aldım. Müstəntiq dedi ki, qardaşın idmançı adam olub, intihar nədir? Məhbusların orda nə işi var? Müstəntiq dedi ki, qardaşın məhbus əlində öləcək adam deyil, onu işçilər döyüb”. İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə “Turan”a bildirib ki, məhkumun işgəncə verilərək öldürülməsinə görə məsuliyyəti Penitensiar Xidmətin rəhbərliyi daşıyır. Elçin Behbudov onu da bildirib ki, məhkumun bədənində çoxsaylı işgəncənin izləri var, bu mərhumun bacısının təqdim elədiyi fotolardan açıq-aşkar sezilir… Hüquq müdafiəçisinin dediklərindən məlum olub ki, onu obyektiv mövqeyinə görə CM-ə buraxmırlar. 5 yanvarda qafqaznews.org saytı Elşad Babayevin bacısı Simuzər Babayeva ilə əlaqə saxlayıb. Mərhumun bacısı bildirib ki: “ Bir neçə gün əvvəl ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə görüşdüm. O, bildirdi ki, Elşad Babayev özbaşına CM-nin sanitar hissəsinə keçmək istəyib. Guya qardaşım müalicə olunan dostu üçün çay gətirmək istəyib. Və Elşad nəzarətçilərə tabe olmadığı üçün cəzalandırılıb”. Simuzər Babayeva Mədət Quliyevə bildirib ki, qardaşımın bədənində işgəncə izləri var idi..belə cəza olur? Nazir müavini isə cavabında bildirib ki, belə hallarda qanun məhkumu dubinka ilə cəzalandırmağa icazə verir. Mən Mədət Quliyevdən “ Qardaşımın bədənində salamat yer qalmamışdı…siz onun şəkillərini görmüsünüzmü” soruşanda o, belə cavab verdi: “ Mən sizin qardaşınızla bağlı kifayət qədər informasiyaya malikəm. Əsl həqiqət qardaşınızın cəsədinin tibbi ekspertizasından sonra məlum olacaq”. Mən isə PX-nin rəisinə bildirdim ki, günahkarların haqlı cəza alması üçün mən hətta qardaşımın cəsədinin eksqumasiya olunmasına da razıyam. Nazir müavini isə əvəzində bildirib ki, hazırda Qaradağ rayon prokurorluğu istintaq aparır, mən özüm də xüsusi araşdırma aparıram, yəqin ki, yanvarın 15-dək ortada obyektiv nəticə olacaq. Simuzər Babayeva isə qafqaznews.org-a bildirib ki, mən nazir müavinin dediklərinə inanmıram, güman ki onlar işi bağlamaq istəyirlər. Həqiqətənmi, Mədət Quliyevin dediyi kimi məhkumu dubinka ilə cəzalandırmaq olarmı? seide 1 Məhkumun ölümündə şahid olanlara təzyiq edilir? FOTOBu suala hüquq müdafiəçisi Səidə Qocamanlı belə cavab verdi: “ Mədət Quliyev düz demir. Nəzarətçilərin məhkuma qarşı dubinka tətbiq etmək hüququ yoxdur”. Səidə Qocamanlı onu da bildirib ki, Ədliyyə Nazirliyinin nəzdindəki İctimai Komitə bu məsələ ilə bağlı xüsusi araşdırma aparmalıdır. İctimai Komitənin digər üzvü Səadət Bənənyarlı isə qafqaznews.org –a bildirib ki:“ Mən özüm araşdırma aparmışam. Və məlum olub ki, məhkum nəzarətçilərlə deyil, digər məhkumlarla dalaşıb, nəticədə karserə düşüb və orada ölüb. Mərhumun yaxınları narazıdırsa, İctimai Komitəyə müraciət eləsinlər”Onun fikrincə əsl həqiqət ancaq tibbi ekspertizadan sonra məlum ola bilər.
Hüquq müdafiəçisi İradə Cavadova isə qafqaznews.org-a bildirib ki, Mədət Quliyevin dediklərinə məəttəl qalıb: “ PX-nin əsasnaməsində yazılıb ki, ancaq qiyam vaxtı dubinka tətbiq edilə bilər”. İradə Cavadova Səadət Bənənyarlının dedikləri ilə razılaşmayıb: “ Azərbaycanda hələ heç bir tibb ekspertiza güc strukturlarının verdiyi işgəncəni təsdiq eləməyib”. Elçin Behbudov da İradə Cavadovanın dediklərini təsdiq elədi: “ Mövcud qanunvericiliyə görə, ancaq qiyam vaxtı dubinka tətbiq edilə bilər”. Elçin Behbudov qafqaznews.org-a onu da bildirib ki, bugünlərdə 14 saylı CM-dəki 5 məhkumun qohumları ona müraciət edib: “ Onlar Elşad Babayevlə bağlı hadisənin şahidləri olublar. Araz Quliyev, İlham Hətəmov, Ramil Vəliyev, Anar Qasımlı və Rza Ağalı. Onları susmağa məcbur edirlər. Mən bu barədə ədliyyə naziri Fikrət Məmmədova məlumat vermişəm”. Elşad Babayevin ölümü ilə bağlı iş Qaradağ rayon prokurorluğunun müstəntiqi Eyyub Bəşirova həvalə olunub. Biz yuxarıda adları çəkilən 5 məhbusa təzyiqlərlə bağlı müstəntiqə müraciət elədik. Təəssüf ki, Eyyub Bəşirov sualımıza cavab verməkdən imtina elədi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|