Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                 

Əbülfəs Qarayev üfunət qoxusunda itib-batan Bakı Sirkini görmürmü? - Biabırçılığın FOTOLARI
Tarix: 12-01-2015, 08:55 | Çap et
Əbülfəs Qarayev üfunət qoxusunda itib-batan Bakı Sirkini görmürmü?
Ölkənin elə iri sosial-mədəni obyektləri var ki, onlara dövlət obyekti deməyə adamın dili gəlmir. Diqqətdən kənarda qalan, ögeylik görən belə yerlərdən biri də 47 yaşlı Bakı Dövlət Sirkidir. Bu qədər yollara, parklara, binalara milyonlar ayrılır, bəs görəsən sirk niyə unudulur? Yeganə əyləncə, iaşə obyektinin təmiri, abıra salınması məsələsi illərdir təxirə salına-salına yaddan çıxır. Buna baxmayaraq, mövsümü fəaliyyət göstərən Bakı Sirki işini dayandırmır, tamaşalaçılarını yola verə bilir. Hazırda Sirkdə Rusiya sirk ustalarının təqdimatında “Fəvvarələrin qış nağılı” adlı tamaşa davam edir. Bu proqramın xüsusiyyəti ondadır ki, ilk dəfə Bakı Sirki səhnəsi həm də xüsusi mexanizmlərlə hazırlanmış hövuza çevrilə bilir.

Alver nə alver...

Qeyd edək ki, ötən illərlə müqayisədə bu il sirk binası çıxışında bilet alverçilərini nadir görmək olur. Sirkin daxilindəki alver isə bir başqa müzakirənin mövzusudur. İki və hətta üçqatına baha qiymətə satılan hədiyyələr, qida məmulatları heç nəyin dəyişmədiyindən xəbər verir. Kim necə istəyirsə, məhsula o qiyməti qoyub. Misal üçün, 50 qəpiklik şirin pambıq və ya pop-korn 1 manat, 70 qəpiklik peçenye 2 manat, 40-70 qəpiklik şirələr 1, 50 və ya 2 manata satılır. Soyuq tamaşa zalından çıxan insanlara isti çay, kofe, kakao təklif etməksə, heç kəsin ağlına gəlmir. Təcili təmirə ehtiyacı olan Bakı Sirkinin acınacaqlı vəziyyətdə olan ayaqyolusunun qoxusu isə binaya daxil olan kimi aləmi bürüyür. Sirk rəhbərliyi nə qədər təmizliyi qorumağa çalışsa da, tualetə daxil olan heç kəs narazılığını gizlədə bilmir. Tualet hər bir ictimai iaşə obyektinin ayrılmaz hissəsidir, baxmayaraq ki, çoxu hələ də tualet mədəniyyətinin nə demək olduğunu anlamaq istəmir. Ölkənin yeganə sirk binasının ayaqyolundakı (fotolarda bu aydın görünür-red.) bu vəziyyət aidiyyatlı qurumları oranın təmirini tezləşdirməyə vadar etməlidir.

Bakı Sirkinin tualeti

Əbülfəs Qarayev üfunət qoxusunda itib-batan Bakı Sirkini görmürmü?
Əbülfəs Qarayev üfunət qoxusunda itib-batan Bakı Sirkini görmürmü?
Əbülfəs Qarayev üfunət qoxusunda itib-batan Bakı Sirkini görmürmü?


Ən azı sirk tamaşalarına gələnlərin çoxu uşaqlardır. Onların gigiyenik qaydalara cavab verən tualetə ehtiyacı var. Məsələ ilə bağlı Analitik.az-ın suallarına Bakı Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov açıqlama gətirdi. Mahir müəllimin sözlərinə görə, hər kəs yeganə olan Bakı Sirkini müasir təmirli görmək istəyir. “Bu məsələ bizim səlahiyyətimizə aid deyil. Təmir məsələsilə bağlı Mədəniyyət və Turizm Nazirliyi məsuliyyət daşıyır. Təmir üçün, dövlət büdcəsindən maliyyə vəsaiti ayrılmalıdır. Bildiyimə görə, tezliklə bu problem həllini tapacaq. Ancaq biz bütün bunlara baxmayaraq, fəaliyyətimizi davam etdirməyə çalışırıq. Konkret ayaqyoluna gəlincə, kökdən düşmüş həmin ərazinin bacardığımız qədər təmiz saxlanılmasına səy göstəririk.”

Sirk binasının foyesindəki alverə gəlincə, obyektin rəsmisi bildirdi ki, həmin yerdəki alqı-satqıya onlar cavabdeh deyirlər. “Oranı icarəyə vermişik, qiymət qoyuluşu isə bizlik deyil. Bildiyiniz kimi, əyləncə obyektlərində adət üzrə satışda olan məhsullar normaldakı qiymətlərdən bir qədər baha təklif olunur.” Təəssüf ki, bu da problemin başqa üzüdür. Əylənməyə, istirahətə gələnlər niyə soyulmalıdır?

Milli sirk truppamız nə zaman olacaq?

Sirkin son tamaşasından belə qənaətə gəlmək olar ki, tək ruslar yox, elə özümüzkülər də, istəsə belə proqramlarla çıxış edə bilərlər. Niyə hər il əcnəbilərin proqramlarına ana dilimizdə yox, onların öz dilində baxmalıyıq? Məlumata görə, gələcəkdə sirk binası təmir edilsə, orada mütləq əlavə studiya açılması nəzərdə tutulur. Burada həvəskar qismində çalışan aktyorlara nəzəri biliklər, praktik yardım göstəriləcək. Beləcə, öz milli sirk ustalarımız yetişəcək. İllər keçsə də, bu gün Bakı Sirkinin öz adını daşıyan kollektivi yoxdur. Beynəlxalq dərəcəli sirk ustalarımız olsa da, onlar Vətəninə çox az-az, qonaq kimi gəlirlər. Bəzi mütəxəssislər, sirk truppasının və ya aktyorun həyat tərzinin elə belə də olduğunu deyirlər. Həmişə qastrollarda olan aktyorlar üçün bu problem deyil. Onu da qeyd etmək gərəkdir ki, bizim kəndirbazlarımız, pəhlivan və maraqlı həmlələr edən akrobatlarımız da az deyil. Onların çoxu bölgələrdə kiçik auditoriya qarşısında çıxış etməklə kifayətlənirlər.

Rusiyanın əməkdar artisti Rüfət Nəzirov, Rafiq Əliyev öz ailəsi ilə akrobatika üzrə, Aydın İsrafilov dəvəsi ilə, Oruc Zolov kəndirbaz kimi, Murad Abdullayev ayı və canavarları ilə, “sümüksüz adam” titullu Anar Həmzəyev və başqaları bu gün dünyanın bir çox ölkəsini gəzərək öz şou-proqramlarını təqdim edirlər. Məsələ ilə bağlı, Mahir müəllim də fikirlərini bölüşür. “Bu sualla çox qarşılaşırıq. Sirk ustası səyyar fəaliyyət göstərir. Onun daimi məskəni yoxdur. Bir neçə il əvvəl yerli ustalarımızın proqramını təşkil etmişdik. Amma tamaşaçı daim yenilik istəyir. Biz yeni proqramları Bakıya gətirəndə də çox seçim edirik, günlərlə araşdırırıq, bizə yeni olanlarını tapmağa çalışırıq. Milli sirk ustalarımızı mərkəzləşdirilmiş qaydada bir yerə yığmaq da asan iş deyil. İndi bizim əsas istəyimiz yeni sirk binasını görməkdir, yeniliklərimiz ondan sonra olacaq.”

Məlumat üçün deyək ki, Bakıda ilk (sirk-heyvanxana) böyük olmayan sirk binası XX əsrin sonunda Nikitin qardaşları tərəfindən tikdirilib. Taxtadan tikilən binada mizanlı səhnələr quran aktyorlar arasında sehrbazlar, kəndirbazlar, klounlar daha çox çıxış edərdilər. Onların sırasında əcnəbilər fəal idilər. Lakin həmin bina taxta olduğundan qəza nətcəsində yandı. Daha sonra 1905-ci ildə növbəti çox iri səhnəsi olmayan yeni sirk-teatr binası tikildi. Hələ inqilabdan əvvəl milli sirk ustalarımızın şöhrəti hamıya məlum idi. Ə.Fərrux adlı sirk ustamızın adı öndə çəkilir. İlk sirk ustalarımız isə X.Abdullayev, M.Şirvani, Yunis və Yusif Ağayevlər, Rza Əlixan, Sali Süleyman və başqaları olmuşlar. 1967-ci ildə indiki möhtəşəm Bakı Sirkinin binası istifadəyə verildi. O, zamandan da hər il dekabrın sonunda sirk öz yaşını qeyd edir. Bu binanın memarları Ənvər İsmayılov və Faina Leontyevna olub. Maraqlı arxitekturaya malik binanın özülü bu gün də möhkəmdir, amma binada təcili təmir-bərpa, tikinti işlərinin aparılması mütləqdir. Gün o gün olsun, yeni təmirdən çıxmış sirk binasının açılışına şahidlik edək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru