Özünü FHN-nin polkovniki kimi təqdim edib, vətəndaşın pulunu mənimsəyən kimdir? – Kəmaləddin Heydərova şikayət olundu
Tarix: 21-01-2015, 09:31 | Çap et
DİA.AZ: - Ucar Rayonu Vaqif küçəsi ev 13 sakini Kərimov İsmayıl İsrayıl oğlu redaksiyamıza şikayət ərizəsi ünvanlayıb. DİA.AZ-a yazan narazı vətəndaş fırıldaq qurbanı olmasından gileylənir. Həmin müraciəti təqdim edirik:
“Mətbuatda FHN-nin polkovniki Əlövsət Məhərrəmovun bizi aldadıb bacım oğlu Raufu Ucar Yanğından Mühafizə Xidmətinə işə düzəltmək üçün 6050 manat rüşvət alması barədə şikayət ərizəm dərc edildikdən sonra onun Ərzuman adlı müavini mənə zəng etdi və heç yerə şikayət etməməyi xahiş edib pulu 15 yanvarda qaytaracağına söz verdi. Həmçinin Fövqəladə Hallar Nazirliyinə göndərdiyimiz şikayət ərizəsi ilə əlaqədar oranın Vüqar adlı əməkdaşı məni FHN-nə çağırdı. Ancaq polkovnik Əlövsət Məhərrəmovun Ərzuman adlı müavini and içdiyinə görə ki pulumuzu qaytaracam, mən FHN-nə getmədim.
15 yanvar oldu, “sabah-sabah” deyə-deyə axırda telefonumuza cavab vermədi. Polkovnik Əlövsət Məhərrəmovun və onun Ərzuman adlı müavininin dələduzluq cinayətləri barədə dünən bütün aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciətlər göndərdik. Bizi aldadıb 6050 manat pulumuzu almış polkovnik Əlövsət Məhərrəmovun FHN-nə heç bir aidiyyatı olmadığını Nazirliyin Vüqar adlı əməkdaşı telefonda mənə bildirdi. Ancaq məndə şübhə yarandı ki, necə olur bu dələduz polkovnikin verdiyi sənədə əsasən bacım oğlu Rauf Mehdiyev Ucar Yanğından Mühafizə Xidmətində 3 ay kurs keçmişdir. Dələduz polkovnik Əlövsət Məhərrəmovun Ərzuman adlı müavini ilə aramızda olan bütün telofon danışıqlarının səs yazısı var ki, bizdən işə düzəltmə adı ilə 6050 manat rüşvət almalarını etiraf edir. Qeyd edim ki, onlar bu vəzifədən əvvəl də başqa vəzifədə bir yerdə işləyiblər. Çıxılmaz vəziyyətdə qalmışıq çünki bu pulu borc alıb bu dələduzlara vermişdik. Dedik, bacım oğlu işə düzələr işləyib pulu ödəyər. Ancaq bu azğınlaşmış dələduzlar bizi aldadıb puluuzu mənimsədilər.
Qeyd edim ki, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Komissiyasının rəisi polkovnik Əlövsət Məhərrəmov bizdən işə götürmə adı ilə 6050 ( altı min əlli ) almışdır. Bacımın övladı Mehdiyev Rauf Səfər oğlunu Dövlət Yanğından mühafizə Xidmətinin Ucar rayon Şöbəsinə işə qəbul etmək üçün polkovnik Əlövsət Məhərrəmov keçən ilin yanvar ayı tarixində bizdən 3500 manat işə qəbul üçün , Ukraynada bu ixtisas üzrə oxumaq adı ilə 2300 mant və kurs pulu üçün isə 250 manat pul aldı.Bacım oğlu Rauf 3 ay kursa getdi, imtahan verib qəbuldan keçdi və əmrini aldı. Sonra Polkovnik Əlövsət Məhərrəmov bizə bildirdi ki, 12 sentyabrda Raufu oxumaq üçün Ukraynaya göndərəcəyəmvə bundan sonra işə qəbul edəcəyəm. Ancaq deyilən tarixdə göndərmədi və bildirdi ki, bu il qaldı gələn il göndərəcəyik və həmin vaxta kimi gözləməli olacaq.
Bu cinayət hadisəsi barədə Prezidentə, FHN-nin naziri Kəmaləddin Heydərova , Baş Prokurora , Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və sairə orqanlara şikayət ərizəsi ilə müraciət etmişik.İnanırıq ki, obyektiv araşdırıb onların barəsində qanunu tədbirlər görəcəklər.Onlarn bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci ( vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci ( rüşvət alma) maddələrinin tərkibini yaradır.Bunu təsdiq edən konkret subutlar var.Mən mətbuat vasitəsi ilə Nazir cənab Kəmaləddin Heydərova müraciət edirəm.Cənab Nazir Sizdən xahiş edirəm FHN-nin Mülki Müdafiə Komissiyasının Rəhbəri polkovnik Əlövsət Məhərrəmovun bizdən işə götürmə adı ilə aldadıb aldığı 6050 manat pulumuzu qaytarmağa tapşırıq verib onun barəsində qanunu tədbir görəsiniz.Bu dələduzlar Sizin FHN-də yaratdığınız nizam-intizama, qanun-qaydaya cinayət əməlləri ilə kölgə salırlar.Bunun qarşısı təcili alınmalıdır.Mən həmçinin FHN-niə elektron müraciət vasitəsi ilə də şikayət göndərmişəm.Bu dələduzların səs yazıları da var ki, zərurət olarsa təqdim edəcəyəm.İnanırıq ki, Cənab Nazir Kəmaləddin Heydərov qanunu tədbirlər görəcək.Bu dələduzlar barəsində qanunu tədbirlər görülməsə biz ailəlklə Prezident Administrasiyasının qarşısında aclıq aksiyasına başlayacağıq”.
Qarşı tərəfi də dinləməyə hazırıq..
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|