Şabranda dövlətin büdcəsinə xəyanət ənənəyə çevrilib... - İcra başçısı talana rəhbərlik edir
Tarix: 2-05-2015, 12:06 | Çap et
Bölgələrdə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Ölkə rəhbərliyi regionların sosial-iqtisadi inkişafına böyük önəm verdiyindən hər il dövlət büdcəsindən rayonlarda abadlıq işlərinin görülməsi məqsədilə vəsaitlər ayırır. Bir sıra hallarda isə həmin vəsaitlərin xərclənməsində qanun pozuntularına yol verilir. Buna görə də bəzi rayonlarda abadlıq işləri nəzərdə tutulan səviyyədə aparılmır. Üstəlik, əhalinin yerli məmurlar tərəfindən incidilməsi hallarına rast gəlinir. Bu baxımdan Şabran rayonunda da vəziyyət ürəkaçan deyil. Əhalinin böyük hissəsi icra başçısı Novruz Novruzovun fəaliyyətindən giley-güzar edir.
Qeyd edək ki, Novruz müəllim əslən Lerik rayonundandır. O Zövnə kəndində anadan olub. 1971-ci ildə Yardımlı qəsəbə 1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. 1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə isə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2007-ci ilin iyun ayından isə Şabrana başçılıq edir. Rayondakı mənbələrdən aldığımız bilgilərə görə, icra başçısı əhalini narahat edən prolemlərlə maraqlanmır, yalnız özünün şəxsi imkanlarının yaxşılaşması haqda fikirləşir: "O icra başçısı vəzifəsinə yeni təyin olunan vaxtlarda bəzi işlər gördü. Amma mənfisi müsbətindən daha çoxdur. Belə ki, o icra başçısı təyin edildikdən sonra yüzlərlə mağaza və xırda müəssisəni sökdürdü. Sökülən obyektlərin yerində isə özü üçün mağazalar inşa etdirdi. İcra başçısı "Seyidlər qəbiristanlığı" kimi tanınan ən qədim məzarlıqda daşı daş üstə qoymayıb. Qəbiristanlığı söküb yerini satışa çıxarıblar. Sözügedən ərazidə ticarət obyektləri tikilib istifadəyə verilib. Rayon rəhbərliyi Şabranın mərkəzində yerləşən Şəhidlər Xiyabanının ərazisinin müəyyən qismini hissə-hissə fərdi yaşayış evi inşa etmək məqsədilə müxtəlif şəxslərə satıb. İcra başçısı Qalaaltı kimi tanınan ərazidə özünə və tanınmış şəxslərdən birinə çoxqübbəli villa inşa etdirib". Məlumata görə, 2007-ci ildən sonra rayonda işsizliyin səviyyəsi artıb: "Rayonda bir sıra sexlərin fəaliyyətinin dayandırılması işsizliyə səbəb olub. Gənclərin əksəriyyəti işsiz qalıb. Kimin maşını varsa, taksi xidməti göstərir, olmayan da fəhlə kimi işləyir. İş tapmayanlar isə Bakıya üz tutmaq məcburiyyətində qalırlar. İcra başçısı bu problemin həlli üçün heç bir tədbir görmür. Şabranda sosial durum çox acınacaqlıdır. Kənd yerlərində əhalinin dolanışığı aşağı səviyyədədir. Yollarımız yaman gündədir. Yerli bələdiyyələr üzərlərinə düşən işi görə bilmir. Təhsil və səhiyyə sistemindən danışmağa dəyməz. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik göstəricilərinə nəzər salsaq görərik ki, Şabrandan ali təhsil məktəblərinə qəbulla bağlı rəqəmlər kifayət qədər aşağıdır. Dağ kəndlərində yerləşən məktəblərin fəaliyyəti kağız üzərində mövcuddur. Səhiyyə sahəsində də durum fərqli deyil. Texniki təchizat bərbad gündədir, o cümlədən savadlı mütəxəssis qıtlığı yaşanır. Həkimlərin xəstələrə qoyduğu diaqnozlar çox vaxt səhv çıxır. Bu səbəbdən Şabran camaatı müayinə və müalicə olunmaq üçün əsasən Bakıya, yaxud digər bölgələrə üz tutur". İcra başçısının biznesi haqda da maraqlı iddialar var. Bizə çatan xəbərlərə görə, başçı əlindəki səlahiyyətlərdən istifadə etməklə Şabranın Udulu adlanan ərazisinin 400 hektarını özününküləşdirib: "O burda tikdirdiyi fermalarda dəvə, qoyun, at saxlatdırır. Həmin kənddə sakinlərin bir hektar torpağı da yoxdur. Son illər rayonun abadlaşdırılması üçün büdcədən külli miqdarda vəsait ayrılıb. Rayon rəhbəri həmin vəsaitin yarısını abadlıq işlərinə sərf edib. Təmir-bərpa işlərinin yerdə qalan hissəsini isə sahibkarlar öz vəsaitləri hesabına həyata keçirib. Bəzi iş adamları müflis olmaq üzrədir. Şabranda sahibkarların lisenziya alması müşkülə dönüb. Onlara lisenziya əlavə "rüsum"la verilir. Dövlət rüsumu 420 manatdırsa, sahibkar artıq ödəməlidir. Əks halda, lisenziya ala bilmir. Başçı rayonun abadlaşdırılması və təmiri üçün ayrılan pullarla özünə villalar, istirahət mərkəzləri, koteclər tikdirib. Onun əsas işlərini isə birinci müavini Mehdi Balabəyov aparır. Mehdi müəllimin rayonun mərkəzində üçmərtəbəli villası, ticarət obyektləri var. O yaşıllıqların qırılmasına və yerində obyektlərin tikilməsinə şərait yaradır". Növbəti saylarımızda "Kamelot", "Zimbra" və "İnşaat İstehsalat Təchizatı" MMC-lərin vasitəsilə silinən büdcə vəsaitləri haqqında maraqlı faktları açıqlayacağıq. \\ gundelik-baku.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Dünən, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Dünən, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Dünən, 13:10 |
|
|
|
|