Oliqarx-məmurların əlahiddə qazanc ünvanları: Şadlıq evləri... - Buralarda yetim-yesirin nə işi var...
Tarix: 4-05-2015, 09:28 | Çap et
DİA.AZ: - Faktdır ki, Azərbaycanda restoran biznesi sürətlə inkişaf edir. Ölkədə fəaliyyət göstərən şadlıq evləri və restoranların sayı deməyə əsas verir ki, sahibkarlar bu sahəyə xüsusi diqqət yetirirlər. İstənilən fəaliyyət növü ilə məşğul olan sahibkar restoran biznesində də özünü sınamağı lazım bilir. Elə bu səbəbdən də bir çox iri şirkətlərin nizamnaməsində restoran, otel və şadlıq evi biznesi əksini tapıb. Məsələ orasındadır ki, Azərbaycanda fəaliyyət göstərən bu növ iaşə xidmətləri heç də vicdanlı fəlaiyyətlə qazanc əldə etməyə üstünlük vermir. Görünən odur ki, restoran və şadlıq evləri istehlakçıları aldatmaq yolu ilə fəaliyyət qurublar. Daha dəqiq, ölkədə həyata keçirilən istənilən iqtisadi islahat bu fəaliyyət növü sahiblərinin “xeyrinə işləyir”. Yəni, restoran və şadlıq evlərinin sahibləri dövlət orqanları tərəfindən qəbul edilən istənilən qərardan sui-istifadə etməyə çalışırıar. Xatırladaq ki, bir müddət öncə, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etdi. Bu qərarla bəzi məhsullar üzrə aksiz dərəcələri kəskin artırıldı. Xüsusən spirtli içkilərə tətbiq edilən aksiz vergilərinin artırılması dərhal şadlıq evlərində qiymətlərə təsir etdi. Nəticədə şadlıq evləri müştərilərə fantastik qiymətlər təklif etməyə başladı. Spirtli içkilər təklif edən restoranların menyularında qiymətlər kəllə-çarxa qalxdı. Hansı ki, ölkədə fəaliyyət göstərən əksər restoran və şadlıq evləri müştərilərə yerli istehsal olunan spirtli içkilər təklif edirlər. Hazırda restoran və şadlıq evləri qazanclarının “çiçəklənən” dövrünü yaşayırlar. Buna isə səbəb ölkədə manatın məzənnəsinin aşağı düşməsi olub. Belə ki, restoran və şadlıq evləri Mərkəzi Bankın məlum qərarını əsas gətirərək qiymətlərdə xeyli artım tətbiq edirlər. İstər restoranların, istərsə də şadlıq evlərinin menyusunda qiymətlər nəzərəçarpacaq dərəcədə artırılıb. Şadlıq evlərinin telefirlərdə gedən köhnə reklamları istehlakçıların aldadılmasına birbaşa yardım edir. Belə ki, reklamlarda şadlıq evlərində bir stolun qiymətinin minimum 22 manatdan başlanması bildirilsə də reallıqda heç 25 manata da yer tapmaq mümkün olmur. Bu qiymətlə də o halda razılaşılır ki, təklif olunan menyi düz yarbayarı azaldılır. Şadlıq evləri isə buna “imiclərini qoruyub saxlamaq” istəyindən getməkdə maraqlı deyillər. Onu da nəzərə alaq ki, şadlıq evləri, ölkədə israfçılığın qarçısının alınması istiqamətində ictimai fəallığın artmasını nəzərə almadan belə fantastik qiymətlər təklif edirlər. Xatırlatmaq yerinə düşərdi ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq evlərində israfçılığın qarşısının alınması üçün toy sahibləri ilə sahibkar arasında müqavilə bağlanması təklif ilə çıxış edib. Artıq bu istiqamətdə komitə bəzi hazırlıqlar həyata keçirir. Komitədən bildirilib ki, son zamanlar qiymət və yemək çeşidlərinin həddən çox şişirdildiyini deyən komitə rəsmisi bildirib ki, israfçılığın və bəzi qanunsuz hərəkətlərin qarşısını almaq üçün belə bir müqaviləyə ehtiyac yaranıb: Bu səpkili bəhanələrinin son zamanlar həddən çox artması müşahidə olunur. Hesab edirik ki, müqavilələrin bağlanması standartda öz əksini taparsa, bu məcburi tələb olarsa və bu müqavilənin şərtləri pozularsa, sahibkarı məsuliyyətə cəlb etmək olar". Araşdırmalar deməyə əsas verir ki, manatın devalvasiyası restoran biznesinə də əməlli-başlı təsir göstərib. Artıq restoran və şadlıq evləri qiymət artımının səmərəliliyini hiss etməkdədirlər. Belə ki, bu iaşə obyektlərində qiymət artımı açıq-aydın müşahidə olunur. Xüsusən, gecə saatlarında və tədbirlər zamanı müştərilərə “qiymət oxunur”. Bir çox restoranlarda isə hətta sui-istifadə hallarına yol verilir. Sorğu apardığımız restoran və şadlıq evlərinin nümayəndələri baş verən qiymət artımını kənd təsərrüfatı və ərzaq mənsularının qiymətlərinin bahalaşması ilə izah etməyə çalışdılar. Ancaq ekspertlər tamamilə fərli fikirdədirlər. Onların qənaətincə, restoran və şadlıq evlərində qiymətlərin bahalaşması üçün heç bir iqtisadi əsas yoxdur. Əvvəla, manatın məzənnəsi endikdən sonra hökumət əsassız qiymət artımının qarşısının alınması istiqamətində çox ciddi addımlar atır. Məhz görülən tədbirlərin nəticəsidir ki, artıq sözügedən qərarın qəbul edilməsindən xeyli müddət keçməsinə baxmayaraq, ərzaq və qeyri ərzaq malların qiymətində elə bir ciddi artım müşahidə olunmayıb. Digər tərəfdən, restoran və şadlıq evlərinin böyük əksəriyyəti ticarət mərkəzlərindən ərzaq almağa üstünlük vermir. Çünki onların əksəriyyətinin gizli istehsal sahələri var ki, orada məhsullar satışda olandan bir neçə dəfə ucuz başa gəlir. DİA.AZ-ın araşdırmaları zamanı onu da öyrənə bildik ki, bir sıra restoran və şadlıq evlərinin özlərinin sərinləşdirici və spirtli içkilər, müxtəlif salatlar, şirniyyat, kompot və duzlu istehsalı ilə məşğul olan xüsusi sexləri var. Məhz bu sexlərdə ucuz qiymətə başa gələn ərzaqlar müştərilərə baha qiymətə təklif edilir. Bu isə o deməkdir ki, restoran sahibləri “manatın devalvasiyasından” əməlli-başlı gəlir götürürlər. Çünki ucuz başa gələn məhsulu bahalaşma adı altında müştərilərə artıq qiymətə təklif edirlər. Məsələ orasındadır ki, şadlıq evləri ərzaq məhsullarınınm əksəriyyətini gizli sexlərdə hazırladıqlarından onların keyfiyyəti standartlara uyğun gəlmir. Bu günlərdə SMPDK tərəfindən 75 şadlıq evi və restoranda aparılan yoxlamalar zamanı bəlli oldu ki, onlarında 36-da standart şərtlərinə riayət etmir: "Əsas problemlər - salatlar, mənşəyi məlum olmayan konservəşdirilmiş məhsullardan istifadə olunmasıdır. Hətta elə restoranlar var ki, 5-6 cür salatın hazırlanmasına qadağa qoymuşuq. Amma xeyri yoxdur, sabah başqa bir adla həmin salatı süfrələrə verirlər. Elə salatlar var ki, müddəti cəmi altı saatdır. Restoranlarda isə bunu səhərlər hazırlayıb, axşama kimi saxlayırlar. Ümumiyyətlə mayonez tərkibli salatların saxlama rejiminə və müddətinə əməl edilmir. Bundan əlavə şadlıq evlərinin demək olar ki, əksəriyyətində peşəkar təcrübəyə malik insanlar yoxdur". Mütəxəssislərin fikrincə, dövlət orqanları tərəfindən şadlıq evlərində qiymətlərin tənzimləməsi qeyri-mümkündür. Daha dəqiq, dövlət orqanlarının qiymət məsələsinə hər hansı müdaxilə ixtiyarı yoxdur. Yəni, ölkədə bazar iqtisadiyatı hökm sürdüyündən sahibkar istədiyi qiyməti təklif edə bilər. Ancaq bu qiymətlər ağlabatan və əhalinin gəlirlərinə uyğun olmalıdır.
DİA.AZ bildirir ki, əslində dövlət qurumlarının bu gün şadlıq evlərinin qarşısında rəsmən təslimçi mövqedə dayanması heç də səbəbsiz deyil. Bub bir faktdır ki, ölkədə şadlıq evi bisnesi iri oliqarxiyaya aiddir və bu sektorda yetim-yesirin görükməsi imkansızdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Dünən, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Dünən, 13:14 |
|
|
|
|