“Etibar Pirverdiyevin Hikmət adlı qaynı bizə qan uddurur” - Prezidentə şikayət
Tarix: 19-05-2015, 08:47 | Çap et
Yevlax rayonunun Salahlı kənd sakini Əhmədov Sakit Fəxrəddin oğlu tərəfindən “Təzadlar”a daxil olan şikayət məktubu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, surəti “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri E.Pirverdiyevə və “AZENCO” ASC-nin İdarə Heyətinin sədri V.Şahmuradova ünvanlıdır. Şikayət məktubunda deyilir: Çox hörmətli cənab Prezident! Məmur özbaşınalığı nəticəsində pozulmuş Konstitusion mülkiyyət hüququmun bərpası xahişi ilə Sizə müraciət edirəm. Bildirirəm ki, mən uzun illərdir Mingəçevir şəhərində, Kür çayının sol sahilində özümə məxsus “Şimşək” kafesində sahibkarlıq fəaliyyəti ilə məşğulam. Mülkiyyətimdə 0.20 ha tam özəl torpaq sahəsi, o cumlədən tikinti altında 251.3 m2 torpaq sahəsi və normal fəaliyyəti təmin edən birmərtəbəli tikililər vardır. Bütün bu torpaq və əmlakımın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində qeydiyyatdan keçməsi barədə ÇIXARIŞ almışam. Bundan başqa, Mingəçevir şəhər Bələdiyyəsi ilə müqavilə əsasında 528 kv.m torpaq sahəsini 50 il müddətinə icarəyə götürmüşəm. Fəaliyyət göstərdiyim müddətdə müqavilə öhdəliklərimə, Dövlət Sosial Müdafiə Fonduna ödəmələri, habelə vergi borclarımı vaxtında ödəmişəm. Obyektdə son vaxtlara qədər 10 ailədən 20 nəfər işçi işləmişdir. Son vaxtlar mənim obyektimlə qonşuluqda dövlət əhəmiyyətli, yeni böyük bir obyektin tikintisinə başlanmış və işlər yüksək sürətlə davam etdirilir. Tikintinin baş podratçısı “AZENCO”ASC-dir. Obyektdə tikinti işlərinə heç bir vəzifəsi və rəsmi statusu olmadığını bildirən Hikmət adlı bir şəxs rəhbərlik edir. Bu şəxs “AzEnerji” ASC İdarə Heyətinin Sədri E.Pirverdiyevin qaynıdır. Hikmət, E.Pirverdiyevin başqa bir qohumu - Əhmədiyyə adlı şəxs və obyektin mühafizə xidmətinin rəisi Həsən müəllim (onlar soyadlarını deməkdən imtina edirlər) 3 ay bundan əvvəl mənimlə görüşərək mənə məxsus obyektin və torpağın dövlət ehtiyacları üçün alınacağını bildirmişdilər. Mövcüd bazar qiymətlərini əsas götürməklə biz razılaşma yolu ilə obyektin və torpaq sahəsinin dəyərini əvvəlcədən ödəmək şərti ilə geri alınması üçün razılaşmışıq və mən bütün tələb olunan mülkiyyət sənədlərini hazırlayaraq həmin şəxslər vasitəsi ilə “AZENCO” ASC-yə təqdim etmişəm. 2 ay əvvəl isə Mingəçevir Elektrik Şəbəkəsi mənim obyektimə elektrik enerjisinin verilməsini tam dayandırmış, su təhcizatı kəsilmiş və obyektin adını göstərən reklam lövhəsi dağıdılmışdır. Mühafizə xidməti tərəfindən mənim öz xüsusi obyektimə girişimə qadağa qoyulmuşdur. Nəticədə mənə və işçilərimə böyük məbləğdə maddi zərər, habelə işgüzar nüfuzuma mənəvi zərbə vurulmuşdur. 28 aprel 2015-ci ildə bilavasitə tikintiyə rəhbərlik edən Hikmət adlı şəxslə yenidən görüşüb razılaşmamızın nəticəsi barədə məlumat almaq istəmişəm. O isə torpaqların geri alınması və kompensasiya ödənilməsi məsələləri ilə bağlı mənə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısına müraciət etməyimi tövsiyə edir. Kifayət qədər həyat və sahibkarlıq təcrübəsi olan bir ölkə vətəndaşı olaraq məni bir sual düşündürür: - Ölkə qanunlarını və bütün dünyanın qəbul etdiyi sivil qaydaları pozan bu şəxslərə əlahiddə səlahiyyətlər verib mənim mülkiyyətimə, insan hüquqları və azadlıqları kimi müqəddəs hüquqlarıma qəsd edənlərə nəyə görə “DUR” deyən yoxdur? Onu da diqqətinizə çatdırıram ki, Azərbaycan Respublikası Konstitusiyasının 29.4. maddəsində qeyd edilir ki, “Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”. “Sahibkarlıq fəaliyəti haqqında” Qanunun 6-cı maddəsində qeyd edilir ki, “Sahibkar onun hüquqlarına və qanuni mənafeyinə xələl gətirən dövlət orqanlarının və digər orqanların və fiziki şəxslərin qanunsuz hərəkətlərindən şikayət edə bilər”.
“BMT Təhlükəsizlik Şurasına sədrlik edən, Avropaya inteqrasiya olunan bir ölkədə mənim mülkiyyət hüquqlarıma Etibar Pirverdiyevin adamları tərəfindən azğıncasına qəsd edilir...” Mənim xüsusi mülkiyyətimə qanunsuz qəsd edənlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Qanunun 31-ci (Torpağın satın alınmasına razılıq bildirişi), 34-cü (Təkliflə bağlı danışıqlar), 35-ci( Torpağın satın alınması təklifinin qəbul olunması və müqavilənin bağlanması), 56-cı (Kompensasiyanın qiymətləndirilməsində nəzərə alınmalı olan amillər) və 58-ci (Bazar qiyməti) maddələrinin tələblərini də kobud surətdə pozmuşlar. BMT Təhlükəsizlik Şurasına sədrlik edən, Avropaya inteqrasiya olunan bir ölkədə mənim mülkiyyət hüquqlarıma Etibar Pirverdiyevin adamları tərəfindən azğıncasına qəsd edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair PROTOKOLun (Paris, 20 mart 1953-cü il) 1-ci maddəsində qeyd edilir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Möhtərəm cənab Prezident! Yuxarıda göstərdiyim bütün qanunlarda və Konvensiyalarda nəzərdə tutulan hüquqlarım kobud və qəddarcasına pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26.2. maddəsində qeyd edilir ki, “Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir”. Ona görə də mən Dövlətimə, onun Prezidentinə inanaraq və güvənərək pozulmuş konstitusion mülkiyyət hüququmun bərpası və mənə ədalətli kompensasiya ödənilməsi üçün lazımi göstərişlər verməyinizi xahiş edirəm. \\ tezadlar.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Dünən, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Dünən, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Dünən, 13:10 |
|
|
|
|