"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                 

NN-nin Sulutəpə sakinlərinə yaratdığı "SS işgəncəsi"... - Və yaxud Nəqliyyat Nazirliyinin pul tələsi...
Tarix: 15-09-2015, 08:34 | Çap et
NN-nin Sulutəpə sakinlərinə yaratdığı "SS işgəncəsi"...
Bu günlərdə Bakı sakinlərini narahat edən suallardan biri də avtobusların şimal qəsəbələrindən şəhərə daxil olmasına icazə verilib-verilməyəcəyi ilə bağlıdır.

Avropa.info xəbər verir ki, Bakının şimal qəsəbələrindən şəhərə gələn avtobuslar Avropa oyunlarından əvvəl şəhərin 20 Yanvar dairəsinin müxtəlif yerlərində dayanırdı. Avropa oyunlarından əvvəl isə sıxlığın aradan qaldırılması məqsədilə avtobusların marşrut xətti Avtovağzal ərazisində məhdudlaşdırıldı. Sulutəpə, Xocasən, Qobu, Güzdək, Atyalı, Nübar, 28 May, Müşfiq və s. kimi qəsəbələri şəhərlə birləşdirən müvafiq 114, 151, 153, 156, 158, 159, 167 nömrəli avtobuslar Avropa oyunlarından sonra qəsəbə sakinlərini yeni avtovağzala qədər gətirə bildi. Bu isə öz növbəsində sakinlər arasında narazılığa səbəb olmağa başladı. Çünki əvvəllər sakinlər 20 və ya 30 qəpiyə 20 Yanvar dairəsinə qədər gələ bilirdilərsə, indi həmin yolu gəlmək üçün müvafiq olaraq 40 və ya 50 qəpik ödəməli olurlar. Əvvəllər şəhərin hər hansı bir yerində çalışan sakinlər iki avtobus dəyişirdilərsə, indi üç və ya daha çox avtobus dəyişməli olurlar. Belə olan halda isə orta aylıq əmək haqqı 300 manat civarında olan bir vətəndaş maaşının demək olar ki, üçdə biri və ya yarısını avtobuslara xərcləməli olur.

Sakinlərin fikrincə, tətil dövründə bu məbləğin qismən az olmasına baxmayaraq, dərslərin başlaması ilə həmin pul iki mislinə qədər artır. Bundan əlavə, ətraf qəsəbələrdən olan sakinlərin əhəmiyyətli hissəsinin iş yeri Bakı şəhərindədir. Adlarını sadaladığımız qəsəbələrdə məktəblərin və ya təhsilin keyfiyyətinin aşağı olması səbəbilə də uşaqların əksəriyyəti şəhər məktəblərində oxuyur.

Məsələylə bağlı açıqlama almaq üçün ilk növbədə Nəqliyyat Nazirliyinə üz tutduq. Nəqliyyat Nazirliyinin ön qapısından nazirliyə daxil olduq. Bizə mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun yerində olmadığını, yan qapıdan müraciət etməyimiz lazım olduğunu dedilər. Yan qapıdan nazirliyin nəzarət buraxılış məntəqəsinə yaxınlaşdıq. Orada 3 nəfər mühafizəçi var idi. Nə üçün gəldiyimizi soruşanda, hansı məsələylə bağlı gəldiyimizi dedik. Mühafizəçilərin bizə cavabı isə problemin tam “həllini” özünə ehtiva edən cavab oldu: “Marşrutlara nəzarəti Nəqliyyat Nazirliyi yox, Nəqliyyat Departamenti həyata keçirir. Ona görə də siz ora müraciət edin”. Nəqliyyat Departamenti Azərbaycan prezidentinin 2006-cı ildə imzaladığı bir sərəncamla ləğv olunaraq, səlahiyyəti və tabeliyində olan müəssisə və təşkilatlarla birgə Nəqliyyat Nazirliyinin tabeçiliyinə verilib. Bundan sonra dəfələrlə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə zəng etdiksə də telefonu ya götürmədilər, ya da götürüb kənara qoydular.
Bundan sonra üz tutduq Müşfiq qəsəbəsini şəhərlə birləşdirən 114 nömrəli avtobusun tabe olduğu “Xaliq Faiq Oğlu” MMC-yə. Şirkətdən bizə bildirdilər ki, onların tabeliyində olan avtobusların marşrut xətti Nəqliyyat Nazirliyi tərəfindən müəyyən olunur və avtobusların marşrutunun bərpa olunması ilə bağlı hələ ki, heç bir göstəriş gəlməyib.

Daha sonra isə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı ilə əlaqə saxladıq. Şəfa xanım da bizə bu barədə çalışdığı qurumda hər hansı bir məlumatın olmadığını bildirdi: “Avropa oyunlarından öncə də, sonra da marşrut xətlərinin optimallaşdırılması üçün işlər görülür. Paytaxtda tıxacların və sıxığın aradan qaldırılması ilə bağlı bir sıra addımlar atılır. Adını çəkdiyiniz qəsəbələrdən gələn avtobuslar şəhərdə kifayət qədər tıxac yaradırdı. Bundan sonra isə həmin marşrut xətlərinin uzadılacağına dair məlumatımız yoxdur. Mən başa düşürəm ki,bu günki əmək haqqı və ya təqaüdlərlə müqaisədə bu bir az çox görünə bilər. Amma onu da nəzərə almalıyıq ki, Azərbaycanda gediş haqları kifayət qədər azdır. Məsələnin bir başqa tərəfi də saatlarla tıxaclarda oturmaqdır. Çünki bu qədər avtobusun dərs vaxtında şəhərə daxil olması uzun sürən tıxaclara səbəb olacaq”.

Şəfa Mehmanqızı, bundan başqa, marşrut xətlərinin optimallaşdırılması ilə bağlı təkliflər planının hazırlandığını və ola bilsin ki, həmin təkliflər planında bu məsələyə də toxunulacağını bildirib.

Metronun Avtovağzal stansiyasının isə hələ də açılmaması sakilərin işini bir az da çətinləşdirir. Nəqliyyat Nazirliyinin bu məsələyə laqeyid yanaşmasının isə nədən irəli gəldiyi heç kimə məlum deyil. Düzdür, burada zərbənin yenə də vətəndaşlara dəydiyini, artıq gəlirin isə Nəqliyyat Nazirliyinə axdığını nəzərə alsaq, məsələni başa düşmək o qədər də çətin deyil.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru