"Azərbaycan Gözəli-2018"-in final gecəsinin tarixi məlum oldu
Tarix: 23-01-2018, 16:58 |
Çap et
DİA.AZ: - Təşkilat komitəsindən DİA.AZ-a verilən məlumata görə "Azərbaycan Gözəli-2018"-in finalı ilə
"Şou Prodakşn"-nın (Show Production-nun) 5 illik möhtəşəm yubley gecəsi eyni gündə, eyni məkanda təşkil olunacaq. Bildirildi ki, gecədə "Azərbaycan Gözəli -2018" - in qalibləri məlum olacaq, brend geyim markası ilə defilə -şou baş tutacaq, Türkiyədən özəl olaraq yubley tədbirinə qonaqlar qatılacaq, səhnəmizin ulduzlarının iştirakı ilə konsert proqramı olacaq, 5 il ərzində Şou Prodakşn (Show Production) ilə əməkdaşlıq edənlərə xüsusi mükafatlar və hədiyələr təqdim olunacaq. Gecədə iştirak yalnız dəvətnamə ilə olacaq.
Tədbir : 7 fevral 2018-ci il, saat 18:00-da PULLMAN Hoteldə baş tutacaq.
Əlaqə: +994 559828012 @showproduction @pullman_baku