Azad olunmuş bu kənddə qaz, su, işıq çəkilişi .....                     Daha bir xarici şirkət Azərbaycan bazarını .....                     Kəndlərimizdə eyni müəllim bir neçə fəndən dərs deyir .....                     Nərimanov zibil içində... başçı isə... .....                     Ermənistan Rusiya ilə yeni gərginlik yolunda... .....                     “Kinostudiyanın direktorunun arvadı filmlərdə çəkilməyimə qadağa qoymuşdu, .....                     "Grand Palace"nın sahibi səkini yola çevirdi .....                     İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib .....                     Fransanın planına Azərbaycan əngəli .....                     Fransa kəşfiyyatçıları Azərbaycanla sərhədə necə gəlib? .....                     Fransa qırmızı cizgini keçdi .....                     Əliyev və Paşinyan Kazandakı görüşdə… .....                     Gənc oğlan boşadığı arvadını başqa kişilərlə gəzməkdə ittiham etdi: Oteldə... .....                     Postsovet məkanında yenə “seçki” .....                     Azərbaycanda qızılın qiyməti rekord səviyyəyə yüksəldi .....                     İndi “Səhliyalı”nın məhsulunu NİYƏ YEYƏK Kİ? .....                     Banklarda tələb olunan alış miqdarı inanılmaz səviyyəyə çatıb .....                     İqtidarla müxalifət üz-üzə: “Gürcü Arzusu” çıxış yolu axtarışında, narazılar isə... .....                     Zakir Həsənov Mərakeşdə işgüzar səfərdədir, .....                     Dövlət sektorunda çalışanların həyatın yaşam sığortasına qoşulması dayandırıla bilər .....                     Azərbaycanda ət qıtlığı: kəndli niyə heyvan saxlamır? .....                     Müxalifətin Avropa məğlubiyyəti: Xilas yolu LGBT bayrağında deyil! .....                     Sülh, yoxsa müharibə? .....                     Mən siyasətə ədəbiyyatdan yox, elə siyasətdən gəlmişəm .....                     “Atlant” istirahət mərkəzini hərracda satıb pulunu 171 zərərçəkənə ödəyə bilərlər .....                     Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binası zədələnib .....                     Nikol Paşinyanın “sülh qovşağı” ideyasının reallaşması... .....                     Fransa erməniləri müharibəyə sürükləyir .....                     "AzərMaş" sədrini ölümlə hədələyən qardaşının itlərinə baxan şəxs imiş .....                     Asfaltına haram qatılan YOLLARIMIZ... .....                     Tiflisdən gözlənilməz mesaj: .....                     Hansı şərtdən danışılır? .....                     ABB “Gəncə Mall”dakı bu stend üçün 80 min manat ödəyəcək .....                     Duman olacağı gözlənilir... .....                     Qalmaqallı polkovniklə bağlı son qərar verildi .....                     Müəllimə qarşı ittiham sübuta yetirildi .....                     Eyyub Hüseynovdan küçədə heyvan kəsimi ilə bağlı AQTA-ya ittiham: .....                     Azərbaycanda Atatürk adına qoyulan qadağa götürüldü .....                     “QƏZADA ÖLƏN HƏRBÇİYƏ ŞƏHİD STATUSU VERDİ” .....                     DİL MÜƏLLİMİ TAPILMAYAN DİLLƏR UNİVERSİTETİ .....                 

Müxalifətin Avropa məğlubiyyəti: Xilas yolu LGBT bayrağında deyil! - GƏLİŞMƏ
Tarix: Bu gün, 13:22 | Çap et
Müxalifətin Avropa məğlubiyyəti: Xilas yolu LGBT bayrağında deyil!
Təkcə Qafqazda deyil, bütövlükdə keçmiş Sovet məkanında ən böyük islahatlara imza atan Saakaşvilinin rəhbəri olduğu partiyanın 10 faizdən aşağı səs toplaması mütləq üzərində düşünüləsi bir faktdır. Axı bu gün həbsxana küncündə çürüyən bu şəxs rüşvətin kökünü kəsməklə dünyaya səs salan, sadə gürcünün Avropaya vizasız gediş-gəlişini təmin edən bir liderdir. Bu gün “dünya cəngavəri” kimi tanınan Zelenskinin ideoloji sələfləri olmuş Yuşşenko və Timoşenko kimi rəhbərlər də nə ortada, nə də xalqın yaddaşında var. Elə bunun ardınca böyük təəssüf hissi ilə Azərbaycan milli azadlıq (demokratik) hərəkatının tanınmış simalarının da eyni taleyi yaşadığını qeyd etmək lazım gəlir.

Lider fiaskosu: “Hanı dediyim bəy ərənlər?”

Əlbəttə, Saakaşviliyə hələ də xalq sevgisi olduğunu, Zelenskinin Yuşşenko yolunu davam etdirdiyini, Azərbaycan müxaliflərinin ictimai rəydə böyük nüfuza malik olduğunu deyib əks fikirlər səsləndirənlər də var. Amma gerçək durum başqadır axı. Saakaşvili və tərəfdarlarının seçkini uduzması bir yana, bu şəxsin həbsxanada yaşadığı zülmə qarşı bir gürcü belə meydana çıxmadı. Zelenski NATO və Pentaqon tribunalarında ayaqda alqışlanır, Ukraynada isə nə ayaqda durmağa ərazi qalıb, nə də alqışlamağa adam… Ölkəmizə gəldikdə isə… Nə qədər məyusedici olsa da bəzi reallıqları açıq demək zorundayıq: 113 yaşlı Müsavat partiyası parlamentdə yer qazana bilmir, siyasi sistemimizdə şəxsiyyəti ilə hər zaman dəyərli olan hərəkat böyüklərimiz adi dairə seçkilərində uduzur (yaxud uduzmamaq üçün seçkiyə qatılmır). Yaxşı, əgər “uduzur” ifadəsini ədalətsiz hesab edən dostlar varsa “uduzdurulur” deyə ifadə edək. Amma siyasi liderin fəaliyyəti yalnız mümkün olanı gerçəkləşdirməklə bitmir axı, həm də onun ictimai nüfuzu özünə və siyasi fəaliyyətə qarşı olan durumları dəyişmək gücündə olmalıdır. Bax problem buradadır. Həm Azərbaycan, həm də digər ölkə siyasi düzəninə aid adlarını çəkdiyimiz isimlər bu gün Avropa dövlətlərinin rəhbərlərindən bir çox baxımdan öndədirlər. Elə isə bəs səbəb nədir?

GUAM üzərində Avropa oyunu

Gürcüstan, Ukrayna və Azərbaycanı yalnız GUAM birləşdirmir (Yeri gəlmişkən proseslərin bu və ya digər şəkildə Moldovada da şahidi olmuşuq). Bu ölkələrin hər birinin ərazisi işğal olunub (Şükürlər olsun, Azərbaycan artıq bu zolaqdan çıxıb) və onlar birlikdə Avropa və Rusiya arasında bufer zona, nüfuz dairəsinin savaş meydanı olublar.

Moldova da daxil olmaqla, həm Gürcüstanda, həm də Ukraynada seçki nəticələrinin “Avropa qalib gəldi”, “Rusiya uduzdu”, yaxud əksinə təqdim edilməsi həm də bunun əlamətidir. Səs verən xalq, udan və uduzan isə dünyanın iki qütbü. Nəticə isə ortada. Moldova Avropa Birliyinə səs verir və qurum Moldovanı Dnestryanı bölgəsi olmadan da qəbul etməyə hazırdır. Brüssel üçün moldovanların ərazi bütövlüyü istəyi maraqlı deyil, önəmli olan Rusiya təsirindən daha bir bölgə qoparmaqdır. NATO və ABŞ Zelenskiyə nə qədər “möhkəm dur, arxandayıq” desə də, gərəkən anda İsrailə bir gündə göstərilən hərbi-texniki yardım Ukraynaya aylarla verilmir. Abxaziya boyda problemi unudan Avropa Birliyi xaraktercə qatı Qafqaz mühafizəkarı olan gürcülərə LGBT ideyaları aşılamaq istəyir. Azərbaycan müxalifətinin illərlə seçki və demokratiya davasının neft, qaz, Yaxın Şərq hərbi əməkdaşlığı səbəbindən görməzdən gələn Brüssel bu gün 3-5 erməni terrorçusunun müdafiəsinə qalxır. Bütün bunların da müqabilində qərbli diplomatlar bu ölkələrin xalqlarını demokratik dəyərlərdən uzaq durmaqda ittiham edirlər. Bir ukraynalı onun evini dağıdan rus qədər bu situasiyanın təhrikedicisinə də nifrət edəcək. Bir gürcü ona eynicins arası münasibəti sırımaq istəyəni sevməyəcək, bu reaksiyanı sanksiyalarla təhdid edənə isə qıcıq olacaq. Xocalıya susub, Xankəndindən rahat öz istəyi ilə gedən erməninin dərdini çəkəni isə heç bir azərbaycanlı sevməyəcək.

Çıxış yolu nədədir?

İllərdir bu ölkələrdə müxalifətin siyasi mübarizəsinin ideoloji əsasını Avropaya inteqrasiya, Avropa dəyərləri təşkil edib. Əlbəttə, yüzillər boyunca Rusiyanın işğal siyasətindən bezən ölkələr üçün bu cəlbedici bir şüar idi. Amma bir yerə qədər: Avropa centlmeni rus mujikindən daha pis sifətini göstərənə qədər. O zamandan bəlli ideyanın liderlərinin eniş dövrü başladı. Saakaşvilinin rus tankları ilə üz-üzə qalması zaman ortada olmayan, Azərbaycan müxalifətinin bütün seçki məşəqqətlərinə “demokratiyaya doğru bir addım” deyə qiymət verən Avropa bu gün bəlli taleyi yaşamalıydı. Əslində, bu dəfə böyük anlamda gerçəkdən uduzan müxalifət yox, Avropadır. Müxalifət Azərbaycanda da, Gürcüstanda da olanlardan dərs çıxarıb durumu dəyişəcək. Artıq “demokratiyanın beşiyi” iddiasında olan ABŞ-da belə vətəndaş ona dünya hökmranlığını yox, ölkəsində stabil və sosial təminatlı yaşam vəd edən Trampı seçmək yolundadır. Bu, Azərbaycandan Ukraynayadək GUAM xalqları üçün də keçərlidir. Avropa dəyərləri LGBT bayrağıdırsa, Azərbaycan simvolunun qırmızı rəngi – müasirləşmək daha düzgün seçimdir.

Nəsimi Şərəfxanlı
Musavat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azad olunmuş bu kənddə qaz, su, işıq çəkilişi 14 milyon manata başa gələcək
Bu gün, 15:23
Daha bir xarici şirkət Azərbaycan bazarını - TƏRK EDİR
Bu gün, 15:21
Kəndlərimizdə eyni müəllim bir neçə fəndən dərs deyir - Şagird var, müəllim yox…
Bu gün, 15:15
Nərimanov zibil içində... başçı isə... - BU NƏDİ BELƏ?..
Bu gün, 15:05
Ermənistan Rusiya ilə yeni gərginlik yolunda... - ŞƏRH
Bu gün, 15:02
“Kinostudiyanın direktorunun arvadı filmlərdə çəkilməyimə qadağa qoymuşdu, qaynanam isə...”
Bu gün, 14:47
"Grand Palace"nın sahibi səkini yola çevirdi - ÖZBAŞINALIQ!
Bu gün, 14:43
İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib - ƏMR
Bu gün, 14:34
Fransanın planına Azərbaycan əngəli - NƏ BAŞ VERİR?
Bu gün, 14:27
Fransa kəşfiyyatçıları Azərbaycanla sərhədə necə gəlib? – Komitə sədri açıqladı
Bu gün, 14:24
Fransa qırmızı cizgini keçdi -Elmar Məmmədyarovdan ŞOK AÇIQLAMA
Bu gün, 14:21
Əliyev və Paşinyan Kazandakı görüşdə… – Arutyunyan
Bu gün, 14:19
Gənc oğlan boşadığı arvadını başqa kişilərlə gəzməkdə ittiham etdi: Oteldə... - TƏFƏRRÜAT
Bu gün, 14:17
Postsovet məkanında yenə “seçki” – Yenə şou
Bu gün, 14:16
Azərbaycanda qızılın qiyməti rekord səviyyəyə yüksəldi – Son qiymətlər
Bu gün, 14:10
İndi “Səhliyalı”nın məhsulunu NİYƏ YEYƏK Kİ? - Saxta və ya keyfiyyətsiz malları idxal etdiyinə görə...
Bu gün, 14:06
Banklarda tələb olunan alış miqdarı inanılmaz səviyyəyə çatıb - Dollar təlaşı artır
Bu gün, 14:02
İqtidarla müxalifət üz-üzə: “Gürcü Arzusu” çıxış yolu axtarışında, narazılar isə... - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 14:00
Zakir Həsənov Mərakeşdə işgüzar səfərdədir, hərbi əməkdaşlıq haqqında saziş imzalanıb
Bu gün, 13:58
Dövlət sektorunda çalışanların həyatın yaşam sığortasına qoşulması dayandırıla bilər
Bu gün, 13:56
Azərbaycanda ət qıtlığı: kəndli niyə heyvan saxlamır? - NƏ ETMƏLİ?
Bu gün, 13:26
Müxalifətin Avropa məğlubiyyəti: Xilas yolu LGBT bayrağında deyil! - GƏLİŞMƏ
Bu gün, 13:22
Sülh, yoxsa müharibə? - Bakının son seçimi belədir
Bu gün, 13:05
Mən siyasətə ədəbiyyatdan yox, elə siyasətdən gəlmişəm - Şair, deputat Elçin Mirzəbəyli
Bu gün, 13:03
“Atlant” istirahət mərkəzini hərracda satıb pulunu 171 zərərçəkənə ödəyə bilərlər - SENSASİYA
Bu gün, 12:59
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binası zədələnib - FOTO
Bu gün, 12:53
Nikol Paşinyanın “sülh qovşağı” ideyasının reallaşması... BUNDAN ASILIDIR...
Bu gün, 12:49
Fransa erməniləri müharibəyə sürükləyir - FAKT BUDUR!
Bu gün, 12:47
"AzərMaş" sədrini ölümlə hədələyən qardaşının itlərinə baxan şəxs imiş - Hökm oxundu
Bu gün, 12:44
Asfaltına haram qatılan YOLLARIMIZ... - MALƏSƏF...
Bu gün, 12:42
Tiflisdən gözlənilməz mesaj: - “Ciddi səhvə yol verdik, bütün Cənubi Qafqaz...”
Bu gün, 12:29
Hansı şərtdən danışılır? - Mirzoyan gəlirsə, gəlsin, gəlmirsə...
Bu gün, 12:27
ABB “Gəncə Mall”dakı bu stend üçün 80 min manat ödəyəcək - FOTO
Bu gün, 12:25
Duman olacağı gözlənilir... - belə deyirlər...
Bu gün, 12:19
Qalmaqallı polkovniklə bağlı son qərar verildi - 1 il 1 ayı qalıb
Bu gün, 12:17
Müəllimə qarşı ittiham sübuta yetirildi - 7 il 6 ay həbs!
Bu gün, 12:12
Eyyub Hüseynovdan küçədə heyvan kəsimi ilə bağlı AQTA-ya ittiham: - "Bəzilərini leqallaşdırıblar..."
Bu gün, 12:10
Azərbaycanda Atatürk adına qoyulan qadağa götürüldü - FOTO
Bu gün, 12:06
“QƏZADA ÖLƏN HƏRBÇİYƏ ŞƏHİD STATUSU VERDİ” - General-polkovnik Kərəm Mustafayevlə bağlı ŞOK İDDİA
Bu gün, 12:02
DİL MÜƏLLİMİ TAPILMAYAN DİLLƏR UNİVERSİTETİ - Bu universitetdə bəzi fənnlərin adı var, özü yoxdur
Bu gün, 11:55
Deputatın qardaşı oğluna məxsus şirkətin vergi borcu yarım milyon manata yaxınlaşır
Bu gün, 11:51
"Türkiyə mediasını Ermənistana dəvət edəcəyik" - Paşinyanın ofisi
Bu gün, 11:47
SOCAR-ın törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 11:39
“Neyron” Tibb Mərkəzi vətəndaşların hüquqlarını pozdu - Nazirlikdən yüksək məbləğdə CƏRİMƏ
Bu gün, 11:36
Brilliant fit bədəni ilə MEYDAN OXUDU: “Göz qamaşdırırsınız” - FOTO
Bu gün, 11:32
Daha bir qrup vəzifəli şəxsə cinayət işi açıldı - Həbs edilənlər var
Bu gün, 11:29
"Biz xaricə “beyin axını”nın qarşısını almalıyıq" - ÇAĞIRIŞ
Bu gün, 11:26
Cəlilabadın sirli NEFT QUYUSU – Araşdırmalar niyə gizli SAXLANILIB?
Bu gün, 11:19
Naxçıvanda absurd qərarlar silsiləsindən... – Ali Məclis sədrinin bahalı avtomobili...
Bu gün, 11:14
Naxçıvanda nazirlik “Azərmaş”dan 37,5 min manata avtomobil alır - DETALLAR
Bu gün, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru