Tanınmış şairə üçün özəl gün
Tarix: 30-01-2018, 09:09 |
Çap et
DİA.AZ: - Bu gün tanınmış nəğməkar şairə dilimizdə əzbər olan bir çox mahnıların söz müəllifi Leyli Erolun doğum günüdür.
DİA.AZ xəbər verir ki, Leyli illərdir məşhur müğənnilərə yazdığı sözləri ilə tanınıb. Şeyirlərində insanların hislərini düzgün və gözəl ifadə edən şairə, xalq artisti Aygün Kazımova, əməkdar artist Röya Ayxan, müğənnilər Sevda Yahyayeva, Günay İbrahimli, Ceyla, Səidə Sultan kimi sənətçilərə verdiyi mahnılarla yetərincə səs gətirməyi bacarıb.
Tanınmış söz yazarı "Təsadüf", "Doldur ürəyimi", "Ola bilərdin", "Səni belə sevmədilər", " O zaman", "Sil getsin" və başqa hitlərin müəllifidir.
Qeyd edək ki, şairə 2014-cü ildə türk bəstəçi Hakan Erolla ailə həyatı qurub.