DİA.AZ: - Bu il 71-ci buraxılışı təşkil edilən “Kann Film Festivalı” müzakirə edilməkdə davam edir.
DİA.AZ xəbər verir ki, festivala qırmızı xalçada moda şousu göstərən məşhurlar damğa vurub.
Bu aralar bütün geyimlərində şəffaf parçalardan istifadə etməyi üsütün tutan məşhur azərbaycanlı model Məryən Hüseynova festivalda da bu üstünlüyündən vaz keçməyib.
Parlaq geyimi ilə bütün diqqətləri üzərinə toplayan Məryəm gecənin ən çox müzakirə edilən qəhrəmanlarından olub.
Qeyd edək ki, model Məryəm Hüseynovanın Fransada keçirilən 71-ci Kan film festivalına geyindiyi geyimi məhz "YES MODA EVİ"nin rəhbəri tanınmış azərbaycanlı dizayneri və modelyeri Yeganə Sadıxovanın kolleksiyasından imiş.