Azərbaycandakı 22 bankdan 21-nin bu il oktyabrın 1-nə açıqladığı kredit riski hesabatlarına əsasən, ölkədə vaxtı keçmiş kreditlərin ümumi məbləği azı 962 milyon manatdır.
Halbuki, Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın sonuna ölkədə 480 milyon manat vaxtı keçmiş kredit olduğunu açıqlayıb.
Maraqlıdır ki, bankların problemli kreditləri AMB-nin açıqladığı rəqəmdən niyə 2 dəfə çoxdur?
Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, buradakı fərq yanaşma metodologiyasından asılıdır:
"Əslində hər iki qurum eyni həcmdə problemli kredit olduğunu açıqlayır, lakin kommersiya bankları 90 günə qədər gecikməsi olan müştərilərini problemli kredit kateqoriyasına salmır, onlarla müəyyən maarifləndirmə işləri aparır.
Əksər hallarda kommersiya banklarl bu işlər nəticəsində gecikmələrin aradan qaldırılmasına nail olur. Buna görə də 90 günə qədər gecikməsi olan kreditləri problemli kreditlər siyahısına salmır. Lakin Mərkəzi Bank 30 və 90 gündən artıq gecikməsi olan kreditləri problemli kateqoriyasına aid edir.