Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Kiyevdəki PUA idarəetmə mərkəzinə “Geran” zərbələri Qudermesdəki Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə hücuma cavabdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, səhər saat 05:00 və 06:30-da Rusiya Müdafiə Nazirliyinin Aerokosmik Qüvvələri mərkəzə “Geran”la iki zərbə endirib:
“Çərşənbə axşamı Qudermesə hücum edən PUA məhz bu binadan idarə olunub”.
Kadırov qeyd edib ki, əlavə zərbə nəticəsində 9 nəfər ölüb, 17 nəfər yaralanıb.