Aygün Kazımova Şərqin atəşi, Qərbin küləyi ilə qarşı-qarşıya...
Tarix: 28-05-2018, 08:12 |
Çap et
DİA.AZ: - SSRİ-nin əfsanəsi olan “Yalla” qrupu və ötən əsrin 80-ci illərində bütün dünya gəncləri arasında böyük populyarlıq qazanmış Almaniyanın məşhur “Boney M” qrupu iyunun 17-də Bakının qonağı olacaqlar.
DİA.AZ-ın məlumatına görə, qruplar “Halikarnas Hall”da konsert proqramı ilə çıxış edəcəklər.
"Yalla" və "Boney M" ilə yanaşı gecədə "Foresight" şou - balet də öz performansları ilə səhnəyə çıxacaq.
Konsertin aparıcıları tanınmış simalardır - şərqin divası Aygün Kazımova və xarizmatik Emin Musəvi. Bir sözlə, uzun müddət yaddaşlarınızda qalacaq möhtəşəm konsert proqramı sizi gözləyir.