DİA.AZ: - Mayın 28-də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib.
DİA.AZ xəbər verir ki, konsertdə iştirak edən sənətçilər arasında xalq artisti Aygün Kazımova da olub. Konsert üçün milli geyim seçən pop diva səhnəyə çıxar-çıxmaz geyimi ilə hər kəsi heyran edib.