Hakan Erol səsyazma studiyası açır
Tarix: 7-06-2018, 10:41 |
Çap et
DİA.AZ: - Tanınmış türk bəstəçi - aranjimançı, dilimizdə əzbər olan bir çox mahnıların musiqi müəllifi Hakan Erol İstanbulda səsyazma studiyası açmaq qərarına gəlib.
DİA.AZ xəbər verir ki, bəstəkar bu qərarı sosial şəbəkədə bildirib.
Qeyd edək ki, bəstəçi "Təsadüf", "Ağlım başıma gəldi", "Doldur ürəyimi", "Səni belə sevmədilər", və başqa hitlərin müəllifidir. Hakan Erol 2014-cü ildə azərbaycanlı şairə Leyli Erolla ailə həyatı qurub.