DİA.AZ: - Gənc müğənni Jeyla Türkiyə şou-biznesinə qatılmaq fikrindədir.
DİA.AZ xəbər verir ki, ifaçı "Duygular " adlı yeni klipini təqdim edib. Ekran işi Türkiyənin məşhur "Netd Müzik" kanalında yerləşdirilib. Mahnının müəllifliyi isə saysız hit mahnı ərsəyə gətirən Leyli Erol (İsrafilova) və Hakan Erol cütlüyünə məxsus olan mahnını Jeyla türk dilində oxuyub. Ekran işinin rejissorluğunu SayitC edib.
Qardaş ölkədə "3 Adım Muzik" şirkəti ilə işbirliyinə başlayan müğənninin ilk layihəsi "Duygular" olub.