DİA.AZ: - Türkiyəli müğənni və bəstəkar Sinan Akçıl xalq artisti Aygün Kazımovanın ifasında sevilən “Səni belə sevmədilər” adlı bəstəni repertuarına daxil edib.
DİA.AZ xəbər verir ki, ifa etdiyi mahnıya müğənni artıq vətənpərvərlik ruhunda klip də çəkdirib. Nəzərinizə çatdıraq ki, mahnının müəllifliyi isə saysız hit mahnı ərsəyə gətirən Leyli Erol (İsrafilova) və Hakan Erol cütlüyünə məxsusdur. "Səni belə sevmədilər" (Seni böyle sevmediler) adlı mahnını Sinan türk dilində oxuyub.
Türkiyənin tanınmış prodakşn şirkəti tərəfindən çəkilən klipin aranjmançısı Tarık İster, rejissoru isə Alişan Günay Yıldırımdır.