Gürcüstan Prezidenti Salome Zurabişvili Pakistanın sabiq Baş naziri Bənazir Bhuttonun taleyini yaşaya bilər. Onun parlament seçkilərində hakim Gürcü Arzusu Partiyasının qələbə qazanması nəticəsində ölkədə başlayan etirazlara liderlik etməsi belə bir versiyanı ortaya çıxarıb.
İddialara görə, xarici xüsusi xidmət və kəşfiyyat orqanları Zurabişvilini öldürüb, hadisənin günahkarı kimi hakim partiyanı göstərə bilər. Bənazir Bhutto da 2007-ci ilin dekabr ayında seçki öncəsi aksiyada çıxış edən zaman terror hücumu nəticəsində qətlə yetirilmişdi.
Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, ABŞ Cənubi Qafqazı öz nəzarətinə götürmək istəyir:
“Hələ Gürcüstanda xarici agentlər haqqında qanun müzakirə edilərkən Vaşinqton bu ölkədə dövlət çevrilişinə cəhd üçün planlar hazırlamışdı. Hətta nəzərətində olan QHT-lər və agentura şəbəkəsi vasitəsilə buna cəhdi etmişdi. Təbii ki, proses baş tutmadı. Hakim Gürcü Arzusu Partiyası müstəqil siyasət yürütmək, ölkənin azadlığını qorumaq üçün sözügedən qanunu qəbul etdi. Bu, həm də Gürcüstanın forpost olmadığına dair mesaj idi”.
Politoloq bildirib ki, keçmiş prezident Mixail Saakaşvilinin dövründə olduğu kimi, Gürcüstanın Qərbin təlimatlarını yerinə yetirən ölkə olmasını istəyirlər:
“Növbəti mərhələdə parlament seçkilərinə ümid bəslənirdi. Yəni bu yolla müxaliflət koalisiyasının hakimiyyətə gəlməsi və Tbilisinin itaətdə saxlanılması gözləntisi vardı. Lakin plan baş tutmadı, gürcü xalqı seçkidə öz iradəsini göstərdi”.
A.Məsiyevin sözlərinə görə, Gürcüstanın nəzarətə götürülməsi üçün ABŞ Ukrayna ssenarisini işə salıb:
“Gürcüstan Prezidenti Salome Zurabişvili isə bu prosesin görünən simasıdır. Prezident dövlətin deyil, Qərbin maraqlarına uyğun davranır. Təbii ki, seçki sonrası bunların olması gözlənilirdi.
Tbilisidə xaos yaratmaq üçün katalizatora ehtiyac var. Ukraynada Maydan ölkənin prezidentinə qarşı sui-qəsd olacağını demək çətindir. Amma bu versiyaya bənzər bir hadisənin olması mümkündür”.