DİA.AZ: - Xalq artisti Aygün Kazımova və Rauf -40 dərəcə “ATV maqazin onlarla”ya müsahibə veriblər.
DİA.AZ-ın məlumatına görə, Rauf xalq artistini yeni titula layiq görüb:
“Bu elə bir tituldur ki, onu hər kəsə demirlər. Aygün xanım layiqdir deyə, “Lady boss” demək olur”.
Sənətçi də öz növbəsində Raufu şou-biznesin ən yaxşı rəqs edən müğənnisi adlandırıb:
“Mən şou- biznes tarixini bilən biri kimi deyə bilərəm ki, Rauf ən yaxşı rəqs edən müğənnidir. Bizdə səhnədə rəqs edən müğənnilər Faiq Ağayevdir, Rəhim Rəhimlidir. Gənclər arasında isə ən yaxşısı Raufdur”.