223 gündür xəstəxanada yatan şoumendən xəbər var
Tarix: 1-07-2019, 09:16 |
Çap et
DİA.AZ: - Səhhəti günü-gündən daha da yaxşılaşan şoumen Mehmet Ali Erbillə bağlı yeni xəbər var. DİA.AZ-ın məlumatına görə, həkimlər aparıcının artıq evə buraxıla biləcəyini açıqlayıb.
Onlar bildirib ki, 223 gündür xəstəxanada yatan Erbil bir problem olmasa, çərşənbə axşamı evinə göndəriləcək.
Qeyd edək ki, Mehmet Ali Erbil evinin vanna otağında yıxılaraq, yaralanmışdı. Qabırğalarında qırıq olan şoumen günlərlə komada olub.