Ermənistan COP29-da təmsil olunacaq, AMMA... - GÖRÜNƏNİ BUDUR
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək niyyətindədir. Bu barədə Ermənistanın “Hraparak” nəşri hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Baxmayaraq ki, ötən cümə günü Mirzoyan “Vətəndaş Müqaviləsi” fraksiyası ilə qapalı görüşdə “əsirlərin” geri qaytarılacağı təqdirdə Bakıya səfər edəcəyini açıqlayıb.
Nəşr yazır ki, “onlar geri qaytarılmasa belə, xarici işlər naziri həmin platformada bu məsələni gündəmə gətirməyin vacib olduğunu düşünür”.
Qeyd edək ki, Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə rəsmi dəvət edib. Dəvət COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəfindən göndərilib.
Oktyabrın 22-də isə parlamentdə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, “COP29-da iştirakla bağlı hələ qərarımız yoxdur, biz hər şeyi müzakirə etməliyik, başa düşməliyik ki, ora getmək nə üçün lazımdır. Oraya getmək Ermənistana nə verəcək, bizim maraqlarımız nədir, tədbirdə hansı səviyyədə iştirak edəcəyik?”
Oktyabrın 25-də isə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirmişdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında iştirak etmək üçün dəvət alıb və hazırda bu məsələ hökumətdə müzakirə olunur.
Siyasi ekspertlər hesab edir ki, Azərbaycanın Ermənistanla rəsmi diplomatik münasibətləri olmadığı halda dəvət məktubunun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir. Bununla Azərbaycan Ermənistanla normal qonşuluq, sülh münasibətlərində yaşamaq tərəfdarı olduğunu da nümayiş etdirib. COP29 qlobal əhəmiyyətli tədbirdir.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, vaxtın az qalmasına baxmayaraq Ermənistan hələ də Bakının dəvətini rəsmən qəbul edib-etmədiyini açıqlamayıb: “Rəsmi şəxslərin son bir neçə həftə ərzində verdiyi açıqlamalarda dəvətin müzakirə edilməkdə olduğu deyilir. Belə görünür ki, təxminən bir ay öncə Rauf Arifoğlunun dediyi kimi, Ermənistan bu məsələdə də özünü baha satmağa çalışır, sonda isə COP29 tədbirində nazir səviyyəsində olsa da təmsil olunacaq, özünü kənarda qoymayacaq. Ermənistanın məşhur ”Hraparak" qəzetinin xarici işlər naziri Ararat Mirzoyanın COP29 iqlim konfransında iştirak etmək niyyətində olduğunu yazması da bunu deməyə əsas verir. Hesab edirəm ki, artıq Ermənistan hökuməti COP29-da təmsil olunmaq qərarını verib, sadəcə, hələ rəsmi açıqlamırlar.
Hətta bir ay öncə baş nazir Nikol Paşinyanın COP29-da iştirak edəcəyi barədə Ermənistanın bəzi media orqanlarında fikirlər bildirilmişdi. Lakin hələ ki nə Paşinyan özü, nə də digər rəsmi instansiya bunu təsdiqləməyib. Mən hesab edirəm ki, Ermənistan baş nazir səviyyəsində olmasa da, COP29-da təmsil olunacaq. Ermənistan ya xarici işlər naziri, ya da ətraf mühitin mühafizəsi nazirini Bakıya göndərəcək. Nikol Paşinyanın hər gün bir mövqeyə gələn siyasətçi olduğu bəllidir. Odur ki, Paşinyanın Bakıya gəlmək qərarını da qəfil verməsi istisna deyil. Erməni baş nazir bu addımı atarsa, ölkəsi və özü üçün ən düzgün qərar vermiş olacaq. Onun COP29-da iştirak üçün Bakıya gəlişi sonrakı proseslərin - sülh danışıqlarının dinamikasına və effektivliyinə müsbət təsirini göstərər. Ümumiyyətlə, Ermənistan Bakıya dəvəti qəbul edəcəksə və COP29-da iştirak edəcəksə, bu, onun Azərbaycanla münasibətlər qurmaqda maraqlı olduğunun bir əlaməti kimi qəbul olunacaq. Əgər Bakıdan edilən dəvət qəbul olunmayacaqsa, uduzan tərəf Ermənistan olacaq. Ermənistan beynəlxalq ictimai rəydə bununla özünə mənfi fikir formalaşdıracaq. Belə rəy yaranacaq ki, Ermənistan uzlaşma yox, uzaqlaşmaq yolunu tutub. Sülh üçün stimul verən addımları atmaqdan uzaq ölkədir".
Politoloq hesab edir ki, Ermənistan CO29-a gələcəksə, hər hansı şərt irəli sürmədən gəlməlidir: “COP29 kimi beynəlxalq səviyyəli tədbir şərt irəli sürmək yeri deyil. Ara-sıra erməni mediası yazır ki, Paşinyan Bakıya keçmiş separatçı rejimin Bakıda həbsdə olan keçmiş liderlərinin azad olunması şərti ilə gedə bilər. Xarici işlər naziri Mirzoyan da ötən həftə açıqlamasında "əsirlərin" geri qaytarılacağı halda COP29 üçün Bakıya gedəcəyini demişdi. “Əsirlər” deyərkən o, Bakıda həbsdə saxlanan keçmiş separatçı rejimin başçıları olmuş cinayətkarları nəzərdə tutur. Halbuki həmin şəxslər əsir deyillər, Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş qatı cinayətkarlardır. Buna görə də barələrində Azərbaycan qanunlarına uyğun olaraq cinayət işi açılıb və məsuliyyətə cəlb olunublar. Bu cür cinayətkarların azad edilməsi şərtini irəli sürməyin heç bir mənası yoxdur və Azərbaycan təbii ki, belə şərti qəbul etməz.
Azərbaycan dəvətini göndərib, gəlib-gəlməmələri ermənilərin öz seçimləridir. Biz onlara Bakıya gəlmələri üçün xahiş-minnət edən deyilik. Dəvəti qəbul edəcəklərsə, öz faydalarına olacaq. Etməyəcəklərsə, itirən Ermənistan olacaq, Azərbaycan yox. Azərbaycanın Ermənistana COP29-da iştirak üçün dəvət göndərməsi xoş və sülhməramlı niyyətin təzahürüdür. Baş nazir Paşinyanın COP29 çərçivəsində Azərbaycana gəlişi sülh müqaviləsinin imzalanmasını tezləşdirə və bütövlükdə Cənubi Qafqazda əməkdaşlığa töhfə verə bilər. Əslində bu, Ermənistan üçün böyük bir şansdır. Çünki Azərbaycana və azərbaycanlılara qarşı uzun illər boyu işğal, etnik təmizləmə və digər ağır müharibə cinayətləri həyata keçirən Ermənistan əgər sülh istəyirsə, etimad yaratmaq üçün konstruktiv davranmalı və bu istiqamətdə real addımlar atmalıdır".
Onu da bildirək ki, Azərbaycanla Ermənistan arasında bu günə kimi sülh müqaviləsi imzalanmadan bir sıra razılaşmalar əldə olunub, həmçinin İrəvan COP29-un Azərbaycanda keçirilməsinin əleyhinə çıxış etməyib, o zaman baş nazir Nikol Paşinyanın ölkəmizə keçirilən qlobal miqyaslı tədbirdə iştirak etməsində heç bir problem olmamalıdır. Lakin belə görünür ki, Nikol Paşinyan bu addımı atmaqdan çəkinir, ona görə də nazir səviyyəsində təmsil olunacaqları barədə yerli mediaya informasiya sızdırılır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "AzerGold"un törəmə şirkətinin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:10 |
|
|
|
• Qərb özü sonda İvanaşvili ilə razılaşacaq - Görünəni odur ki...
Bu gün, 11:08 |
|
|
|
• Ermənistan Hindistanla qırıcı təyyarələrin alınması ilə bağlı danışıqlar aparır - KİV
Bu gün, 11:04 |
|
|
|
• Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 11:03 |
|
|
|
• Ermənistan və Azərbaycan demarkasiya üzrə reqlamentin qüvvəyə minməsi barədə bir-birlərinə məlumat verəcək
Bu gün, 11:02 |
|
|
|
• Hüseyn Abdullayev prosesə qoşulmayıb, səhhətində ciddi problemlər var - MƏHKƏMƏ
Bu gün, 11:01 |
|
|
|
• Yeni tikilən yollar niyə çökür? - RƏSMİLƏRDƏN maraqlı cavab
Bu gün, 10:52 |
|
|
|
• Bizə durbinlə baxanların QARANLIQ BAXIŞLARI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:48 |
|
|
|
• Quba İcra Hakimiyyəti 3 mərtəbəli binanın təmirinə 218 min manat ayırıb
Bu gün, 10:43 |
|
|
|
• Meyxanaçının sağalması üçün 130 min dollara ehtiyacı var
Bu gün, 10:38 |
|
|
|
• Saxta əlillik pensiyası düzəldən baş həkimə hökm oxundu
Bu gün, 10:27 |
|
|
|
• Ermənistanın COP29-da iştirak edib-etməyəcəyi hələ məlum deyil - Mirzoyan
Bu gün, 10:21 |
|
|
|
• “Bank Avrasiya”nın səhmləri satıldı: Yeni səhmdarları açıqlandı - SİYAHI
Bu gün, 10:17 |
|
|
|
• Barəsində PA-ya şikayət olunan tikinti şirkəti ləğv olundu - TƏFƏRRÜAT
Bu gün, 10:16 |
|
|
|
• “Otaqlar qəzalı vəziyyətdədir, soyuqdur...” - NARAZILIQ VAR...
Bu gün, 10:04 |
|
|
|
• Gömrükdə 10, bazarda 50 MANAT - AXI NİYƏ?..
Bu gün, 09:59 |
|
|
|
• İcra başısının həbsdə olan eks birinci müavini və sabiq şöbə müdrinin əmlakları geri qaytarıldı
Bu gün, 09:56 |
|
|
|
• Daha üç ölkə Rusiyaya qoşun göndərməyə hazırdır - Devid Tafuri
Bu gün, 09:53 |
|
|
|
• Makron bu il Ermənistana gələcəkmi? - Səfir CAVAB VERDİ
Bu gün, 09:50 |
|
|
|
• Bakı və İrəvanın son qərarı: Vasitəçi və sazişin imzalanacağı məkan - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan anklava çevriləcək, tək ümid Tiflisdir - Sedrakyan
Bu gün, 09:46 |
|
|
|
• İqtisadiyyat.az 6 yaşını qeyd edir
Bu gün, 09:44 |
|
|
|
• Faciəli şəkildə ölən qadın nazir köməkçisinin bacısı imiş
Bu gün, 09:26 |
|
|
|
• Marqarin idxalı kəskin artıb – Marketlərdə 3 dəfə baha satılır
Bu gün, 09:25 |
|
|
|
• Keşiş Baqrat xaricə getdi: Müalicə, yoxsa... - daha güclü və əyani təlimat üçün?..
Bu gün, 09:21 |
|
|
|
• "Hər bir işçi bu şərtləri minimum da olsa bilməlidir..." - Ekspert danışır...
Bu gün, 09:15 |
|
|
|
• Ermənistan COP29-da təmsil olunacaq, AMMA... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:10 |
|
|
|
• Salyan-Hacıqabul, Hacıqabul-Salyan marşrutlarında MƏMUR TRANSFERLƏRİ... - Nəhayətdə çəkmələrini də dəyişəcəklər...
Bu gün, 09:08 |
|
|
|
• ABŞ və Çin ötən ay gizli məhbus mübadiləsi aparıblar - KİV
Bu gün, 08:59 |
|
|
|
• "Niyə vətəndaş əziyyət çəkməlidir?" - ETİRAZ VAR...
Bu gün, 08:48 |
|
|
|
• Keçmiş deputat DÖVLƏTDƏN PUL YAYINDIRIB... - İLGİNC İDDİALAR
Bu gün, 08:42 |
|
|
|
• “Baş həkim zəng edib dedi ki, işdən azadsan…” - GİLEY
Bu gün, 08:35 |
|
|
|
• Dörd oğul atası ÇƏTİN DURUMDA... - "Gələcəyə 4 əsğər böyüdürəm..."
Bu gün, 08:29 |
|
|
|
• Naxçıvanda TALANÇI ÜÇLÜK peyda olub... - İTTİHAM VAR...
Bu gün, 08:21 |
|
|
|
• Zelenskinin durumu heç də ÜRƏKAÇAN DEYİL... - "Qələbə planı" yoxsa "Məğlubiyyətin etirafı"?..
Bu gün, 08:16 |
|
|
|
• Niyazi Bayramov vətəndaşa NECƏ ZƏRBƏ VURUBSA... - Hələ də qapılarda qalıb...
Bu gün, 08:11 |
|
|
|
• "Orada biz Qarabağ motivlərini təbliğ edirdik" - Kəmalə Cabbarova
Bu gün, 07:08 |
|
|
|
• İsrail bu zərbə ilə İrana başa saldı: - Hanı Rusiya, Çin?
Bu gün, 07:02 |
|
|
|
• "Mənim zibil maşınım haqqında nə düşünürsünüz?" - Trampdan ATMACA
Bu gün, 06:50 |
|
|
|
• İlhamə Abdullayeva 16 min manatlıq internet alıbmış
Bu gün, 06:33 |
|
|
|
• 17 il əvvəlki dəhşət Qafqazda təkrarlana bilər - İslam dünyasını sarsıdan olay
Bu gün, 06:26 |
|
|
|
• “Avropa İttifaqının liderləri Gürcüstanın üzvlük prosesini dayandırıb” - Aİ səfiri
Bu gün, 02:06 |
|
|
|
• “Qaynanam və qaynatamla yola gedə bilmirəm, məni infeksiyalı yerdə yaşadırlar” – GİLEY / VİDEO
Bu gün, 01:52 |
|
|
|
• Bakıdakı restoranlar bu tarixə qədər toy sifarişi qəbul etməyəcək - SORĞU
Bu gün, 01:49 |
|
|
|
• Qatillər və qurbanlar, yaxud COP nədən fövqəladə əhəmiyyətlidir? - Bahəddin Həzi yazır...
Bu gün, 01:48 |
|
|
|
• Yaramıza bint bağlamağa həkim tapılmayacaq... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:44 |
|
|
|
• Başlığı ağlamalı... içi gülməli... - BELƏ HARA GEDİRİK?
Bu gün, 01:22 |
|
|
|
• Seçkilərdən sonra Ağ Evin xarici siyasət istiqaməti və ya çətin proqnoz - GƏLİŞMƏ
Bu gün, 01:19 |
|
|
|
• 1 manata alınan zəhər: Üstəlik də bahalaşacaq? - Milli Məclisdə anlaşılmaz mövqe...
Bu gün, 01:14 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkiləri nə vaxt keçiriləcək? - Səlahiyyəti 2024-cü il dekabrın 23-də başa çatır...
Bu gün, 01:11 |
|
|
|
|