DİA.AZ: - Azərbaycanın ən sayılıb seçilən prodüseri Mədinə Məlik yeni fotosessiyaya imza edib.
DİA.AZ xəbər verir ki, geyim tərzi ilə hər zaman diqqətləri üzərinə çəkməyi bacaran Mədinə Məlik bu dəfə zənci dəri rəngi ilə diqqət mərkəzində olmağı bacarıb. İkoncan olaraq tanınan prodüserin sosial şəbəkədə paylaşdığı şəkil pərəstişkarlarını çaşdırıb.
Prodüserin bu "zənci" şəkilləri haqda da çox danışılacaq kimi görünür. M.Məlikin görünüşü üzərində peşəkar heyət çalışıb.
Belə ki, prodüserin dırnaqları üzərində Anna Bagrationi, geyim tanınmış modelyer Şəlalə Maqsudova məxsusdur.
Fotosessiyada M.Məlikin "make-up"ı üzərində vizajist Gülay çalışıb. Fotoların müəllifi isə Anar Musayevdir.