DİA.AZ: - Müğənni Sevda Yahyayeva model Rüstəm Cəbrayılovu klipinə çəkməkdən imtina edib.
DİA.AZ xəbər verir ki, bu haqda Rüstəm "Show news" verilişinə açıqlamasında deyib. o bildirib ki, bakıda müğənnilər onu klipə çəkmək üçün qonorarla razılaşmırlar:
"Sağlıqlarına qismət, qazanırlar. Amma iş görməyə gələndə, modellərə pul vermək istəmirlər. Simiclik etməsinlər, çünki bizim sahə də inkişaf etməlidir. Mən də bunun üçün çalışıram. Sevda Yəhyayeva ilə yaxın dostuq. Məni klipinə çəkmək istəyirdi. Amma son cümləsi o oldu ki, sən Brilliant Dadaşovanın, Dilarə Kazımovanın klipinə çəkildin. Çox göründün deyə başqa seçim etməliyəm.
Daha sonra Damla məni dəvət etdi. Məbləğ dedim. Dedilər ki, bu, Damla xanımın klipidir. Qiymət baxımından Azərbaycana uyğun məbləğ deyirəm. Məsələn, Nyu-Yorkda çəkilişim olub. Günümə 40 min dollar almışam".