DİA.AZ: - Azərbaycanla Rusiyanın xalq artistlərinin duet mahnısı onların Rusiyada yaşayan pərəstişkarlarının ürəyincə olub.
Rusiyanın Xalq artisti Filipp Kirkorovun vətənindəki pərəstişkarları onun Azərbaycanın Xalq artisti Aygün Kazımova ilə oxuduğu "Can, canım Azərbaycanım" mahnısını çox bəyəniblər.
DİA.AZ bildirir ki, F.Kirkorov özünün Instagram səhifəsində klipdən bir parçanı paylaşaraq: "Bakının gözəlliyi və qonaqpərvərliyi mənim ürəyimdə və mahnılarımda izini qoydu" sözlərini yazıb. Mahnını bəyəndiklərini qeyd edən pərəstişkarlarının əksəriyyəti artıq həmin mahnını yüklədiklərini yazıblar. Həmçinin müğənninin Aygün Kazımova ilə əməkdaşlığını davam etdirməsini arzulayıblar.
Mahnı ilk dəfə Kirkorovun Bakı Konqres Mərkəzindəki "Əhvalın rəngi" şousunda təqdim olunub. Onun klipinin çəkilişləri də konsertdə baş tutub. Klipin rejissoru tanınmış rusiyalı stilist, müğənni və klipmeyker Alişerdir.