"Səhnəsiz yaşaya bilmirəm"
Tarix: 11-05-2020, 08:35 |
Çap et
DİA.AZ: - "Ən çox səhnə üçün darıxmışam. Səhnəyə çıxmaq istəyirəm".
DİA.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. Müğənni karantin günlərindən bəhs edib. O bildirib ki, səhnə üçün darıxır və yeni layihələr hazırlayır:
"Karantin bitən kimi 1 saniyədən sonra səhnəyə çıxacam. Yəqin tamaşaçılar məni başa düşür. İzləyicilərimsiz və səhnəsiz yaşaya bilmirəm.
Bütün günü oturub fikirləşdim. Bəzi xasiyyətlərimlə vidalaşdım. Bəzi gözəl xüsusiyyətləri özümə cəlb etdim".