Elzaya görə gəlini və oğlu evdən getdi
Tarix: 13-05-2020, 12:14 |
Çap et
DİA.AZ: - Əməkdar artist Elza Seyidcahanın gəlini ilə münasibətlərinin yaxşı olmadığı iddia edilib.
DİA.AZ-ın məlumatına görə, bu haqda aparıcı Zaur Kamal verilişində deyib. O bildirib ki, gəlini Seyidcahanla eyni evdə yaşamaq istəməyib və ərə gəldikdən 1 ay sonra cehizini yığıb başqa evə köçüb.
Onun sözlərini Elza təsdiqləyib: "Oğlum və gəlinim kirayədə yaşayır. Oğlum ayrı qalmaq istədi, mən də razılaşdım. Tək yaşadığım üçün qızım ərə gedəndə kürəkənimi yanımda saxladım. O da mənim üçün oğuldur".
Müğənni gəlini Xəyalə ilə küsülü olması iddiasının isə yalan olduğunu bildirib. O, canlı yayımda Xəyaləyə zəng edərək, aralarında heç bir inciklik olmadığını sübut edib