Sevda Giray Orkhan Gencebayın mahnısını oxudu
Tarix: 29-05-2020, 10:36 |
Çap et
DİA.AZ: - Müğənni Sevda Giray xüsusi karantin rejimində yeni mahnısı ilə sosial şəbəkədə gündəmə gəlib.
DİA.AZ xəbər verir ki, buna isə onun artıq üç dəfə ifa edilmiş mahnıya müraciət etməsi səbəb olub.
Belə ki, sənətçi sözü və musiqisi Orkhan Gencebaya aid olan "Her damla gözyaşımda" mahnısını üçüncü dəfə oxuyub.
Bildirək ki, ilk dəfə türkiyəli məşhur ifaçı Gönül Akkor tərəfindən oxunan mahnını, daha sonra Sibel Can və Ajda Pekkan ifa edib.
Hər üç müğənninin ifası uğurlu alınıb və yetərincə dinləyici kütləsi toplayıb.
Girayın mahnını ifa etməsinə səbəb onun yeni versiyasını çox bəyənməsidir.
Qeyd edək ki, mahnının aranjimanı Selim Çaldırana aiddir.
"Cover" bəstə Türkiyənin məşhur “NetD” musiqi portalında yerləşdirilib.