Roza Zərgərli onunla "Gecələr qara" deyəcək
Tarix: 30-06-2020, 13:01 |
Çap et
DİA.AZ: - Müğənni Roza Zərgərli karantin ərəfəsində yaradıcılığında bir çox yeniliklər edib.
DİA.AZ xəbər verir ki, sənətçi evdə oturduğu müddətdə layihələr haqda fikirləşdiyini deyib. Zərgərli ilk olaraq duetini təqdim edəcəyini söyləyib. O bildirib ki, bu dəfə də duet ortağı müğənni Əkbər Əliyev olacaq:
"Çalışacağıq ki, 20 günə duet təqdim olunsun. Mahnı "Gecələr qara" adlanır. Bəstəkarı Arzu Abasovadır. Fikrimcə, gözəl mahnıdır. Seviləcəyinə ümid edirəm".
R.Zərgərli solo konsertə hazırlaşdığını da bildirib. O qeyde dib ki, karantin bitən kimi konsert tarixini dəqiqləşdirəcək.