"Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir" - Xalq artisti
Tarix: 3-10-2020, 08:24 | Çap et
Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun əks hücum əməliyyatları uğurla davam edir. Bu günə qədər ordumuz tərəfindən düşmənin yüzlərlə texnikası məhv edilib. Şəhidlərimiz olsa da, ölkədə böyük qələbə əhval-ruhiyyəsi, sevinci yaşanır. Hər kəs Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına, müqəddəs torpaqlara yenidən qayıda biləcəyinə inanır.
Məsələ ilə bağlı “Yeni Müsavat” məşhur musiqiçilərin əhval-ruhiyyəsini, bu günlərlə bağlı rəylərini öyrənməyə çalışıb.
Xalq artisti, ifaçı İlqar Muradov Azərbaycan Ordusunun rəşadətindən qürur duyduğunu bildirdi: “Sentyabrın 27-də Azərbaycan Ordusunun əks hücumu, əzmkarlıq göstərməsi, illərlə işğal altında olan kəndləri, zirvəlikləri azad etməsi hər birimizdə böyük sevinc və ümidlər yaradıb. Biz inanırıq ki, o torpaqlara yenidən qayıdacağıq. Ermənilər də başa düşməlidirlər ki, artıq torpaqlarımızdan çıxıb, getməlidirlər. Biz hər şeyə hazırıq və qələbəni əldə edəcəyimizə inanıram”.
İlqar Muradov qeyd etdi ki, bu günlərdə xüsusən də gənclərdə böyük vətənpərvərlik ruhu hiss olunmaqdadır:
“Onların hər biri döyüşlərə gedib, vətəni qorumağa hazırdır. Baxmayaraq ki, şəhidlərimiz var. Amma bir tərəfdən də ölkəmizdə bayram əhval ruhiyyəsi yaşanır. İnşallah ki, qələbə də çalacağıq”.
Xalq artisti, bəstəkar, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi: “30 ildən sonra Azərbaycan, nəhayət ki, əks-hücuma keçdi və bu gün artıq bizim işğal olunmuş ərazilərimiz tədricən azad olunmağa başlayıb. Əlbəttə ki, bu işdə bizim ordumuzun böyük əməyi var. Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir”.
Siyavuş Kərimi ölkədə böyük sevinc əhval-ruhiyyəsi yaşandığını da dedi: “Azərbaycan çox böyük birlik nümayiş etdirir. Ölkədə belə bir birliyin olduğunu hələ xatırlamıram. İnsanlar, gənclər cəbhəyə can atır. Hərbi komissarlıqların qarşısında izdiham yaşanır. Analar öz oğullarını sevinclə yola salır, nəinki ağlayaraq. Çünki bilir ki, övladı vətənini azad etməyə gedir. Bu işdə mən əsgərlərimizə uğurlar arzulayıram. Allah hər bir əsgərimizi qorusun. Müharibədə itkilər olur. İtkisiz müharibə olmur. Təbii ki, bizim də şəhidlərimiz var. Amma biz şəhid olmağa deyil, öldürməyə getməli, torpaqlarımızı mənfur qonşularımızdan qorumalıyıq. Və buna da nail olacağıq. Çünki çox şanlı, rəşadətli, cəsur ordumuz var. Düşünürəm ki, qələbə qabaqdadır. İnşallah, böyük ümid edirəm ki, tezliklə yeni müsahibələrimi Xankəndində verəcəm”.
Əslən Şuşadan olan Xalq artisti Fərhad Bədəlbəyli isə bildirdi: “Əlbəttə ki, sevinc, qələbə hissini yaşayırıq. 30 ildir ki, bu günü gözləyirdik. Minsk qrupunun üzvləri ilə danışıqlarda mən də iştirak etmişəm. Gözümüz baxa-baxa bizə yalan deyirdilər. Bildirirdilər ki, bir az da dözün, hər şey yaxşı olacaq, siz tezliklə Şuşaya qayıdacaqsınız. Mən də deyirdim ki, biz hətta razıyıq ki, ermənilərlə birgə yaşayaq, amma torpaqlarımız geri qaytarılsın. Amma gördük ki, ermənilər müqəddəs Şuşamızda ”parlament" qurmaq istəyirlər. İndi də Livandan ailələri köçürüb, Şuşada yerləşdirirlər. Beləliklə, 30 ildir ki, bizi aldadıblar.
Ordumuzun qazandığı qələbələr bizə böyük sevinc bəxş edib. Bu məsələdə Türkiyənin də böyük dayağı, dəstəyini hiss edirik. Onlar bəyanatlar verib, Azərbaycanın yanında olduqlarını bildirirlər. Ermənilər torpaqlarımızdan nə qədər tez rədd olub getsələr, cavan uşaqları həlak olmaz. Axı nə istəyirlər? Nəyin üstündə vuruşurlar? Ay erməni ata-analar, siz niyə öz uşaqlarınızı döyüşə göndərirsiniz? Bu, axı Azərbaycan torpaqlarıdır. Ümid edirəm ki, yenidən müqəddəs Şuşaya gedəcəm və siz məhz orada məndən açıqlama alacaqsınız".
Xalq artisti Niyaməddin Musayev: “30 ildir ki, xalq bu günləri gözləyirdi, gözü yolda idi. Bu günlərdə böyük qürur hissi duyuruq. Küçəyə çıxırıq hər yerdə bayram əhval-ruhiyyəsi var. Prezidentimiz hər zaman deyirdi ki, Şuşada bayrağımızı qaldıracağıq. Bəzi gənclər buna inanmırdı, çünki inam itmişdi. Amma artıq zamanı çatdı, gənclərimiz gördü ki, hər şeyin öz vaxtı var və həmin vaxt gəlib, yetişib. Ordumuz böyük ruh yüksəkliyi ilə döyüşür. Qələbə bizimlədir və tam qələbəni qazanıb, işğal olunmuş torpaqlarımızı azad edəcək, o torpaqlara gedəcəyik. Bu gün görürük ki, bir çox beynəlxalq təşkilatlar danışıqlar aparılması haqda məsləhətlər verirlər. Əgər onlar zamanında öz işlərini görsə idilər, indi qan tökülməzdi. Amma torpağa qan töküləndə o torpaq vətən olur. Eşq olsun ordumuza, prezidentimizə, xalqımıza! Çox ümidliyik. Çünki haqq bizimdir. Bizim heç kəsin torpağında gözümüz yoxdur və eyni zamanda bir qarış torpağımızı kiməsə vermək fikrində deyilik”.
Xalq artisti, məşhur xanəndə, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov: “İllərlə dözdük ki, danışıqla, sülhlə torpaqlarımız geri qaytarılsın. Lakin mənfur qonşumuz hər dəfə danışıqları uzadıb, heç bir torpaq qaytarmadı. Son zamanlar da etdikləri təxribatlar isə özünə baha başa gəldi. Bu, cavabsız qala bilməzdi”.
Xalq artisti qeyd etdi ki, ən böyük arzusu işğaldan azad olunacaq torpaqlarımızda “Qarabağ şikəstəsi”ni oxumaqdır: “Mən Ağdamda doğulmuşam, hərbi xidmətimi də o müqəddəs torpaqda başa vurmuşam. Hər iki aydan bir Ağdama gedirəm. Hər dəfə ad günlərimi orada keçirmişəm. Çünki mən Ağdama çox bağlıyam.
Mənsum İbrahimov bildirdi ki, hazırda cəbhə bölgəsində yaşayan insanlar arasında böyük ruh yüksəkliyi yaşanır:
“Qardaşım və yaxınlarım Ağdamda yaşayır. Bu gün cəbhə bölgəsində yaşayan insanlar arasında böyük ruh yüksəkliyi yaşanır. Bir nəfər də olsun evini tərk edib getmir. Evinə bomba düşsə də, yaralansa da, təsərrüfatına ziyan dəysə də, ata-baba yurdundan kənara çıxmır. Çünki bilir ki, irəlidə Azərbaycan Ordusu əzmlə döyüşür. Onlar hər gün hərbçilərimizin yanındadır. Qocasından tutmuş uşağına qədər, hər kəs əsgərlərimizin yanına gedir ki, nəyə gücləri çatsa köməklik etsinlər.
Bu gün xalqımızda olan ruh yüksəkliyi, birlik heç bir zaman olmayıb. Allah bunları bizə çox görməsin, ordumuzu müzəffər etsin. Gün o gün olsun ki, müqəddəs torpaqlarımızda bir-birimizi qələbə münasibəti ilə təbrik edək və o gün heç də uzaqda deyil. Bizim xalqımız həqiqətən böyük xalqdır. Bəzən deyirdilər ki, insanlarımız zamanla Qarabağı unudublar. Amma tarix göstərdi ki, heç kəs Qarabağı unutmayıb. Bu gün hər birimiz bir olmalı, prezidentimiz, Ali Baş Komandanımızın ətrafında birləşməliyik. Çünki hər birimiz Ali Baş Komandanın əsgəriyik". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
|