"Əgər Şirəliyevə vurulan həmin vaksindən vuracaqlarsa, razı olaram" - Camaat belə fikirləşir...
Tarix: 1-02-2021, 08:55 | Çap et
Bir çox ölkələrdə, xüsusən də qardaş Türkiyədə bəzi məşhurlar canlı efirdə koronavirus əleyhinə vaksin vurdurrular. Bu bir növ təbliğat xarakteri daşıyır. Bəs görəsən, bizim məşhurların koronavirusa qarşı ölkəmizə gətirilən vaksin barədə fikirləri nədir? Bir müddət öncə saytların birinə açıqlama verən müğənni Günel Ələkbərova "biz TƏBİB üçün qurbağa, siçan deyilik ki, üzərimizdə təcrübə aparsınlar" demişdi:
"Əslində peyvəndin vurulmasına pis baxmıram. Yəni biz uşaq vaxtı da gözəgörünməz viruslardan qorunmaq üçün peyvənd vurdurmuşuq, hətta öz uşaqlarımız üçün də istifadə etmişik. Bu, normal bir haldır. Ancaq koronavirusa qarşı ölkəmizə gətirilən vaksinə güvənmirəm. TƏBİB-in açıqlamasından sonra belə qərar verdim ki, mən o vaksini vurdurmayacam. TƏBİB açıq-aydın qeyd edib ki, vaksini vurdurduqdan sonra insan əmək fəaliyyətini itirə, şikəst qala, ən pis halda dünyasını dəyişə bilər". "Oqtay müəllimin vurdurduğu vaksinin tərkibindən xəbərdar deyiləm. Səhiyyə nazirinin vurdurduğu vaksinin eynisindən mən də istəyirəm. İndi insanlara vurulan vaksinin içində nə olduğundan xəbərsizik. Razıyam, mənə vaksin vurulsun, o halda ki, Oqtay Şirəliyevə vurulan iynənin ucu dəyişdirilib yarısı da mənə vurulsaydı. Vallah, vitamin kompleksi bizə də xeyirdir. Böyük məmnuniyyətlə mən də istəyərdim. Son zamanlar hamının elə vitaminlərə ehtiyacı var. Üstəlik bu gün qəbul etdiyimiz meyvə və tərəvəzlərin mənşəyi bəlli deyil",- deyə G.Ələkbərova bildirmişdi.
Günel Ələkbərovanın bu açıqlaması sosial şəbəkələrdə rezonans doğurdu. Görək həmkarları bu barədə nə düşünürlər?
Sputnik Azərbaycan-la söhbətində müğənni Nadir Qafarzadə həmkarının fikrinə şərik oldu: "Kim onun tərkibini yoxlayıb ki? Biz haradan bilək ki, o nədir? Mənə təklif olunsa, ən axırıncı vurduraram.
Baxacam ki, digər insanlarda hansı effekti verir, ondan sonra razı olacam. Mənim üçün fərqi yoxdur, mən ömrümün yarısını yaşamışam. Nə olacaq, olacaq. Gələcək nəsil üçün fəsadlar törədəcək. Dünya liderləri milyardları buraxıblar ki, virusu yayıb camaatı qırsınlar. Gördülər ki, virusla qırılmırlar, vaksin məsələsini ortalığa atıblar. Mən Günelin fikri ilə tam razıyam. Əgər Şirəliyevə vurulan həmin vaksindən vuracaqlarsa, razı olaram. Amma mən necə əmin ola bilərəm ki, həmin vaksini vururlar? Dünyanın sonu gəlib, nə edirlər, etsinlər, sonumuza çıxacaqlar".
"Miss Azərbaycan-2019" titulunun sahibi Səmra Hüseynova isə fərqli düşünür. Model vaksin vurduracağını bildirib: "Hal-hazırda nevroz anoreksiyadan əziyyət çəkirəm. Müalicələrim davam edir. Müalicələrdən sonra mütləq vaksin vurduracam. Düşünürəm ki, koronavirus adlı bəladan birdəfəlik qurtulmağın ən optimal variantı budur".
Xalq artisti Nazpəri Dostəliyevanın da fikrini öyrəndik. Xalq artisi deyir ki, əvvəl vaksin vurdurmaq barədə düşünüb. Amma vaksinlə bağlı xoşagəlməz fikirlər Dostəliyevanı bu fikirdən daşındırıb:
"Sonra aldığım informasiyalarda məlum oldu ki, həmin vaksinlər həyatımız üçün təhlükəlidir. Mən istəmirəm, sağlamlığımı təhlükəyə atmaq istəmirəm. Mən virusdan əziyyət çəkmədim. Çünki orqanizmimə bələdəm. Həmişə yeməyimə fikir vermişəm. Amma bu o demək deyil ki, pandemiya dövrü mənə təsir etmədi. Qohum-əqrabadan həyatını itirənlər oldu. Mən də robot deyiləm, mənə də təsir elədi. Amma çalışdım ki, ailə üzvlərimin orqanizminin virusa qarşı müqavimətini gücləndirim. Mən səbirli insanam, baxacam vəziyyətə. Görsəm ki, insanların hər birinə bu vaksin vurulur, vaksinin müsbət təsiri olur, mən də edəcəm".
Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyə Qurbanova da məsələyə münasibətini bildirib: "Vaksini vurdurub-vurdurmamaq hər kəsin şəxsi seçimidir. Ehtiyac duyularsa, digər peyvəndlər kimi vurduracam".
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, eyni zamanda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Ülviyyə Əliyeva bildirir ki, bu məsələ onu neçə vaxtdır ki, narahat edir: "Mən, sözün düzü, vaksinə qarşıyam. Artıq bir ilə yaxındır ki, bu problem dünyada var. Amma çox şükür ki, nə mən, nə də mənim yaxınlarım bu xəstəliyə tutulduq. Bu da bizim immun sistemimizin güclü olması ilə bağlıdır. Pandemiya dövründə nə tələb olunurdusa, onu da elədik. Uşaqdan-böyüyə hər birimiz özümüzü qoruduq. Deyilənə görə, bəzi istisnalar olmaqla, hər kəsə vaksin vurulacaq. Mən buna razı deyiləm. Mənim orqanizmim güclüdürsə, niyə mənim bədənimə yad bir cism daxil olmalıdır?"
Aktrisanın fikrincə, vaksin məcburi olmamalıdır:
"Dünyanın düz vaxtı mənim 38 dərəcə temperaturum olanda dərman qəbul etmirdim. Tərləyirdim, qızdırmam keçirdi. Yəni, dediyim odur ki, genetik olaraq bizim immun sistemimiz güclüdür. Mənə elə gəlir ki, orqanizmi güclü olan insanlara toxnmasınlar. Kimin ki, orqanizmi zəifdir, ona vursunlar. Mən insanam, mənim hüquqlarım var. Mənim imtina etmə şansım olmalıdır. Anlayıram ki, mən xaricə getsəm, vaksinasiya oluna bilərəm. Amma mən istəmirəm. Son ana qədər də vaxtı uzadacam ki, vaksin vurdurmayım". "Uşaq vaxtı bizə qızılçaya, sarılığa qarşı vaksinlər vurublar. Hansı ki, biz bilirdik ki, bu, gələcəkdə ola bilər. Bundan qorunmaq üçün vurdurmaq lazım idi. Amma koronavirus qripin başqa bir növüdür. Bəlkə də 10 il sonra, 20 il sonra tamamilə itib gedəcək. Buna da orqanizmimiz öyrəşəcək. Tarix göstərir ki, əvvəllər qripdən də insanlar ölürdülər. Amma indi insanlar onu adi bir virus kimi keçirirlər", - aktrisa əlavə edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|