“Bloggerlik deyilən bir sənət yoxdur”
Tarix: 4-02-2021, 08:56 | Çap et
Türkiyə və yerli şou-biznesdə kifayət qədər tanınan gənc ifaçı Aila Rai Moderator.az-ın suallarını cavablandırdı.
"O səs Türkiyə” yarışmasında iştirak edərək ilk pillələrə qədər gəlib çıxmağı bacaran, fərqli duetlər, "mash up”-lar və müxtəlif janrlı mahnılara üstünlük verən ifaçı bizimlə söhbətində pandemiya dönəmində gördüyü işlərdən və gələcək planlarından danışdı.
-Karantin günlərini necə keçirdirsiniz?
-Karantin günlərini ailəmlə, yaxınlarımla, rəfiqələrimlə birlikdə keçirdirəm. Karantindir deyə evdə boş oturmuram. Ali təhsilimi artıq başa vururam. Bu müddət ərzində imtahanlarıma hazırlaşmışam. 2 aylıq İstanbula gedib, layihələrim üzərində çalışmışam. Hələ ki, o layihələrin heç biri işıq üzü görməyib. Əvvəlki gündəlik iş həyatımızın, ab-havanın düzəlməsini gözləyirəm. İnsanların əhvalı o qədər də yaxşı deyil. Pandemiya bir çox iş yerlərinin bağlanmasına səbəb oldu, ümumi yaranan situasiyadan, şəraitdən dolayı indi insanlar musiqi dinləmək dərdində deyillər. Yəni belə bir dönəmdə yeni mahnı, layihə o qədər də maraqlı olmayacaq. İnsanların işləri o qədər də yaxşı getmir. Onun üçün biz də həmin layihəni təqdim edəcəyimiz məqamı gözləyirik.
Bundan başqa karantin günlərində idmanla məşğul olub, kitab oxumuşam, işlərimlə məşğul olmuşam. Mən bu karantindən faydalananlardanam. Gizlətməyəcəm, karantin rejimi xoşuma gəlir. O qədər günümün çoxunu evdə keçirmişəm ki, artıq bu rejimə öyrəşmişəm. Heç bir yerə çıxmaq istəmirəm. -Bəs psixoloji olaraq pandemiya dönəmi sizə necə təsir etdi?
- Əlbəttə ki, daima dinamik həyat tərzi keçirən insanın çərçivəyə salınması psixoloji olaraq təsirsiz ötüşmür. Mən daim öz üzərində çalışmışam. Belə ki, 3 yaşımdan rəqs, gimnastika, idman, musiqi, vokal sənəti ilə məşğul olmuşam. Uşaqlıqdan daima hərəkətdə, dinamik biri olmuşam. Bir yerdə oturmamışam. Hər zaman bir işlə məşğul olmağa öyrəşmişəm. Karantin rejimində isə ilk günlərdə bu qaydalar mənə mənfi təsir edirdi, sonra gördüm bu bütün dünyada belədir. İnsanlarda psixoloji cəhətədn aqressivləşiblər, bu da hazırda normal hala çevrilib.
- Bəs maddi olaraq hansı çətinliklərlə üzləşdiniz?
- Nə xoş mənə ki, bu mövzuda xüsusi bir problem yaşamıram. Ailəm yanımdadır, onlar mənə həmişə dəstək olurlar. Hazırda valideynlərim mənə maddi yardım göstərir. Əvvəllər öz xərclərimi özüm həll edirdim. Belə ki, gündəlik xərclərimi, mahnılarımı, arenajmanlarını, kliplərimi özüm həll edirdim. Bir neçə il idi ki, ailəmdən maddi dəstək almırdım. Düşünürəm ki, bu vəziyyət düzələcək. Hər şey daha yaxşı olacaq, sadəcə bir az səbr etmək lazımdır. Bu da bizə Allah tərəfindən verilən bir sınaqdır. Əsas məsələ bizim bu sınaqdan necə keçməyimizdir.
-Kanatin günlərində evdə qalan sənətçilərin fərqli tərəfləri ilə tanış olduq. Siz bu günlərdə nələrin fərqinə vardınız, özünüzdə nələri kəşf etdiniz?
-Karantin günlərində nə qədər səbrli olduğumu gördüm. Əvəllər elə düşünürdüm ki, evdə çox otura, belə bir rejimə dözə bilmərəm, darıxaram. Məndə isə əksinə oldu, artıq bu rejimə alışmışam. Bu müddət ərzində gördüm ki, evdə qaldıqda yemək bişirə, idmanla məşğul ola, kitab oxuya bilərəm. Yəni bu müddət ərzində uşaqlıqdan özümdə hər şeyi kəşf etdiyim üçün fərqli bir Aila ilə qarşılaşmadım. -Bu günün əsas gündəm mövzusu peyvəndlərin vurulmasıdır. Siz peyvənd vurduracaqsınızmı?
- İnsanlar koronavirusa yoluxmağa başlayanda deyirdilər ki, belə bir şey mümkün deyil, bu şaiyədir. İndi də deyirlər ki, peyvənd boş şeydir, insanları öldürür, yarımcan edir və sair. Mən isə o fikirdə deyiləm. Bir az səbr edəcəm, görsəm ki, hər kəs peyvənd vurudur mən də vurduracam. Bu o qədər də qorxulu bir şey deyil. Təzə-təzə heç kəs peyvənd vurdurmaq istəməyəcək, sonra vurduracaqlar.
- Sosial şəbəkənin gətirdiyi məşhurluğun keçici olduğu deyilir və sabun köpüyünə bənzədilir. Bu platformada tanınan simaların məşhurluğu birmənalı qarşılanmır. Siz necə düşünürsünüz?
-Sosial şəbəkənin gətirdiyi məşhurluq bir yerə qədərdir. Sosial medianın məşhurlaşdırdığı insanlar bir müddətdən sonra unudulmağa məhkumdur. Sosial media bu gün var, sabah yoxdur. Sabah fərqli, yeni bir platforma açılacaq. Orada başqaları tanınmağa başlayacaq. Bloggerlər, instagram məşhurları bunlar hamısı müəyyən yerə qədərdir, əbədi deyil. İnsan gərək qəlblərdə sevilsin. Məşhurluq sosial media ilə ölçülmür. Sosial mediada elə məşhur var ki, bir paylaşımına ümumilikdə heç min “like” gəlmir. Ancaq instagram üzərindən məşhurlaşan bloggerin bir paylaşımının milyon baxış sayı olur. Məşhur çölə çıxandan daha çox tanınır, insnalar onu sevir. Ancaq o milyon baxış sayı toplayan insana eyni cür yanaşmırlar. Sevilən səntəçilər insanaların yaddaşında, xatirində qalırlar. Əslində isə bloggerlik deyilən bir sənət yoxdur. Musiqiçi sənəti, aktyorluq, ifaçılq var amma bloggerlik deyilən rəsmi sənət yoxdur. Yəni ondan dərs alıb öyrənmirlər. Şəkil çəkib paylaşmaq bloeggerlik deyil. İnsanlar onların tərzini bəyənir deyə onları izləyir. Bu platformada məşhurlaşsan hər kəs səni sevəcək və tez də unudacaq. Əsas məsələ insanların yaddaşında və ürəyində qalmaqdır.
Bu ifadəmlə o demək deyil ki, mənim onlarla hər hansı problemim var, əsla. Hətta onu deyim ki, bu gün 6-7 blogger var ki, mən onları izləyirəm. Çünki kifayət qədər zövqlüdürlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|