"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" .....                     O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                 

"Bəzən mətbəxdə görürdüm ki, öz-özünə danışır"
Tarix: 24-09-2021, 08:43 | Çap et
"Bəzən mətbəxdə görürdüm ki, öz-özünə danışır"
“2 ilə yaxındır ki, biz aktiv fəaliyyət göstərmirik. 1 il ümumiyyətlə passiv fəaliyyət göstərdik, hətta heç bir yerdə nə şou-proqramlar, nə də tədbirlər keçirilmirdi. Həmin vaxtda mən zənn edirdim ki, artıq dünyanın sonudur. Toylara və restoranların fəaliyyətinə icazə veriləndə mən həyat yoldaşım, aktyor Hüseyn Əlili ilə başladıq fəaliyyətimizi davam etdirməyə. Siz bilirsiniz ki, biz birlikdə şou proqramlarda çıxış edirik. İnanın ki, uzun fasilədən sonra ilk dəfə səhnəyə çıxanda o qədər həyəcanlı idik ki, bilmirdik səhnədə necə dayanaq?! Əlimizi-ayağımızı hərəkət etdirə bilmirdik. Amma az da olsa, səhnə eşqimizi bu tədbirlərdə, şou proqramlarda ortaya qoya bilirik. Şou-proqramların fəaliyyətinin bərpası da vəziyyətimizin bir balaca düzəlməsinə səbəb olub”.

Bunu Moderator.az-a açıqlamasında Akademik Musiqili Teatrının aktrisası Gültac Əlili deyib. O daha sonra əlavə edib.

“Pandemiya vaxtında yeni-yeni evdə məşq etmirdim. Heç bir obrazımı yadıma salmırdım. Elə bilirdim ki, bu ay bitəcək, gələn aydan işləyəcəyik. 2 ay, 2 ay baxdım ki, vəziyyət uzanır. Amma məndən fərqli olaraq, Hüseyn bütün obrazlarını yadına salır, hətta rol dəftərini gözünün qabağına qoyub oxuyurdu da. Bəzən mətbəxdə görürdüm ki, öz-özünə danışır. Soruşurdum ki, ay Hüseyn, nə edirsən? Deyirdi ki, tamaşaları təkrarlayıram görüm yadımda qalıb, yoxsa yox?! 18 sentyabr bilirsiniz ki, Üzeyir Hacıbəylinin doğum günüdür və Milli Musiqi Günü kimi qeyd olunur. Aztv-də çıxışımız olacaqdı. Bu münasibətlə teatrda kiçik bir heyətlə yığışıb məşq etdik. İnanın ki, elə bilirdim mən illərdir acam! O qədər gözəl məşq etdik ki. Bu gün artıq evdə məşq edirəm. Yuxudan qəfil dursam da, əzbər biləcəyim Gülnaz (O olmasın, bu olsun) obrazının sözlərini unutmuşdum. Məşq vasitəsilə onları yoluna qoyuram”, - dyə aktrisa bildirib.

Gültac Əlili daha sonra “ailə ilə sənət bir arada tutmur” deyən həmkarlarına səslənib.

"Bunlar hamısı filosofiyadır! Nəinki bu sənət, hansı sənətdə olursansa ol, əgər bir insan nəyisə istəyirsə, onun yüksək səviyyədə olması üçün çalışırsa, demək ki, ona nail olur. Əlbəttə ki, həyat yoldaşının səni dəstəkləməsi daha böyük uğurlara gətirib çıxarır. Bu istər qadının kişini dəstəkləməyi, istərsə də kişinin qadını dəstəkləməyinə aiddir. Mən deyim ki, tək Hüseyn məni dəstəkləyir, xeyr. Mən də Hüseynin yanındayam, onu dəstəkləyirəm. Hüseyn evə gələndə heç vaxt ona pis sifət göstərmirəm, “dur yeməyi özün isit ye” demirəm. Əgər bunları etsəm, əlbəttə ki, həyat yoldaşım evə gecənin bir aləmi gələr və yaxud da gəlmək istəməz. Bu da onun işinin ziyanına gətirib çıxarar. Bunlar xırda detallar olsa da, ailədə uğurlu və uğursuz nüansların səbəbləridir. Maddi vəziyyətim yaxşı olsaydı, daha 2 övladımın olmasını istəyərdim. Çünki həyat yoldaşımdan razıyam, oğlanlarım da ataları kimi tərbiyəli, ağıllıdırlar. Niyə də soyadımız çoxalmasın, nəslimiz böyüməsin?! Sadəcə olaraq maddi durumuma görə düşünürəm ki, bu gün uşaqlarımı ancaq bir yerə çıxara bilərəm, xalqa, vətənə layiq övlad kimi formalaşdıra bilərəm. Ailə ilə sənəti bir arada çox gözəl çatdırıram. Könlü balıq istəyənin quyruğu suda olar. “Çatdırmıram”, “sənətlə ailə tutmur” deyə bir şey yoxdur. İstəyirsənsə, hər şeyi edə bilərsən”, - deyə sənətçi bildirib.

Aktrisa sənət rəqabətlərindən də danışıb.

“Əgər sağlam rəqabətdirsə, əlbəttə ki, çox gözəl qəbul edirəm. Mən özüm də sağlam rəqabət aparmağı sevirəm. Amma vay o gündən ki, bu həsədə çevrilsin. O zaman sən hamıdan geridə qalacaqsan, sənin heç nəyin olmayacaq, aktyor kimi də yaradıcılıq və mənəviyyat baxımından pas atmış olacaqsan. O vaxta kimi ki, “Niyə onda bu var, məndə yoxdur?” deməyənə qədər. Bəlkə “Mən də bir az çalışım, məndə də olsun” desən, əlbəttə ki, sən uğur qazanacaqsan. Bəzən rəqabəti paxıllıqla səhv salırlar. Mən görəndə ki, paxıllar, pisniyyətli insanlar var, daha da güclü olmaq istəyirəm. Hər dəfə əzildikcə elə bil ki, mənə bir dənə də can verirlər. Deyirəm ki, dayan, indi gör necə güclü olacağam?! Paxıllar olmasa yəqin ki, daha çox çalışmaq istəyimiz az olur”, - deyə aktrisa bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru