Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                 

"Allah pensiya ilə yaşayan insanlara kömək olsun" - Nura Suri
Tarix: 13-01-2022, 08:46 | Çap et
"Allah pensiya ilə yaşayan insanlara kömək olsun"
Müğənni Nura Suri Meydan TV-yə müsahibə verib. O, ölkədə və dünyada baş verən bir sıra ictimai hadisələrə, bahalaşma və digər mövzulara toxunub. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Nura xanım, pandemiya yaradıcılığınıza hansı formada təsir etdi? Məsələn, toyların dayandırılması və ya konsertlərin keçirilməməsi baxımından?..

- Əvvəllər bütün gün efirlərdə, yaxud konsertlərdə - dövlət tədbirlərində olurdum. Üstəlik, ad günləri, toylar da vardı. Pandemiya vaxtı bunların heç biri olmadı. Sonra da yavaş-yavaş sayı azaldı. Bu da əlbəttə ki, həm maddi, həm də mənəvi olaraq pis təsir edir. Hazırda dünya iqtisadiyyatı bərbad vəziyyətdədir. Oğlum Los-Ancelesdə yaşayır. Deyir ki, Amerikada benzinin litri altı dollardır. Bu, anormal bir qiymətdir. Görürsünüz, Türkiyədə vəziyyət necədir? Lirə gündən-günə "ölür”, dollar qalxır. Düşünürəm ki, son iki il bütün insanlara, ümumiyyətlə, dünya iqtisadiyyatına ağır təsir göstərdi. Pandemiya bir çox sahələrə ciddi zərbə vurdu. Bu proses güman ki, xeyli müddət davam edəcək. Əvvəlki həyatımıza, öyrəşdiyimiz komforta - rahatlıqla bir ölkədən digərinə gedib-gəlməyimizə, güman ki, bu tezlikdə qovuşmayacağıq.

- Azərbaycandakı bahalaşma gündəlik həyatınıza təsir edib?

- Azərbaycanda ciddi bahalaşma var. Hər dəfə getdiyim marketdən eyni məhsulları alıram. Oğlumun yediyi bir məhsul var, qiyməti 24-26 manat arasında idi. Hazırda həmin məhsulun qiyməti 31 manatı keçib. Bilmirəm, bəlkə də, həmin marketə məhsulları daha çox xaricdən gətirirlər, gömrüyə görə qiymət fərqi çoxdur. Evdə kiçik oğlumla mənəm. Heyvanları sevirəm deyə ət, toyuq da yemirəm. Böyük külfəti olan ailələr necə etsin, necə dolansın? Hər məhsulun qiyməti 50 qəpik, 1 manat qalxanda, çox böyük fərq edir. Bunun yuyucu tozu, içməli suyu var. O var, bu var. Hamısı bir-birinin üstünə gələndə ciddi qiymət fərqi yaranır. Kommunal xərclər qalxıb, taxılın da qiyməti bahalaşıb. Bu sahədə ekspert deyiləm, durumun nə zaman və necə düzələcəyini də bilmirəm. Amma bu, hazırda çox ciddi problem kimi görünür. Zaman keçdikcə, imkansız adamlara lap çətin olacaq. Demək olar ki, orta təbəqə çox azdır. Allah pensiya ilə yaşayan insanlara kömək olsun.

- Əksər dövlətlərdə, məsələn, Avropada, eləcə də Türkiyədə sənət adamlarına qayğı total şəkildə sezilmir. Yəni onlar sponsor vasitəsilə dəstək alırlar. Azərbaycanda bu qaydanın oturuşmamasından narahat deyilsiniz?

- Biz müharibədən çıxmış ölkəyik. Hazırda da Qarabağın bərpası istiqamətində işlər davam edir və bu proses uzun müddət gedəcək. Minalar basdırılmış ərazilərin araşdırılması, o-bu, yəni böyük işlər görülür. Hazırda hansısa şirkətin müğənnilərə sponsorluq etməyini düşünmək doğru olmazdı. Məncə, onlar sənət adamlarına yox, qazilərə, dövlətə lazım olan daha vacib məsələlərə sponsorluq etməlidirlər. Düşünürəm ki, bu məsələlər hələ bir neçə il gözləməli olacaq.

- Nura xanım, siz kifayət qədər vətəndaş mövqeyi olan sənətçisiniz. Maraqlıdır, niyə çoxsaylı qadın qətllərinə, erkən nikahlara, uşaq istismarına, gender əsaslı zorakılığa etiraz əlaməti olan proseslərdə iştirak etmirsiniz?

- Sadaladığınız problemlər bütün dünyada var. "Цветок пустыни” ("Desert Flower”), "Сожжённая заживо” ("Burned Alive: a Victim of the Law of Men”) avtobioqrafik romanları buna nümunədir. Qadına qarşı zorakılıq din, dillə bağlı bir məsələ deyil. Avropa ölkələrində də qadınlara qarşı zorakılıq halları çoxdur. "Netflix”də real hadisələrə əsaslanan silsilə qətlləri əks etdirən, qatillər haqqında filmlərə baxanda, məəttəl qalırsan. Xaricdə, dünyada elə hallar baş verir, düşünürsən ki, bizə çox şükür. Biz balaca ölkəyik, üstəlik də, o nə deyər, bu nə deyər söhbəti, mentalitet də var. Ümumiyyətlə, meqapolisdən, böyük ölkələrdən bir az sıxılan adamam. Amerikada özümü narahat hiss edirəm. Ölkə böyükdür, insanlar sıxdır. Amerikada silahı çıxarıb kimisə güllələyib getmək, az qalsın, adi haldır. Get, sonra qatili axtar, görüm necə tapırsan. Azərbaycanda hər yer kameradır. Bizdə elə böyük cinayətlər olmur. Olanda da üstü açılır.

- Azərbaycan feminist hərəkatı hər il 8 martda "8 Marş” yürüşü keçirir.

- Yürüş keçirməyin, yaxud da bu haqda danışmağın köməyi olmayacaq. Bütün problemlər uşaqlıqdan yaranır. Fikir verin, xaricdə problemli ailələrdən uşağı alıb, övladlığa uşaq götürmək istəyən daha uğurlu ailəyə verirlər. Bizdə bilmirəm belə bir qayda-qanun varmı? Problemli ailələrdə böyüyən uşaqlarda psixoloji travmalar şüuraltında qalır. Böyüyəndə daha ciddi problemlərə, qaressiyaya düzgün münasibət qura bilməməyə səbəb olur. Hər şey ailədən, daha sonra da məktəbdə təshildən başlayır. Təhsilə çox böyük önəm verdiyim üçün həyat yoldaşımdan qalan evlərimi satıb, uşaqlarımın təhsilinə yatırım etmişəm. Kiçik oğlum, özəl məktəbdə oxyur, sinif rəhbəri psixoloqdur. Əslində, belə olmalıdır. Oğlum ailədə hansısa bir psixoloji travma alsa, məktəbdə aqressiya göstərəcək. Ya da sabah həyat yoldaşına qarşı aqressiv olacaq. Zorakılıq, aqressiya tək qadınlara qarşı olmur. Oğlan uşaqlarına da qarşı olur. Xalid Hüseyni kitabını oxumusunuzsa, bilirsiniz.

- "Çərpələng uçuran”.

- Bəli, kitabı oxuyandan sonra uşağımı bir ay evdən həyətə buraxmağa qorxurdum ki, birdən nəsə olar. Əməlli-başlı stress, narahatlıq yaşamışam. Deməyim odur ki, problemin kökündən həll olunması üçün başqa işlər görülməlidir. Oğlum özəl məktəbdə təhsil alır. Özəl məktəblərin üstünlüyü, təkcə təhsil sistemində deyil. Adi kənd məktəbini oxuyub, yüksək balla universitetə daxil olanlar var. Yaxud da xaricdə magistr oxuyub, gəlib, haradasa böyük vəzifədə çalışan insanlar var. Heydər Əliyev kimi dahi bir insanı götürək. Məgər o, özəl məktəbdə təhsil alıb Heydər Əliyev olmuşdu? Sadəcə, bəzi nüanslara görə fikirləşmişəm ki, konsert verməyim, əynimə bahalı paltar almayım. Amma uşağıma elə təhsil verim ki, orada psixoloji təzyiqlə üzləşməsin. Təhsildən daha çox bu məqamlara önəm vermişəm. Uşaq psixoloji travma almasın, "bulling”lə üzləşməsin. Özəl məktəblərdə də buna ciddi diqqət edilir. Oğlumun təhsil aldığı sinifdə səkkiz uşaq var. Belə olanda da hər hansı bir problem varsa, məktəb anında maraqlanır, vaxt ayıra bilir. Yadımdadır, bizim vaxtımızda dövlət məktəblərində bir sinifdə 30-40 uşaq oxuyurdu. Mən demirəm ki, orada adi məktəbdən daha üstün təhsil verirlər. Çünki adi məktəblərdən də çox oxumuş uşaqlar çıxır. Özəl məktəblərdən də heç bir universitetə daxil ola bilməyən uşaqlar var. Sinifdə uşaqların çox olması müəllimi yorur. Fikirləşin ki, müəllimlər bu qədər uşaqla ünsiyyətdə olur. Biz valideynlər evdə bir-iki uşağa tərbiyə verənə kimi nələr çəkirik. Çox vaxt müəllimlərdə də günah görmürəm. İndiki dövr bir az başqadır. Bizim dövrümüzdə müəllimə Allahdan sonra müqəddəs varlıq kimi baxırdıq. Axşam saat "Спокойной ночи, малыши” uşaq verilişinə baxıb yatırdıq. Bir də "Приключения Электроника” filminə baxırdıq. Bunlar isə lazım olan və olmayan məlumatı çox asanlıqla əldə edə bilirlər. Beyinə çoxlu informasiya daxil olur. Bu da uşaqlarda aqressiya yaradır.

- İnternet, informasiya çoxluğundan söz düşmüşkən, dünyada keyfiyyətsiz mahnılar və ifaçılar daha çox dinlənilir. "YouTube” trendlərində əksər hallarda keyfiyyətsiz, bayağı videolar olur. Hətta bizim absurd hesab etdiyimiz kitablar bestsellerə çevrilir. Necə düşünürsünüz, zövqsüzlük dünyada trenddir?

- Dünyanın qaydaları ara-sıra belə dəyişir. Vaxt vardı, ağıllı qadınları cadugər adıyla yandırırdılar. Bir ara eyni dövrdə yaşayan rəssamlar vardı, sonra da yazıçılar. İndi də giclik dəbdədir. Dünyanı anlamağa çalışanlara Yuval Noah Hararinin "Sapiens” və "Homo Deus” kitablarını, Corc Oruelin "1984”, bir də Oldos Hakslinin "О дивный новый мир” ("Brave New World”) antiutopik romanlarını oxumağı tövsiyə edirəm. Bu yazıçılara müraciətdən sonra dünya anlayışınız dəyişəcək. Nə baş verdiyini başa düşəcəksiniz.

- Freddi Merkyuri müsahibələrindən birində demişdi ki, kitab oxumuram, bu, mənə vaxt itkisi kimi gəlir. Bilirəm, bu sözlərə görə məni öldürə bilərlər. Necə düşünürsünüz, müğənni kitab oxumalıdırmı? Yaxud kitab oxumayan müğənniləri buna görə qınamaq doğrudurmu?

- Düz deyib, o, sənətlə məşğul olub. Arada mənim üçün deyirlər ki, oxuyub, savadlıdır, onunla hər mövzuda danışmaq maraqlıdır. Bu, mənim özümün əldə etdiyim uğur deyil. Elə ailədə doğulub, böyümüşəm ki, evimzidə ən böyük otaq kitabxana olub. Dayım Rasim Mirzəyev dilçi-alimdir. Babam ədəbiyyatşünas idi. Ailədə hərbçilər, müəllimlər, hamı oxumuş olub. Belə bir mühitdə doğulub, böyümüşəmsə, kitab oxumağım nailiyyət sayılmır. Ailəmdə nə görmüşəm, onu götürmüşəm. Elə ailərlər var ki, oxumayıblar. Bəlkə də, məktəbə getməyə imkanları olmayıb. Allah gözəl səs, sənət verib, bu adam oxuyur. Elə kasıb ailə də olub ki, bəlkə də, kitab almağa imkanları olmayıb. Axı bu onun günahı deyil. Söhbət müəllim, yaxud həkimdən getsəydi, əlbəttə ki, kitab oxumağın vacibliyindən danışa bilərdik. Müəllim uşağıma dərs keçir, onun həyatında rolu var. Həkim də sağlamlığımı, həyatımı qoruyur. Onun savadsız olması kiminsə həyatına xələl gətirə bilər. Müğənni kitab oxudu-oxumadı, Allah ona istedad verib, bundan istifadə edib. Heç kimə də ziyan gətirmir. İstəyirsən qulaq as, istəyirsən, qulaq asma. Düşünürəm ki, bu məsələdə müğənnilərin üzərinə getmək düzgün deyil. Bizdə bir çoban oğlan vardı. Acun onu Türkiyəyə, "O ses Türkiyə” verilişinə dəvət etdi. Adam çobandır, gül kimi səsi var, əla da oxuyur. Bunda ayıb nə var?!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru