Nə olaydı, bir gün dar məkanda bu Tolik bircə MAXE ilə qısa müddətdə tək qalaydı... - Replika
Tarix: 15-01-2022, 09:24 | Çap et
Şou-biznes çevrələrində Tolik ləqəbi ilə tanınan, elə bu ləqəblə də cəmiyyətimizə sırınan prodüser və aparıcı Tarix Əliyev başından yekə danışmaqla gündəmə gəlib. Azərbaycan kişisi adına təhqir sayıla biləcək bu binəva canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını (MAXE) təhqir edib.
“Tik-tok” sosial şəbəkəsində izləyiciləri ilə söhbət zaman MAXE-lərlə bağlı danışan Tolik deyib:
“MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır! Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir! MAXE yataqxanada yatanda mənim əsgərim postda dayanır”.
Tarix Əliyevin bilavasitə bu sərsəmləməsinə və MAXE-nin əslində kim olmasına qayıdacağıq. Hələliksə bu söz ishalına başqa bir rakursdan nəzər salaq...
Sovetlər dönəmini, daha sonra isə müstəqilliyimizin ilk illərini xatırlayan insanlar “senzura” sözü ilə yaxından tanışdırlar. Bu söz o vaxt da, elə indi də daha çox mənfi mənada işlənir və söz azadlığının, ifadə azadlığının boğulması kimi haqlı olaraq qələmə verilir. Amma bir çox məsələlərdə olduğu kimi, burda da görünməyən tərəflər, çalarlar mövcuddur.
Əlbəttə, senzura söz azadlığı qarşısında bir maneədir. Lakin o, həm də səviyyəsizliyin, bayağılığın, düşüklüyün aşa bilmədiyi bir səddir. O, əxlaqsız, savadsız, ağılsız insanların ondan yayınıb efirə yol tapa bilmədikləri bir ələkdir. O, nəhəng tamaşaçı auditoriyasının zövqünü korlamağa imkan verməyən bir nəzarət-buraxılış məntəqəsidir.
Bir daha təkrar edək ki, biz qətiyyən sərt senzuranın tərəfdarı və onun təbliğatçısı deyilik. Ancaq senzuranın aradan qalxması qətiyyən anarxiya və hərc-mərclik anlamına gəlməməlidir. Bizdə isə məhz belə bir mənzərə yaranıb. Nəticədə Tolik kimi səviyyəsizlər və tərbiyəsizlər efirləri zəbt ediblər. Onlar artıq dəbi, zövqləri müəyyənləşdirirlər, gənclərə bir örnək olurlar.
Bəs, yaxşı, günahkar Tolik və onun kimilərdirmi? Əsla! Hər cəmiyyətdə müxtəlif əqli inkişaf mərhələsinə çatmış fərdlər olub, var və olacaq. Amma məsələ burasındadır ki, efirə, geniş kütlə qarşısına çıxmaq həvəsinə düşənləri əvvəllər ələkdən keçirirdilər, yuxarıda xatırladığımız senzura da məhz buna xidmət edirdi. İndi isə cəmiyyətin ən səfil üzvü müəyyən şərtləri yerinə yetirəcəyi təqdirdə, TV-də ən azından söz söyləmək fürsəti əldə edə bilər.
Küçə heyvanını evimizə buraxacağıqsa, o zaman onun təbii ehtiyacını yemək masamızın altında ödəməsinə hazır olmalıyıq. Bu, baş verəndə də onu yox, özümüzü qınamalıyıq. Çox-çox təəssüf olsun ki, bu gün əksər TV-lərin efiri sahibsiz şəhəri xatırladır. Nəticə də...
Nəticə göz önündədir. Bu gün Həsən Əbluç, Əliabbas Qədirov, Valid Sənani, Ofeliya Sənani, Rafiq Hüseynov, Roza Tağıyeva kimi şəxsiyyətləri Tolik kimilər əvəzləyib. Dəqiq deyə bilmərik, bəlkə də dünyanın sonunun əlamətlərdindən biri də bu transformasiyadır...
İndi isə vədimizə əməl edərək bir daha Tolikin söz ishalına dönək. “Ulduz” deyir ki, “MAXE kimdir ki, məni qorusun?” Əslində, düz söhbətdir. Bu gün maraq üçün Azərbaycan ordusunun bütün bölmələrində sorğu keçirsək, MAXE-lərin hamısı yekdil şəkildə Tolik və onun kimilərini qorumaqdan utanc hissi keçirərlər. Bu gün talelərini ordu ilə bağlamış bu igidlərimiz xalqımızın layiqli üzvlərini qoruyurlar. Tolik isə... Onu qorumağa nə gərək? Beləsinin varlığı ilə yoxluğu arasında böyük bir fərq yoxdur. Bəlkə də yoxluğu bu millətə və dövlətə daha xeyirlidir...
Daha sonra “ulduz” deyir ki, “MAXE dövlətin kəbinli arvadıdır!”. Hadisələrin sabah və biri gün necə inkişaf edəcəyini söyləyə bilmərik. Amma Allahın o qədər qəribə və ağlasığmaz qərarları olur ki! Nə olaydı, bir gün dar məkanda bu Tolik, çox demirik, bircə MAXE ilə qısa müddətdə tək qalaydı!
Qoy bu da olsun bizim bu yazımızın yeganə duası! “Amin” deməyək, neyləyək?! Bax, onda kimin “kəbinli arvad”, kimin isə evin kişisi olduğunu Tolikə sadə üsulla tez-bazar anladarlar. Kim bilir, bəlkə Tolikin islah yolu elə MAXE-lərlə yaxın təmasdan keçir?..
“Ulduz” həm də deyir ki, “MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır”. Ordumuzun əsgəri də, zabiti də, MAXE-si də gözümüzün işığıdır, əzizimizdir. Hamısının da üzərimizdə haqqı var. Amma Tolikin söz ishalına cavab olaraq sadəcə bir rəqəmi qeyd edək - dəhşətli, acınacaqlı, qəhərə boğan, amma eyni zamanda fəxarət hissi bəxş edən bir rəqəmi: 44 günlük müharibə zamanı 769 MAXE şəhidlik zirvəsinə ucalıb. Zənnimizcə, burda da nöqtəni qoya bilərik...
P.S. Allah cəmi şəhidlərimizə, o cümlədən MAXE-lərə rəhmət eləsin. Qanlarının hər damlası Tolik və onun kimilərə qənim olsun!
Müəllif: Polad Xudayarlı //ayna.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|