"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                 

Sabah Elton Conun fanatları da Bakıda 10-15 ağac əkib bu əraziyə “Elton Con bağı” adı versələr, necə olacaq? - Replika
Tarix: 27-01-2022, 09:04 | Çap et
Sabah Elton Conun fanatları da Bakıda 10-15 ağac əkib bu əraziyə “Elton Con bağı” adı versələr, necə olacaq?
Bakıda Aygün Kazımovanın 51-ci doğum günü münasibətilə ağacəkmə aksiyası keçirilib, Hövsanda müğənninin fanatları zeytun ağacları əkiblər. Əraziyə də “Aygün bağı” lövhəsi yerləşdirilib.

Necə xəbərdir? Doğma diyarımızın bir guşəsi abadlaşdırılıb. Papağımızı səmaya tolazlayıb, sevincimizdən çəpik çalmağın əsl zamanıdır! Yox?..

Əslində proses və təşəbbüs olaraq baş verənlərdə hər hansı problem yoxdur. Həqiqətən də, vətəninin sabahını düşünən hər bir vətəndaşa yaraşan bir işdir. Sözümüz bunda deyil, məramımız başqadır. İradımız, necə deyərlər, çərçivəyə salınan portretədir...

Bəzən belə fikir söylənilir: sənətkarın insani xüsusiyyətləri əhəmiyyətli deyil, əsas onun istedadı, yaradıcılığı, gələcək nəsillərə ötürdüyü mirası, irsidir. Həqiqətən də, ilk baxışda bu postulatda reallıq toxumları sezmək olar. Məsələn, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın, Müslüm Maqomayevin, Sara Qədimovanın, Hacıbaba Məmmədovun, Mirzə Babayevin, digər korifeylərimizin şəxsi həyatları, zövqləri, qarderobları müasir insanı, gələcək nəsli nə dərəcədə maraqlandıra bilər? Bu göstəricilərin qənaətbəxş olmaması bu sənətkarların yaradıcılığına kölgə sala, onları unutdura bilərmi?

Əlbəttə ki, xeyr. Biz onların şəxsi həyatlarından, hətta hansısa mənfi məlumatı aldıqda belə, onu yaddaşımızdan siləcək, hətta silməsək də, onların əsrarəngiz və məlahətli səslərinin sehrinə düşüb olub-keçənləri arxa plana atacağıq. Amma bu, qeyd etdiyimiz kimi, məsələyə ilk baxışdır. Biz isə səthi nəzərlə kifayətlənməyək, bir qədər bu mövzu üzərində dayanaq.

Məsələ burasındadır ki, sadalanan və digər ustad sənətkarlar artıq bizim üçün tarixin bir parçasıdır. Məgər Puşkinin qadın düşkünü olması onun dahiliyindən nə isə azaldır? Və ya Cəfər Cabbarlının spirtli içkilərə həddindən artıq aludə olması onu klassik ədəbiyyatımızdan kənarlaşdıra bilər?

Amma və lakin! Zamanında, öz müasirləri üçün bu şəxslər nümunə, ülgü olublar. Onların davranışları, nitqləri, həyat tərzləri, geyimləri, hətta sifət ifadələri bir çoxları tərəfindən təqib edilib, onlara bənzəmək istəyiblər, onlara təqlid ediblər. İndi bu etalonlar da, onları ikona halına gətirənlər də artıq haqq dünyasındadırlar. Gəldilər, oldular, getdilər.

Ancaq bir proses olaraq nəql etdiklərimiz mövcud olub. Rəşidlər, Şövkətlər, Saralar, Müslümlər bütöv bir nəslin formalaşmasında, mənəviyyatının və incəsənət zövqünün təşəkkül tapmasında bilavasitə və yaxından iştirak ediblər. Biz, bugünkü fərdlər, məhz onların formalaşdırdığı nəslin tərbiyə verdiyi cəmiyyətik.

Bəs, yaxşı, sabah, bizdən sonra bu məmləkətdə yaşayacaqların zövqlərini kimlər formalaşdırır? Kimdir bugünkü kumirlər? Kimi kim əvəzləyib? Şövkət Ələkbərovanı - Aygün Kazımova, Rəşid Behbudovu – Nadir Qafarzadə, Sara Qədimovanı – Röya Ayxan, Mirzə Babayevi – Rəhim Rəhimli...

Bu sıralamanı görəndə tam daşlaşmamış qəlb ağlamasın, bəs neyləsin? Biz hələ oxucuların əsəblərini nəzərə alaraq Bayram Nurlunun, Tolikin kimləri əvəz etdiklərini yazmırıq. İndi bu “yenilər” dəstəsinin sabaha hazırladığı gəncliyin necə görkəmdə olacağını təsəvvür edək... Əlbəttə ki, buna fantaziyamız yetirsə...

Çox təəssüf ki, bu gün qeyd olunan məsələlərlə ciddi surətdə heç kim məşğul olmur. Hər şey və hər kəs öz ixtiyarına, öz axarına buraxılıb. “Rəşid bağı”, “Şövkət parkı” yoxumuzdur, əvəzində “Aygün bağı”mız var. Bəs sonra? Bu suala da cavab verəcəyik. Amma öncə bir mümkün irad barəsində.

İndi kimsə durub desə ki, bəs, bu bağın təşəbbüsü “Aygün Fan Club”a məxsusdur, qoy başqaları da belə bir təşəbbüsdə bulunsunlar, çox məntiqsiz olacaq. Çünki hər təşəbbüsü dərhal həyata keçirməzlər. Maraqlıdır ki, sözügedən təşəbbüsə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də dəstək verib. Yaxşı, sabah Elton Conun fanatları da Bakıda 10-15 ağac əkib bu əraziyə “Elton Con bağı” adı versələr, ətrafını isə LGBT rənglərinə boyanmış hasara alsalar, onda da Nazirlik dəstəyini əsirgəməyəcək? Səhəri gün də Bülənt Ərsoyu ilahiləşdirənlər paytaxtımızı abadlaşdırmaq fikrinə düşə bilərlər... Açığı, bu perspektiv baş verənlərdən sonra elə də qeyri-real görünmür.

Əslində, yuxarıda qoyduğumuz “bəs sonra?” sualına da cavab vermiş olduq. “Sonra”sı acınacaqlı perspektivdir, sözsüz. Amma ümid sonuncu ölür. Ümidimiz isə can üstədir, xırıltılı səslə fəryad edir. Lakin ölməyib. Biz də ümidliyik ki, nəhayət bu xalqın, bu nəslin mənəviyyatının formalaşmasına cavabdeh olan şəxslər, buna görə babat məvacib alan məmurlar qəflət yuxusundan ayılacaqlar, yalançı, süni surətdə yaradılan bütləri qırıb əvəzinə həqiqi dəyərlərimizi bərqərar edəcəklər. Bəlkə onda xalqın qəlbində özlərinə əbədi taxt qurmuş həqiqi sənətkar korifeylərimizin də ruhu şad oldu...
//ayna.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Bu gün, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Bu gün, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Bu gün, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Bu gün, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Bu gün, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Bu gün, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Bu gün, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Bu gün, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Bu gün, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Bu gün, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Bu gün, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Bu gün, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Bu gün, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Bu gün, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Bu gün, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Bu gün, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Bu gün, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Bu gün, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru