“Sənətdə rəqabət qalmayıb, yerini “torba tikmək”, “quyu qazmaq” tutub” - ETİRAZ
Tarix: 31-01-2022, 08:34 | Çap et
Bir neçə ildir səhnələrdə görünməyən aktyor Elşad Yusubovdan xəbər var. Gənc aktyor son yeniliklərini AYNA ilə bölüşüb. DİA.AZ həmin müsahibəni təqdim edir:
- Elşad bəy, bu gün hər kəs sənətdə yenilik edərək yadda qalır. Əks halda çətin olur. Sizi sənətdə digər aktyorlardan fərqləndirən nədir?
- Bu suala tam səmimi cavab verəcəyəm. Axır vaxtlar yumor dəyişib. Mən Mədəniyyət və İncəsənət Univeritetinin Aktyorluq fakültəsini bitirmişəm. Xalq artisti Valeh Kərimovun tələbəsi olmuşam. 14 ildir efirdəyəm. Demək olar ki, bütün kanallarda verilişlərin aparıcısı olmuşam. Bir çox seriallarda çəkilmişəm. Böyük teatr səhnələrində konsertlərim olub. Amma axır vaxtlar insanların yumor hissi dəyişib. Artıq insanlar efirə yox, sosial səbəkələrə üstünlük verirlər. Sosial səbəkələrdə də hamı güldürür, hamı aktyor olub. Ona görə mən verilişləri və serialları dayandırıb film sahəsinə üz tutdum. Məni digərlərindən fərqləndirən cəhət peşəkar olmağımdır, vəssalam.
- Bu gün sənətdə rəqabət necədir və sizin rəqibiniz kimdir?
- Bu gün aktyorluq sənətində rəqabət yoxdur. Bu gün kiminsə “torbasını tikmək”, ona “quyu qazmaq” var. Mənim rəqibim bütün peşəkarlardır. Əlinə telefon alıb, video çəkib “Instagram” və “Tiktok”da paylaşım edən insan heç vaxt mənim rəqibim ola bilməz. Çünki bu, onun hobbisi, mənim isə sənətimdir. O ki qaldi peşəkar olan sənətçi və aktyorlara, onlara hörmətim sonsuzdur.
- Artıq peşəkar aktyorları tiktokerlər əvəzləyir?
- Tiktokerlər, blogerlər və digər sosial media fenomenləri peşəkar aktyorları əvəz edə bilməzlər. Bu, iş onların hobbisidir. Bizim isə sənətimizdir.
- Onlar çox qazanırlar, yoxsa siz aktyorlar?
- Tiktoker, vayner və blogerlər daha çox qazanırlər. Çünki sosial şəbəkələrdən daha çox pul qazanmaq olur, nəinki teatr və seriallardan. Ümumiyyətlə, bu gün reklam yerləşdirən şirkətlər sosial şəbəkələrdə aktiv olan şəxslər ilə işləməyə üstünlük verir.
- Sonra da o tiktokerləri, blogerləri filmlərə, seriallara aktyor kimi dəvət edirlər. Siz aktyorlar da etiraz etmədən onlarla bir səhnəni bölüşürsünüz. Əgər onların peşəkarlığından narazısınızsa, onda niyə özünüz etiraz edərək onlarla çəkilməkdən imtina etmirsiniz?
- Mən bu günə kimi tiktokerlər ilə bir filmdə çəkilməmişəm.
- Siz səhnəyə İslam Mehrəliyev ilə birlikdə çıxdınız. Uzun illər duet olaraq tamaşalarda iştirak etdiniz. Amma sonra duet dağıldı. Niyə?
- Duetin dağılma səbəbi hərəmizə ayrı-ayrılıqda televiziya kanallarından dəvət gəlməsi oldu. Yaxşı təkliflər idi. Daha çox pul təklif olunurdu. Ona görə razılaşdıq. Mən “Lider” TV-yə, İslam Mehrəliyev isə ATV kanalına getdi. Bəlkə də nə vaxtsa yenidən bir yerdə səhnəyə çıxa bilərik. Bu gün də dostluq münasibətlərimiz qalmaqdadır. Bunu zaman göstərər.
- Ayrı kanallarda işləməyiniz sizə uğur gətirdimi?
- Mənə daha çox maddi cəhətdən sərf elədi. “Lider” TV-də iki il “Zarafatsız şou” verilişinin aparıcısı oldum. Həm veriliş maraqlı idi, tamaşaçı baxırdı, həm də gəlirim yaxşı idi.
- Uzun müddət səhnədə görünmədiniz. Haralardaydınız?
- Film çəkilişlərinə başım qarışmışdı. Bu müddət ərzində 3 filmə çəkildim. Hər üç film komediya janrındadır. Məşhur “Mişar” filminin oxşarı “Sabirabad mişarı” adlı filmimiz də bu yaxınlarda kinoteatrlarda nümayiş olunacaq. Quruluşçu rejissor və ssenarist Ramil Adiloğludur. Mən filmdə baş roldayam. Eyni zamanda filmə Telli Hüseynova, İlham Özbay və digər aktyorlar çəkilib. Mart ayının əvvəllərində isə müəllimim, mərhum rejissor Ramiz Əzizbəyli ilə mənim baş rol ifa etdiyimiz “Anormal” filminin nümayişi olacaq. Bu filmin də möhtəşəm qala gecəsi təşkil olunacaq. Üçünci film isə “Drakula” filmidir. O film isə artıq nümayiş olunub.
- Niyə dram və digər janrlarda olan filmlər çəkilmir?
- Yaxşı mövzuya toxundunuz. Mart ayında çəkilişləri başlayacaq iki dram filminə dəvət almışam. Komediya filmində yaxşı oynayan aktyor dram filmində daha yaxşı oynaya bilir. Özümü bu janrda görürəm. Razılaşsaq, yəqin ki, dram janrında olan filmlərdə də rol alacam.
- Taleh Yüzbəyovun “Zəhər tuluğu” filmindən sonar, deyəsən rejissorlar dram janırına üz tutublar…
- Əslində dram janrında filmlər çəkilirdi. Sadəcə Taleh Yüzbəyovun filmi dram janrına maraq yaratdı.
- Son illərdə bir neçə aktyorumuz dünyasını dəyişdi. Həmin aktyorların yerini tutanlar varmı?
- Təəssüf ki, yoxdur. Onlar Sovet məktəbi keçmişdilər. Biz isə “Facebook”, “Instagram”, “Tiktok” görən adamlarıq. Onların yerini necə tuta bilərik? Mümkün deyil. Kinoteatrlar açılan gündən bu günə kimi bir film deyin ki, tamaşaçı ona azı 2-3 dəfə baxsın. Mən şəxsən elə film görməmişəm. Amma “Qaynana”, “Bəyin oğurlanması” və digər filmlərimizə hər birimiz azı 4-5 dəfə baxmışıq və baxmaqda davam edirik. İndiki filmlər isə bir dəfə istifadəyə yararlıdır. Baxıldı və bitdi. Axı indiki filmlər çəkiləndə içi mən qarışıq ancaq pul fikirləşirik. Ona görə də belə alınır. Ümid edək ki, yaxın illərdə bunlar da düzələcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|