"15 sutkalıq cəza, hesab edirəm ki, düzgün deyil!" - REAKSİYA
Tarix: 19-02-2022, 09:19 | Çap et
İşğaldan azad edilən Füzuli rayonuna qanunsuz səfər edən müğənni Manaf Ağayev və onunla birgə olan iş adamı Sənan Hüseynov həbs edildi. Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, bu şəxslər barəsində tərtib edilən protokollar məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub. Məlumdur ki, müğənni Manaf Ağayev işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi üçün saxlanılmışdı.
Müğənninin səfərini əks etdirən videomaterial sosial şəbəkələrdə yayıldıqdan sonra faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma başladılıb. M.Ağayev və onunla birlikdə səfər etmiş şəxsin Bakıda olduğu müəyyən edilərək polis idarəsinə dəvət edilib. Araşdırma zamanı müəyyən olunub ki, onlar işğaldan azad edilmiş ərazilərə qanunsuz yollarla, icazəsiz səfər ediblər. Sonrası isə artıq məlumdur. Müğənninin Vətən sevgisi hər nə qədər anlaşılan və təbii qəbul edilsə də, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısının alınması da tamamilə hüquqidir. Manaf Ağayev işğaldan azad edilmiş ərazilərə qanunsuz, icazəsiz səfərlərin qadağan olmasını bilməlidir. Bilir də, şühbəsiz. Bilməmək mümkün deyil. M.Ağayev Azərbaycanda yaşayır və qanunlardan xəbərdardır. İşğaldan azad edilmiş ərazilərə icazəsiz səfərlərə qadağa da yenilik deyil. Belə olan halda M.Ağayev, eləcə də qanunsuz səfərlərə can atan bəzi vətəndaşları qadağaları pozmağa sövq edən nədir? DİA.AZ-ın məlumatına görə, sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında qanunları pozan şəxslərin cəzalanmasını düzgün hesab etdiyini bildirdi:
- Burada söhbət təkcə Manaf Ağayevdən getmir. Mənim Manaf Ağayevlə şəxsi tanışlığım yoxdur, ona qarşı hər hansı antipatiya da bəsləmirəm. Deyəcəyim fikirlər, sırf Manaf Ağayevə ünvanlanmış hesab edilməsin. Mən ümumiyyətlə toplumda mənəviyyata zidd davranışlar sərgiləyənləri nəzərdə tuturam. Qudurğan davranışlara qarşı cəmiyyətdə çox ciddi təpki, ictimai qınaq olmalıdır. Həm inzibati, həm də maarifləndirmə baxımından. Mən daim bu həqiqəti təkrarlayıram ki, hansı cəmiyyətdə ki mənəvi dəyərlər öndədir, o cəmiyyət özünü tənzimləyir. Amma hansı cəmiyyətdə ki maddi dəyərlər önə çıxır, o cəmiyyətlərdə balans pozulur. Bu, mənim fikrim, mənim gəldiyim qənaət deyil. Dünya filosofları, alimləri bunu deyir. Biri 2000 manata mobil telefon nömrəsi alır və bunu reklam edir, müxtəlif sosial platformalarda paylaşır. Belə adama üzr istəyirəm, ifadəyə görə, axmaq deyərlər. İnsan niyə 2000 manata nömrə almalıdır? Sadə nömrədən istifadə edəndə nə olur ki? “Alçaq”mı olur adam, yoxsulmu görünür, yoxsa nə?! Yaxud birisi az qala avtomobil qiymətinə nömrə alır. Başı xarab, həm də cılız adamlardır onlar. Bilirsiz, insanların maddiyyata önəm verməsi, cəmiyyətdə mənəvi dəyərlərin aşağılanmasının, mənəviyyatın arxa plana keçməsinin göstəricisidir. Və bu, çox təhlükəlidir. Bütün bunlar cəmiyyətdə mənəvi dəyərləri sıxışdıran amillərdir və cəmiyyətdə gərginlik yaradır. Ona görə də müştəbehliklə, mənəm-mənəmliklə ciddi mübarizə aparılmalıdır. Çünki cəmiyyətdəki gərginliyin kökü bundan qaynaqlanır. Maddiyyatla gündəmdə qalmağa çalışanlar da mənəvi cəhətdən kasad insanlardır. Özlərini təsdiqin yolunu maddiyyatda görürlər. Bunlar çox nöqsanlı və ölkənin tərəqqisinə ziyan vuran haldır.
Ə.Qəşəmoğlu qeyd etdi ki, qanun pozucularının cəzalanmasının tərəfdarıdır, lakin cəzalar törədilən əmələ adekvat olmalıdır:
- İnsanların işğaldan azad edilmiş ərazilərə səfər etmək istəyi, xüsusilə də 28 il işğal altında qalmış torpaqlarda doğulub, boya-başa çatmış insanların doğma yurdlarını görmək, ziyarət etmək istəyi başadüşüləndir. Bütün vətəndaşlarımız, hər kəs Qarabağa səfər etmək arzusundadır. Amma müəyyən qadağa varsa, buna əməl edilməlidir. Qadağalar səbəbsiz deyil. İnsanların həyatına təhlükə yarana bilər deyə, qadağa qoyulub. Amma Qarabağa səfərlər, görürük ki, son zamanlarda intensivləşib. Avtobus marşrutları açılıb. Bəlli bir istiqamət üzrə səfərlər təşkil edilir. O yerlərdə ki, təhlükə sovuşub, ora insanların səfər etməsinə icazə verilir. Bunun üçün də müvafiq strukturların icazəsi alınmalıdır. Manaf Ağayev, yaxud da hansısa digər vətəndaşımız, əgər səfər etmək istəyirsə, bəlli orqana müraciət edib, icazə aldıqdan sonra gedə bilər. Manaf Ağayev niyə kollektiv şəkildə səfər etmir? Niyə ayrıca, məxsusi səfər edir ki?!. O da başqaları kimi müraciət edərdi, kollektiv halda təşkil olunan səfərlərə qatılardı. Kim olursa olsun, insanların özünü nümayiş etdirmək cəhdini tənqid edirəm. Amma 15 sutkalıq cəza, hesab edirəm ki, düzgün deyil. Bu şəxslərlə bağlı başqa inzibati tədbir də görülə bilərdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|