Qərbin Rusiya və Azərbaycan planı .....                     Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? .....                     "İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar" .....                     Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit .....                     “Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” .....                     "Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" .....                     Azərbaycan güləşçisi dünya çempionu olub .....                     Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? .....                     "Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" .....                     Şarl Mişel Azərbaycanı haqlı çıxardı .....                     Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək .....                     “Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” .....                     Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir .....                     Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib .....                     “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” .....                     Şoltsun Putinlə gizli ittifaqı? .....                     Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir .....                     Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! .....                     Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU .....                     Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? .....                     Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib .....                     Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini .....                     Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub .....                     Ararat Mirzoyan COP29-a dəvət alıb .....                     "MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... .....                     Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” .....                     Bakıda şirkət rəhbəri həbs edildi .....                     QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR .....                     "Qısa zamanda sülh müqaviləsi imzalana bilər” .....                     Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir .....                     Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? .....                     Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! .....                     Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir .....                     Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb .....                     Paşinyan COP29-da iştirak üçün dəvət alıb .....                     ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... .....                     DEM partiyasının baş ofisinə hücum olub .....                     Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir .....                     Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib .....                 

“Heç cür sakitləşə bilmirəm və bilmirəm ki, məni nə sakitləşdirə bilər...”
Tarix: 16-07-2022, 08:45 | Çap et
“Heç cür sakitləşə bilmirəm və bilmirəm ki, məni nə sakitləşdirə bilər...”
Xalq artisti Afaq Bəşirqızı sağlamlığı ilə bağlı son vəziyyəti, şəxsi həyatı, gələcək yaradıcılıq işləri haqda “Yeni Müsavat”a danışıb. DİA.AZ müsahibəni təqdim edir:

- Afaq xanım, artıq teatrlar mövsümlərini bağlamaq üzrədir. Yeni mövsümdə sizi yenidən səhnədə, hansı tamaşalarla görə biləcəyik?

- Bəli, yeni mövsümdə iki tamaşada oynayacam. Həmin tamaşaların məşqləri də gedirdi, lakin mövsümə görə artıq məşqlər dayandırılıb və sentyabrdan artıq son məşqlərimizi edəcəyik.

- Bildiyim qədər, 1989-cu ildən bu teatrda fəaliyyət göstərirsiniz. Hansı obraz hələ də arzu olaraq qalır?

- Artıq elə yaşdayam ki, mənim hansısa obrazı oynamaq istəməyimin vaxtı keçib. İndi mən öz fikri gücüm və xarici görünüşümə uyğun olaraq hansısa obraz istəyə bilərəm və deyim ki, elə bu cür obraz da götürmüşəm. Bu, qayınananın müasir forması olacaq. Əsəri Şərif Qurbanəliyevlə birgə işləyirik. Tamaşaçılar əsərdə olmayan bir neçə obrazları da görə biləcəklər.

Yəni bu öyrəşdiyiniz qayınana deyil, indiki müasir, gəlini ilə bəhsə girən, dəbdən geri qalmayan qayınana olacaq. Daim öz ata-anasını, nəslini tərifləyir, gah deyir filan nəslin, gah da deyir başqa nəslin davamçısıyam və sairə, di gəl ki, heç kimi bəyənmir.

- Qayınanadan söz düşmüşkən, siz özünüz də qayınanasınız. Bəs özünüzü necə bir qaynana qismində görürsünüz?

- Bunu gərək Könüldən (gəlini - X.G.) soruşasınız. Ümumiyyətlə, mən Könülü gəlin deyil, qızım kimi görürəm. Onu həmişə öz qızım kimi sevmişəm, istəmişəm. Həqiqətən xasiyyəti də mənə oxşayır, mənim yolumu gedir. Yəni bilir ki, nəyi sevirəm, nəyi sevmirəm, nə olar, nə olmaz.

- Sağlamlığınız nə yerdədir? Özünüzü necə hiss edirsiniz?

- Mənim indi 18-25 yaşım yoxdur ki, deyim bir xəstəlik idi, oldu, keçdi. Elə bir xəstəlikdir ki, daim öz qeydinə qalmaq lazımdır. Yaş da az deyil, artıq 67 yaşım olacaq. Ümumiyyətlə, hər şeyin öz cərəyanı var, ona da uyğun yaşayıram. İnşallah, hər şey yaxşı olacaq.

- Teatr fəaliyyətinizdən danışdıq, amma biz sizi əvvəllər “Mozalan” satirik kinojurnalında, televiziya tamaşa və filmlərində, “Afaq gülür, güldürür” kimi şoularda görürdük. Yenidən bu cür layihələrdə işləmək və yaxud hansısa filmdə çəkilmək istərdiniz?

- Gərək ssenari məni maraqlandırsın, mənim üçün qeyri-adi olsun ki, o filmə çəkilim. Lakin sözün düzü, hazırda hansısa filmə çəkilmək istəyim də yoxdur... İstərdim ki, bu mövzuda film çəkilsin: hazırda bir çox qızlarımız əcnəbi vətəndaşlarla evlənir və yaxud oğlanlarımız xarici ölkələrə üz tuturlar.

- Ümumiyyətlə, qızlarımızın əcnəbilərlə ailə qurmasını necə qarşılayırsız?

- Heç də yaxşı qarşılamıram. İstərdim ki, hər kəs öz millətindən olan biri ilə evlənsin, öz dilini, dinini davam etdirsin. Əlbəttə ki, yaşamaq, işləmək üçün hara istəsən gedə bilərsən, bunu normal qarşılayıram. Lakin vətənin yerini heç bir ölkə vermir. Mən özüm çox ölkə gəzmişəm, amma müqayisə edəndə görürsən öz yaşadığın ölkə, insanlar, ünsiyyət, iş onların hamısından daha üstündür.

- Bir qədər öncə dediniz ki, o qədər də filmə çəkilmək həvəsiniz yoxdur. Bəs Qarabağ, Azərbaycan həqiqətləri, onun tarixi şəxsiyyətləri haqqında film çəkilərsə, özünüzü orada görmək istərdinizmi?

- Əlbəttə, bəli! Bundan öncəki müsahibələrimdə də demişdim, Vətən müharibəsi mənim istər səhhətimə, istərsə də fikirlərimə çox pis təsir etdi. Ümumiyyətlə, bu müharibə məni çox pis “yıxdı”.

- Xatırlayıram ki, müharibə zamanında siz tez-tez sosial şəbəkə üzərindən əlaqə saxlayıb, son hadisələri öyrənməyə çalışırdınız, hətta göz yaşlarınızı saxlaya bilmirdiniz...

- Bəli... Hamıdan məlumat, son informasiyalar əldə etməyə, öyrənməyə, onları hər kəsə çatdırmağa çalışırdım. Ümumiyyətlə, Polad Həşimov kimi igidlərimizin, oğullarımızın şəhid olması ilə heç cür barışa bilmirdim. Yay vaxtlarında hava bir qədər qaralandan sonra Şəhidlər Xiyabanına gedir, onları yad edirəm. Yəni heç cür sakitləşə bilmirəm və bilmirəm ki, məni nə sakitləşdirə bilər. Bütün bunlar da mənim əsəblərimə, sağlamlığıma pis təsir edir... Bəlkə də elə bir rol oynayaram, o məni sakitləşdirər.

Deyim ki, Musiqili Teatrda “Bir nəfəs qədər” adlı çox gözəl bir tamaşa qoyulur və şəhid ailələri çox böyük həvəslə o tamaşaya baxmağa gəlir. Özümə gəldikdə isə, nə həkimlər, nə də teatr rəhbərliyi sağlamlığımla əlaqədar hələlik həmin tamaşaya baxmağıma icazə vermir. Lakin deyə bilərəm ki, “Bir nəfəs qədər” tamaşasının əks-sədası çox yayılıb. Onun sədası İrandan gəlir. Tamaşa Təbrizdə səhnəyə qoyulanda soydaşlarımız xahiş ediblər ki, onu yenidən səhnədə nümayiş etdirsinlər. Beləliklə, tamaşa 3 dəfə əvəzinə, 5 dəfə oynanılıb.

- Əslində bir neçə teatrda Qarabağ mövzusunda maraqlı tamaşalara rast gəlirik. Kinoya gəldikdə isə artıq müharibədən az qala 2 il ötsün, bu vaxta qədər hələ də ortaya çıxacaq bir filmimiz yoxdur. Sizcə, səbəb nədir?

- Qızım, kino harada çəkilir? Onun bazası harada olur?

- Kinostudiyada...

- Bəs hanı kinostudiya? Vəssalam. Məsələnin cavabına buradan başlamaq lazımdır. Heç kim səyyar olaraq kameranı götürüb, film çəkə bilməz. Yaxşı ssenari, peşəkar bədii kollektiv lazımdır. Amma bunların heç biri yoxdursa, heç nə etmək olmaz.

- Düz bir ay sonra 67 yaşınız tamam olacaq. Doğum gününüzə hazırlaşırsınızmı? Necə qeyd edəcəksiniz?

- Yox, qətiyyən, bu barədə heç nə fikirləşmirəm. Çünki bir az öncə də qeyd etdiyim kimi, müharibədən qalan o ağır hisslər hələ də mənimlədir və düşünürəm ki, sona qədər də mənimlə olacaq. Nəsə etməyə, hansısa tədbir keçirməyə çalışıram, lakin sanki içəridən hansısa hiss bunun qarşısını alır. Bununla barışmaq çox çətindir...

Xalqıma cansağlığı arzulayıram. Hər biriniz canınızın, səhhətinizin qədrini bilin, özünüzdən muğayat olun!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərbin Rusiya və Azərbaycan planı – Hərəkətə keçdilər
Bu gün, 07:20
Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? - Trampın qəfil ermənipərəstliyi
Bu gün, 07:15
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar"
Bu gün, 00:34
Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit - AKTUAL
Bu gün, 00:30
“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” - deputat
Bu gün, 00:02
"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" - deputat
Dünən, 21:38
Azərbaycan güləşçisi dünya çempionu olub
Dünən, 21:34
Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? - AKTUAL
Dünən, 19:00
"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" - deputat
Dünən, 18:56
Şarl Mişel Azərbaycanı haqlı çıxardı - DETALLAR
Dünən, 18:10
Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var
Dünən, 18:08
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” - GƏLİŞMƏ
Dünən, 18:05
Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir - Rusiyalı eksperti
Dünən, 18:03
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib - KİV
Dünən, 17:43
“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” - Fəzail Ağamalı
Dünən, 17:39
Şoltsun Putinlə gizli ittifaqı? – Rusiya Avropanı belə parçalayır
Dünən, 17:36
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Dünən, 17:29
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Dünən, 17:15
Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU - ÖZBAŞINALIĞA ACİL MÜDAXİLƏ...
Dünən, 17:12
Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib - RƏSMİ
Dünən, 17:04
Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:01
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini İŞDƏN ÇIXDI
Dünən, 17:00
Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 16:57
Ararat Mirzoyan COP29-a dəvət alıb - KİV
Dünən, 16:55
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... - Sabirabad sakini nəvələrinin qəyyumluğunun oğluna verilməsini istəyir...
Dünən, 16:50
Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” - TƏFƏRRÜAT
Dünən, 16:48
Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq fırıldaq
Dünən, 16:46
QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR - Atası səlahiyyətli şəxslərdən kömək istəyir
Dünən, 16:41
"Qısa zamanda sülh müqaviləsi imzalana bilər” - deputat
Dünən, 16:37
Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir - BARIŞIQ İSTƏMİRLƏR...
Dünən, 16:34
Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? - AKTUAL
Dünən, 16:33
Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:31
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir - FOTO
Dünən, 16:27
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb - FOTO, VİDEO
Dünən, 16:21
Paşinyan COP29-da iştirak üçün dəvət alıb - Ermənistan XİN
Dünən, 16:19
ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... - FOTO
Dünən, 16:17
DEM partiyasının baş ofisinə hücum olub
Dünən, 15:04
Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir - Başqa yolu yoxdur...
Dünən, 14:00
Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib
Dünən, 13:58
“Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" - Rusiyalı politoloq
Dünən, 13:56
DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? - Ekspert AÇIQLADI
Dünən, 13:50
“Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? - FOTOLAR
Dünən, 13:42
Sülh sazişini bu formada imzalamağa hazırıq - Qriqoryan
Dünən, 13:39
"COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" - Vüqar Oruc
Dünən, 13:33
“İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” - NARAZILIQ VAR...
Dünən, 13:30
Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb - SƏBƏB
Dünən, 13:16
Həm maaş, həm də pensiya alan deputatlar - SİYAHI
Dünən, 13:09
Qonşu ölkədə dollar kəskin bahalaşdı – Azərbaycanı nə gözləyir?
Dünən, 13:01
Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” - "Bir müddətdir anamla danışmırdım"
Dünən, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru