"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                 

Xalqın arvadı olan müğənnilər, səmimi Röya, Elzaya üç "maddə" - HƏFTƏBECƏR
Tarix: 11-03-2015, 09:02 | Çap et
Xalqın arvadı olan müğənnilər, səmimi Röya, Elzaya üç "maddə"
Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan “Həftəbecər”i təqdim edir.

Yadınızdadırsa, ötən həftə sizə söz vermişdim ki, növbəti - 21-ci “Həftəbecər” daha maraqlı olacaq. Amma gedişat sizə söz verdiyimdən də fərqli oldu.

Ötən həftə Nazənin-Təranə “döyüşünün” növbəti raundu baş tutdu. Rəqiblərdən biri digərinin sekundantını nokdauna göndərsə də, nokaut baş vermədi. İndi keçək şou-biznes “dilində” izaha. Nazəninin prodüseri Pərviz Abbasov məclislərin birində Musa Musayevə yumruq atmışdı. Elə hər şey də o yumruqdan sonra qızışdı və polis prodüseri çəkiliş meydançasından birbaşa bölməyə apardı. Musa Musayev də jurnalistlərə bildirdi ki, nə olur-olsun, onu bağışlamayacağam. Elə xəbər təzəcə saytlarda “oç eləmişdi” ki, Pərviz çıxıb açıqlama verdi ki, polisdən qaçmayıb, sadəcə, işi olduğu üçün gedə bilmirmiş. Axırda da əlavə edib ki, hər şey qaydasındadır, mənim adımdan yalan xəbər yayıb, şou yaratmasınlar. Növbəti seriyanı səbirsizliklə gözləyirəm...

Müğənni Afaq Aslanla bağlı xəbər isə daha maraqlıdır. Xanım sənətçi ana olmaq istəyir, amma... Sitatı oxuyun, sonra deyəcəklərim olacaq:

“Mən də əksər qadınlar kimi ana omaq istəyirəm. Amma istəmirəm ki, uşağımın atası olsun. Bəlkə də, bu açıqlamam bir çoxlarına qəribə gələcək. Amma bu, mənim seçimimdir. Kimsə mənim həyatıma, seçimlərimə qarışa bilməz. Bu günə qədər kişilərdən o qədər etibarsızlıq görmüşəm ki, ona görə də istəyirəm ki, uşağımın atası olmasın. Yəni süni mayalanma ilə uşaq dünyaya gətirəcəm. Həyatımı hər hansı kişiyə bağlayıb, əsəblərimi korlamaq istəmirəm. Mən uşağıma həm ata, həm də ana olacam. Ona atasızlıq nə olduğunu yaşatmayacam. Cəmiyyətdə o qədər ailələr var ki, ailə qururlar, daha sonra kişi tamamilə dəyişir. Nəticədə də boşanırlar, uşaq da atası ilə qalır. Düşünürəm ki, bu addımımla pis nəsə etmirəm. Bir çox dünya ulduzları da süni mayalanma ilə övlad dünyaya gətiriblər.

2009-ci ildə ailə qursam da, 2011-ci ildə boşandım. Normal ailə qurub, gəlin köçmüşdüm. Evdar xanım idim. Lakin mən yoldaşımdan hamilə olan zaman o mənə xəyanət etdi. Beləcə də mən uşağı tələf etdirdim, boşandıq. İndi heç kimsədən asılı deyiləm. Həyatımı yaşayıram”.

Başa düşürəm, bir az qəliz söhbət oldu. Elə mən də bu sitatı oxuya-oxuya nə yazacağımı düşünürdüm. Sitatdan əvvəl verdiyim sözə görə də üzrlü sayın, çünki matım-qutum quruyub…

Əməkdar artist Elza Seyidcahan isə “Bu şəhərdə” komandasını məhkəməyə verəcək. Dediyinə inansaq, buna səbəb aktyorların onu parodiya etməsidir. Seyidcahan ardınca əlavə edib ki, Azərbaycanın ən varlı aktyorları məhz Rəfael İsgəndərov və Coşqun Rəhimovdur. Elə buna görə də onlardan yüz min istəyəcək. Komandanın prodüseri Müşviq Abbasov isə əməkdar artistə dəyərli məsləhət verib. Deyib ki, sənətçi məhkəmədə təzminatı avroyla tələb etsin. İndiyə kimi “Bu şəhərdə” komandasının heç bir üzvüylə nəinki müsahibəm, heç ünsiyyətim də olmayıb. Amma Seyidcahanla bir dəfə eyni verilişdə qonaq olmuşuq. Bunu ona görə qeyd edirəm ki, növbəti fikirlərim sizdə qərəz təəssüratı yaratmasın. Məncə, Yazıçılar Birliyi, xalq şairləri, eləcə də digər qələm adamları tezliklə Elza Seyidcahanı məhkəməyə verməlidirlər. Birincisi, o, həftədə ən azı iki dəfə şairləri parodiya edir, guya şeirlər yazır. İkincisi, yazdığı azmış kimi həmin şeirləri bəzi jurnalistlərə göndərir ki, dərc etsinlər… Üçüncüsü olmasa da olar. Çünki bu iki “maddə” təzminat üçün yetərlidir.

Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarovun bu açıqlamasını oxuyandan sonra doğrudan da çox pis oldum. İki uşağının anası, on ilə yaxın müddətdə bir yastığa baş qoyduğun qadın barədə “mən onu öz evimdən qovmuşam” ifadəsini işlətmək… söz tapmadım. Ayıbdır! Amma bu arada şou-biznesdə daha bir yenilik kəşf etmişəm. Sən demə, prodüserlər həm də çalışdıqları müğənnilərin şəxsi həyatlarına bilavasitə cavahdeh imişlər. İnanmırsınızsa, Lalə Məmmədovanın prodüseri Vəfa Nuriyevanın İlham Qafarov haqda verdiyi açıqlamanı oxuyun:

“Bütün şəhər bilir ki, o, alfonsdur. Lalə xanım son vaxtlar keçmiş həyat yoldaşının adını heç yerdə çəkmir. O niyə ad çəkir? Özünü reklam etmək istəyir? Deyir ki, alfons deyiləm. Neçənci ildə harada işləyib? Mən hər şeyi gözəl bilirəm. Üç-dörd aydır, aliment vermir, gətirib alimenti versin. İlham pul qazanırdı ki, 43 min manata ev alsın? Hamısı Lalənin pulları idi. İndi də pul qazansın, gedib nə gündə yaşadığına baxın. Lalə çox qeyrətli, namuslu, şərəfli xanımdır. Bu günə kimi əri çox şey etsə də, Lalə heç nə etməyib. Heç kim deyə bilməz ki, Lalənin üzərində hansısa damğa var. İndiki dövrdə şou-biznesdə təmiz adı saxlamaq hər qadının işi deyil. İlhamın isə necə arvadbaz, içki düşkünü olduğunu mən yaxşı bilirəm”.

Məncə, digər prodüserlər də bu açıqlamadan örnək götürməlidirlər. Yoxsa Pərviz Abbasov kimi? Hörmətli Abbasov, elə bilirsiniz, özünüzdən 20 yaş böyük olan Musa Musayevə yumruq atmaqla qəhrəmanlıq etmisiniz? Görün necə prodüserlər var e. Müğənninin keçmiş ərinin arvadbaz olduğunu da bilir. Zəhmət olmasa, gözünüzə su verin. Su olmasa, meyvə şirəsi də məsləhətdir.

Müğənni Röya Ayxan. Dinləyicisiyəm, lakin pərəstişkarı deyiləm. İndiyə kimi dəfələrlə tənqid etmişəm. Amma bu dəfə verdiyi açıqlama bu xanımın səmimiyyətin zirvəsində olduğunu göstərdi. Sitatı şərhsiz təqdim edirəm:

“İncəsənət adamları artıq öyrəşiblər yalandan efirdə namus-qeyrətdən danışmağa... Gedib yeniyetmə qızları, nəvələri ilə məşğul olsunlar. Mənim hay-hayım getdi. Məni alan aldı, satan satdı. Məni bundan sonra almayacaqsınız ki?! Məni neyləyəcəksiniz ki? Dinləyin, kef edin. Mən bundan sonra necə varam, elə də yaşayacağam. Bundan sonra haqqımda danışanların hamısını qoyacağam ortalığa. Məgər hansısa kişinin sevgilisi olmur? Yoxsa ki, sevgilisinin rəfiqələri olmur? Ona görə də barmaq uzatmayın, yandırar”.

Elə buna bənzər daha bir açıqlamanı Nadir Qafarzadə verib. Deyib ki, ömrü boyu müğənni xanımla evlənmərən, nə də oğlumu qoymaram müğənni xanımla evlənsin:

“Heç kim məndən küsməsin, inciməsin! Yenə də deyirəm, birmənalı olaraq müğənni xanımla evlənmərəm. Sənət aləmində belə bir əhvalat danışılır. Hüseyn Arif xanım sənətçilərdən birinə zəng vurur ki, filan rayonda toy var, gəl gedək. Həmin müğənni “ərim rayona toya qoymur” deyəndə şair ona belə cavab verir: “Sənin ərin xalqdır”. Düz də deyib. Müğənni arvad tək mənə məxsus olmayacaq. Arvad gedib gecə yarıya qədər toylarda oxuyub pul qazanacaq, mən də evdə oturub onu gözləyəcəm. Sonra da 100 minlik maşın sürüb genələcəm”?

Bahoo, mən elə bilirdim “xalqın arvadı” termini təkcə bizim sahədədir. Sənət aləmində də varmış ki. Qulaq gündə bir söz eşitməsə kar olar, ay toba...

Müğənni Günay İbrahimli sevgilisindən ayrılıb. Bu münasibətlə gənc sənətçimizə səbr diləyir, möhkəm olmasını arzu edirik. Necə deyərlər, kişinin başına iş gələr.

Gündəmin əvəzolunmaz isimlərindən Rəqsanə İsmayılovanın açıqlaması isə Röya və Nadirin dediklərinə dəstək xarakteri daşıyır. Elə onun söhbətində Röyanın da adı keçib. Sənətçi geyiminin Röyanın libasına bənzədilməyi ilə razılaşmayıb və bildirib ki, iki il öncə həmin paltarda fotosessiya etdirib. Məsələnin ən ləzzətli yeri isə burasıdır. Oxuyaq:

“Açıq-saçıq geyinirəm, əcəb edirəm. Hələ bir həftə sonra daha qısa libasla efirə çıxacam. Mənə belə xoşdur”.

Bax hirsləndirəcəksiniz, sabah efirə ondan da betər geyimdə çıxacaq. Sizə lazım idi? Hələ iş bununla bitmir, gəlirik kulminasiyaya:

“Bəzi müğənnilər var ki, başqa adlarla ürəklərindəki kinli sözləri boşaldırlar. Mən onlar kimi kiminsə ərini əlindən almıram. Televiziyada başqa cildə girmirəm. Kiminləsə sevgilidirlər, başqasının əri ilə gəzirlər. Amma efirə çıxanda özlərini mələk kimi göstərirlər. Şou-biznesdəkilərin davası həmişə kişi üstündə olub. Biri onun sponsorunu əlindən alır, digəri başqasının. Mən nə sevgilim, nə də ərim olanda bunu gizlətmişəm”.

Xarici ölkələrdə sənətçilər, məşhur simalar adətən sosial aksiyalarda iştirak edirlər, bildiklərini, necə deyərlər, qara camaatla paylaşırlar. Hərçənd ki, xarici ölkələrin qara camaat dediyimiz toplumu bizim məşhurlardan daha geniş düşüncəlidir. Aparıcı Lalə Əlimuxtarovanın sürücülüklə bağlı açıqlamasını diqqətlə oxuyun. Adam özü etdiyi qanun pozuntusunun təbliğatıyla məşğuldur:

“Kişilərin 70 faizindən yaxşı sürücüyəm. Bunu məni tanıyanlar da təsdiqləyərlər. 2008-ci ildən maşın idarə edirəm. Qaydaları çox pozuram... Amma yüngül olur, vəsiqəmə bal düşmür. Kəmər taxmıram, ürəyim sıxılır. Şəhərin içində onsuz da sürət 50-dən yuxarı olmur. Rayonlara gedəndə məcbur taxıram”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Bu gün, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Bu gün, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Bu gün, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Bu gün, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Bu gün, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Bu gün, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Bu gün, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Bu gün, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Bu gün, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Bu gün, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Bu gün, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Bu gün, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Bu gün, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Bu gün, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Bu gün, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Bu gün, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Bu gün, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Bu gün, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru