"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                 

“100 kağız” filminin rejissoru: “İşimdən tam razı deyiləm”
Tarix: 11-04-2015, 09:55 | Çap et
“100 kağız” filminin rejissoru: “İşimdən tam razı deyiləm”
Kulis ekranlara yeni çıxan “100 kağız” filminin rejissoru Şahin Zəkizadə ilə müsahibəni təqdim edir.


- Siz klip, reklam, serial sahəsində işləmisiz. Burda istifadə olunan iş metodları, estetika fərqlidir. Bu, sizə film çəkəndə mane oldu?

- İllər boyu işlədiyim reklamlar bizim səriştəmizi, artırıb. Və mənə imkan yaratdı ki, qısa müddətdə filmi ərsəyə gətirim. Bizdə filmin istehsalında rejim bir az fərqlidir. Amma reklam sahəsində rejim daha ciddidir. Çünki qısa bir zamanda sən sifarişçiyə iş təqdim eləməlisən, keyfiyyətində heç bir qüsur olmadan onu təhvil verməlisən. Bu baxımdan neçə ilin səriştəsi mənə imkan yaratdı ki, filmi 4 aya çəkim. Sonra postprodakşn, montaj, səs yazma, dublyaj...

- Dünən telefonla danışanda dediniz ki, filminizin pis tərəflərini bilirsiz. Deyə bilərsiz hansılardır?

- “100 kağız” janrına görə komediyadır. Ona görə zala gələn tamaşaçı ard-arda gülüş dalğası gözləyir. Amma tamaşaçı da bunu bilməlidir ki, teatr, KVN səhnəsindən filmin fərqi ondadır ki, insanı həm də düşündürməlisən, yalnız güldürməməlisən. Dünya formatında çəkilən komediyalarda bu var. Mister Bindən başqa. Mister Binə uyğun filmlər bizdə də var. Amma bizim filmdə bir az da faciə xətti olduğuna görə düşündürücü nüanslar yer alıb. O ki qaldı qüsurlara, müəyyən aktyor oyununda var. Amma bu o demək deyil ki, aktyorlarla işləməmişik. Texniki qüsurlar da var. Bu, mənim birinci filmimdir. Bu sektorda maliyyə baxımından müstəqil filmlər iki ildir ki, çəkilməyə başlayıb. İki ildə rejissor quruluşuna, aktyor oyununa, filmin keyfiyyətinə görə Hollivud səviyyəsini gözləmək qeyri-mümkündür. Birinci, bizdə kinoya o qədər vəsait buraxılmır. Ssenari çox gözəl ola bilər. Amma lazımi maliyyə olmayanda yaxşı ssenaridən yaxşı film ərsəyə gətirmək olmaz.

- Niyə bizim rejissorlar daim Hollivudla müqayisə aparırlar. Hollivudda keyfiyyətsiz filmlər də çox çəkilir. Müstəqil Amerika kinosu, az büdcə ilə çəkən rejissorlarla müqayisə yoxdur. Kristofer Nolan ilk tammetrajlı filmini 6 minə çəkmişdi.

- Mən onun 7 minə çəkdiyi sənədli qısametrajlı filmə baxmışam. Məsələn, “Kriminal qiraət” filmi az büdcə ilə çəkilib, yaxşı gəlir gətirib. Amma baxaq onlar nəyə az deyir, biz nəyə az deyirik. Onlar 300 minə az büdcəli deyir. Halbuki bizdə 300 minə bədii film çəkilir. Sovet dövründə Cəfər Cabbarlı adın “Azərbaycanfilm” kinostudiyasında ardıcıl film istehsal olunurdu. O dövrdə müəyyən plan vardı ki, onu yerinə yetirirdilər. Ona görə insanlar nə qədər işləyirsə o qədər peşəkarlaşırdı. Amma uzun müddət durğunluq yaşandı kinoda. İndi-indi başlayıb dirçəlməyə. Sizin xoşunuza gəlməsə də “Cavad xan”, “Hökmdarın taleyi”, “Mən evə qayıdıram” kino olmayan yerdə yaxşı filmlərdir. Hər şeyi tənqid eləmək olar. Tənqid çox asandır.

- Amma biz, məsələn, “Nabat”, “Axınla aşağı” filmlərini tənqid eləməmişdik. Əksinə, dünyaya çıxacaq çox normal, yaxşı filmlərdir.

- Biz məsələn futbola baxıb çox oyunçuları tənqid edirik. Amma 60 minlik stadionda bir topu oynat görüm necə oynadırsan. Oyunun içində olmaq lazımdır. İçində olanda bilirsən ki, burda nə proses gedir. Dünya standartlarından danışırıqsa, Bollivud da var, Rusiya da, Türkiyə də. Onlarda inkişaf gedəndə biz durğunluq yaşayırdıq. Mən serial da çəkmişəm: “Həkimlər”. Seriallar da 3-4 ildir ki, başlayıb. Onlar serialları artıq bədii film kimi çəkirlər. Türkiyədən danışıram. Bizim aktyorlar teatr səhnəsindən gəlib. Teatr səhnəsi istəsə də, istəməsə də pafos tələb edir. Kamera isə böyüdücü şüşədir. Bir balaca gülürsən yekə gülüş çıxır. “Həkimlər”i çəkəndə əziyyət çəkmirdim, çalışırdım ki, onlardan teatrallığı uzaqlaşdırım. Bu da ki, ya alınır, ya alınmırdı. Bizim bədii filmdə də müəyyən aktyorlarda bu, qalıb.

- Çəkilən bütün komediyaların üslubu eynidir: klip estetikası, sürətli montaj, bol musiqi... Sizin filmdə də var.

- Mən heç inkar da eləmirəm. Müasir tamaşaçının gözü artıq belə estetikaya öyrəşib. Xaricdə də belə filmlər çəkilir. Bu, normaldır. Klip estetikasının özü də kinodan gəlib. Pərviz Məmmədrzayevin oynadığı mollanın simasının dəyişdiyi səhnə var filmdə. Mən özüm dinlə bağlı insanam, amma, din xadimi olsa da, ikiüzlü insanları sevmirəm. Onun situasiyaya uyğun olaraq molla paltarını dəyişməsi öz maskasını cırmasıdır. Mən onu ney, tütək səsi ilə eləyə bilməzdim. Janrın tələbatına görə ona istər-istəməz klip estetikasına görə müraciət etməliydim. Dinamik şəkildə çatdırmalıydı ki, tamaşaçıya daha tez çatsın. Polis saxlayanda “Bismillah” deməsi ona xidmət edirdi ki, iç üzü açılsın. Montaj janra və vəziyyətə xidmət eləməlidir. Bizim filmdə də süjetə xidmət edir.

- Bir neçə yerdə sürətləndirilmiş kadrlar vardı ki, mənə elə gəldi asan yola qaçmısız.

- Mən asan yola qaçmamışam. Qətiyyən. Tempo ritm, kadrdaxili dinamika deyilən şeylər var. Orda bir neçə yerdə dediyiniz səhnələr vardı. Birində Brilliant Dadaşovanın, birində Çarli Çaplinin musiqisindən istifadə elədik. Klassik filmlərə dəyər verən insanam. O kadrlarda dialoq vardı. Amma daha maraqlı sürətli versiyası idi. Çox dialoq olmasın deyə onu vermədik, görüntü ilə verdik.

- Filmdə dram, faciə elementləri də vardı...

- Tamaşaçı sırf komediya kimi qəbul edir və gözləyir ki, məni niyə güldürmürlər. “Ulduz” filminə baxanda daim gülmür axı. Bizim tamaşaçı öyrəşib pafoslu yumora, göbəkdən aşağı yumora. Bizim filmdə də elə nüanslar vardı, amma dərin deyildi.

- Yeni çəkilən komediyalarda homoseksual obrazının, yaxud onlara eyham edən nələrinsə olması ənənə halını alıb. Sizdə homoseksual obrazının olması hansı ehtiyacdan doğdu?

- Biz orda heç kəsi təhqir eləməmişik, çalışmışıq ki, situasiyanın özü gülməli olsun. Obrazın özü gülməli olsun. Mənə elə gəlir ki, bu, alınıb. Sizlə bir şeydə razıyam ki, bizdə filmlərdə də, KVN səhnəsində də o var. Biz Azərbaycanda yaşayırıq. Və eyni baxış bundan irəli gəlir, yəni başqa cür necə göstərmək olar. Biz orda onu təhqiramiz göstərməmişik. Necə ki, başqaları göstərir. Əksinə istədik gülüş doğursun. Mən onları təbliğ edən film çəkmərəm. Ümumiyyətlə, düşünürəm ki, hər filmin mesajı olmalıdır. Necə ki, bu filmdə var. Bir epizodda bunu vermişəm.

- “Bomj”la bağlı, yoxsa Roza Zərgərli ilə bağlı səhnədə?

- “Bomj”un Şekspirdən dediyi monoloq. “Bomj” görürüksə, o demək deyil ki, savadı yoxdur. Sadəcə onları həyat bura gətirib çıxarıb. Belə insan tanıyırdım. Məhəlləmizdə tikilinin altında yaşayırdı. Mən şokdaydım ki, insan haradan-hara gələ bilər. Onun danışığını sübut edən fotoları vardı. Özü ilə gəzdirirdi. Hər sözünün təsdiqi vardı. Brilliant zavodunun direktoru olub. Sonra müflisləşib. Əynində bir şalvarı vardı, iki tərəfdən sökük idi. Sual verirdim ki, daxili gücün yoxdur, qalxasan yenidən. Deyirdi, istəmirəm. Belə yaxşıdır. İmkanların olanda ölmək istəyirdim, amma indi yaşamaq istəyirəm.

- “100 kağız” iki saata yaxındır. Çəkilən komediyaların hamısının həcmi bu qədərdir. Lakonik ola bilərdi ki, tamaşaçı yorulmasın.

- Material üç saata yaxın idi. Montajda kəsib dinamik elədik. Daha dinamik ola bilərdi. Mən o həcmdə gördüm və elə təqdim elədim. Yeri gəlmişkən, müəyyən məbləği sponsorlar verib. Prodüserlik edən adamlar da vardı: Tahir Tahiri və Seymur Səfərov. Yaxın dostlarımdı. Onlar filmin yaranmasında dəstək oldular. Bizim ikinci filmimiz də var. Dövlət sifariş verib. “Əhməd hardadır” filminin remeyki. Sadəcə, olaraq məkan, zaman anlamında dəyişikliklər olacaq.

- Aktyorlardan razı qaldınız?

- Aktyorlar özləri özlərini kəşf elədilər. Ən çox özünü kəşf edən Elnur Kərimov oldu.

- Homoseksual rolunu Elnurun oynaması mənim üçün də gəzlənilməz oldu. Rahatlıqla razılaşdı?

- Yox. Hər aktyor o yükü öz üzərinə götürə bilməz. Yəni ki, razılığa getməz, cəmiyyətin reaksiyalarına görə. Dəfələrlə izah elədim, danışdıq və Elnur razılığa gəldi. Çoxuna elə gəlir ki, mənim tanışım olduğuna görə aktyorlar rahat razılıq veriblər. Dilarə xanımla “Soy” kompaniyası yaranandan bir yerdə işləmişik. Bəhram Bağırzadə ilə neçə illərdir tanışıq. Dostum ola bilərlər, amma özlərinə xələl gətirəcək şeyə görə razılıq verməzlər. Qurban İsmayılov kadra girəndə artıq, bu, kinodur. Bəhramın xarizması var. Bizim filmdə onun xarizması parlaq ifadə olunub. O, daha çox kino adamıdır. Dilarə xanım falçı obrazında oynamamışdı indiyədək. Özü də çoxu onu tanımadı... Saçı, makiyajı... Öz işimi tərifləmək istəmirəm. Özünü tərifləyəndə inkişaf dayanır. Öz işimdən razı deyiləm tamamilə. Birinci filmimizdir. Müəyyən hissələr kimisə qıcıqlandıra bilər, ya deyərlər ki, bu nədir. Vaxtilə “Bəxt üzüyü”, “Bəyin oğurlanması”nı qəbul etmirdilər. İllər keçdi anladılar. Dramaturji tərəfdən razıyam. Çünki son redaktə işlərini İlqar Fəhmi görüb. Müasir dövrümüzün çox savadlı yazarıdır.

- Seanslara gedirsiz?

- Biz Park Bulvarda bir seansa getdik ki, tamaşaçı harada gülür. Gələcək işlər üçün. Çox qəribə tamaşaçımız var. Ağlımıza gətirmədiyimiz yerlərdə gülürdü. Bir tamaşaçı vardı, hər detala gülürdü. Tamaşaçı diqqətlidir, peşəkarlaşır. Bəxtimizdən bizim filmlə eyni vaxtda “Forsaj” da nümayişə girir. Biz o boyda filmlə guya rəqabət aparmaq istəyirik. Nə dərəcədə alınacaq, bilmirəm. Bu da bir sınaqdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Bu gün, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Bu gün, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Bu gün, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Bu gün, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Bu gün, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Bu gün, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Bu gün, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Bu gün, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Bu gün, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Bu gün, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Bu gün, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Bu gün, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Bu gün, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Bu gün, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Bu gün, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Bu gün, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Bu gün, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Bu gün, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru