Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                 

“Həsən özünə idman avtomobili, ev, villa aldı, mən isə…” - Elməddindən ilginc etiraflar
Tarix: 28-04-2015, 08:37 | Çap et
“Həsən özünə idman avtomobili, ev, villa aldı, mən isə…”
Son zamanlar bir-birinin ardınca bir neçə yerli film istehsalata buraxıldı. Hay-küylü təqdimat mərasimləri ilə tamaşaçının ixtiyarına verilən bu filmlərin əksəriyyəti komediya janrındadır və belə görünür ki, istehsalçılar gülməli filmlərlə diqqət çəkmək, tamaşaçı yığmaq fikrindədirlər. Hərçənd, bu filmlərə münasibət birmənalı deyil. Amma aralarında digərləri ilə müqayisədə yaxşı mənada fərqlənənlər də var. Belə filmlərdən biri də “Xoxan”dır. Bu filmdə istifadə edilən zarafatların bayağı və 18+ olmaması tamaşaçının ailəsi ilə birlikdə filmi izləməsinə imkan verir. “Xoxan”ın baş rol ifaçılarından olan Elməddin Cəfərov da filmin əsas üstünlüklərindən biri kimi məhz bu məqamı vurğulayır.

“A24.az”ın redaksiyasının qonağı olan aktyor bu günlərə necə gəlib-çıxdığı barədə danışıb, xatirələrini bölüşüb…



“Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm”

- “Xoxan”ın uğurlu alınacağına inanırdınız?

– Filmin uğur gətirəcəyinə inanırdıq. Uğur gözlənilməyən işi kimsə etməz. Sadəcə, biz filmin bu qədər seviləcəyinə inanmırdıq. Əsas məsələ budur ki, filmimizdə komanda işi var idi. Rejissor Samir Kərimoğlu, prodüserlər Zaur və Orxan, aktyor heyəti və s. hamı işini görə bilən insanlar idi. Bu layihədən sonra anladıq ki, komanda işindən uğur qazanmaq olur. Bizdə əsasən fərdi işləməyi sevirlər, ancaq fərdi iş görəndə, o işə yalnız müəyyən bir kütlə baxır.

- Kinoda 18+ zarafatlar və səhnələrin olmaması əsas fərqinizdi…

– Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm. Əgər hər hansı bir aktyorun hərəkətindən anamın, bacımın, yaxud həyat yoldaşımın xoşu gəlmirsə, həmin hərəkəti heç vaxt etmərəm. Bu hərəkətin doğru olmadığını deyəndə, həmin insan qıcıq olur. Deyir, mən belə istəyirəm. Bu da normaldır, kim nə istəyir, onu edir.Mən isə belə mövzuları işimə yansıtmamağa çalışıram.

- Hansı yerli kinokomediyanı izləyib uğurlu hesab etmisiniz?

– “My name is İntiqam”, “Ay Brilliant”, “Səhra almazı” filmlərini izləmişəm. Düşünürəm ki, hər biri öz-özlüyündə uğurludur. Hər filmin öz kütləsi və baxıcısı var. Uğursuzluq yalnız budur ki, insanlar reklam olunan filmdən daha çox uğur gözləyir. Film nümayiş olunduqda isə istədiklərini və düşündüklərini görə bilmirlər. Məsələn, mən getdiyim filmdə hansı kütlənin olacağını təxmin edə bilirəm və xəyalımda yaratdığımla baxdığım üst-üstə düşəndə, uğurlu hesab edirəm. Ancaq insanlar gözlərində çox şişirdirlər və çox möhtəşəm kino gözləyən yerdə, bir az daha zəif film izləyəndə, uğursuz hesab edirlər. Bu, zamanla düzələcək.

- Yeni filmlərə çəkilməklə bağlı planlarınız var?

– “Xoxan” dan sonra çoxlu təkliflər gəldi. “Xoxan 2”-yə çəkilməyi planlaşdırıram. Təbii ki, filmin adı dəyişdiriləcək. Ancaq mövzu yenə eyni qalacaq. Yeniliklər olacaq. Filmin ssenarisi hələ təsdiqlənməyib.

Bundan başqa, 1-2 filmə, demək olar ki, razılıq vermişəm. Orda Fərda yoxdur, tamamilə başqa kollektivlə çalışacam. 90 faiz təklif edilən filmlərdən imtina edirəm. Çünki ssenari və kollektivi bəyənmirəm. Sözün düzü, bir neçə filmlər də ekrana çıxarıldı. Ancaq onlar sözün əsl mənasında rəzil oldular. Hətta filmlərin birində 15 dəqiqə oturandan sonra mən, zalda oturanlar çıxıb getdik. Birinci sırada oturan aktyor heyəti belə film zamanı utanıb kənara çəkildilər.

“Üz cizgilərim həmişə görünüşümü pozurdu…”

- Aktyor olaraq öz peşəkarlığınızı sübut etmisiz. Lakin sizdə tamaşaçını güldürən əsas səbəblərdən biri üz cizgilərinizin gülüş doğurmasıdır…

– Uşaqlıqdan bəri görünüşümlə bağlı komplekslərim olub. Mən də gənc olmuşam, yaraşıqlı görünmək istəmişəm. Nə geyinirdim, yaraşmırdı. Bədən cəhətdən yaxşıdı, üz cizgilərim isə həmişə görünüşümü pozurdu. Bunu özümə ciddi kompleks etmişdim. Sonra zamanla gördüm ki, reallıq budur, əlimdən heç nə gəlməz. Zaman keçdikcə özüm-özümü bəyəndim, öyrəşdim, razı qaldım. Bu görünüşümə tamaşaçı da öyrəşdi və qəbul etdi. Üz cizgilərimi rahatlıqla idarə edə bilirəm. Bəzən özüm roluma görə idarə edirəm, bəzən isə qeyri-ixtiyarı bəzi mimikalardan istifadə edirəm. İnsanlar deyir ki, mən danışanda belə gülüş yaranır. Artıq bütün bunları normal qəbul edirəm. İkinci yolum yoxdur, plastik əməliyyat da etdirəsi deyiləm ki…

- Gənc həmkarlarınızın fəaliyyətini necə dəyərləndirirsiniz?

– Biz yeni-yeni fəaliyyətə başlayanda, bəzilər acılayırdı, pisləyirdilər. İndidən deyim ki, zəif işlər çox olacaq. Lakin zamanla ələkdən keçəcəklər və ən yaxşıları qalacaq. Onlar peşənin sirlərini öyrənəcəklər, biz onları tanıyacağıq. Gənclərimiz bizim və tamaşaçıların nə istədiyini anlayacaqlar. Bəzən rəzil olan filmlər də olacaq. Rəzil olan rejissor və aktyoru da elə həmin filmə görə silmək olmaz. Şəxsə zaman tanımaq lazımdır. Sadəcə, xahiş edirəm ki, evdəkilərin baxa bilməyəcyi səhnələri filmlərdə canlandırmasınlar. 18+ mövzuları vizual olmasa da, sözdə göstərirlər. Bunları yığışdırsalar, gələcəkdə uğur qazana bilərlər. Cəmiyyətin mədəniyyətini pozanlara nifrət edirəm. Bacarırsansa, istedadını göstər…

Bu yaxınlarda mağazada telekanalların birində 3 ay veriliş aparıb sonra fəaliyyətini dayandıran bir şəxsi gördüm. Səsi bütün mağazanı bürümüşdü, qışqıra-qışqıra “noldu mənim istədiyim” deyə işçilərə müraciət edirdi. Arada mənə tərs-tərs baxırdı ki, yəni “sən kimsən?”. Mənə də qəribə gəlir ki, 18 ildir bu sahədəyəm, insanlar məni tanıyır. 3 ay veriliş aparmaqla nə olub ki, nə əldə etmisən? Belə insanlara uğur arzulamaq heç içimdən gəlmir. Ancaq qoy Allah onun da köməyi olsun. Mən sizlərləyəm, eyniyik. Mənim sizlərdən heç bir üstünlüyüm yoxdur. Tək üstünlüyüm işlədiyim sahənin bu gün dəbdə olmasıdır. Siz necə yatıb-durursunuzsa, mən də eyni cür yaşayıram. Aktyor daima müəllimindən nələrsə öyrənməlidir. Məsələn, virtual müəllimim Paolo Villaggio olub. Sadəcə, onunla görüşə bilməyimiz imkansız idi. Birincisi, mən onu tanıyanda, o, artıq dünyasını dəyişmişdi. İkincisi, İtaliyada Paolodan dərs almağım üçün şərait yox idi. Üçüncüsü, isə o, ümumiyyətlə, dərs deməyib. Paolo mənə çox yaxın xasiyyətdə birisi idi. Real müəllimim isə Yaşar Nuriyev olub. Hər gün birlikdə məşq edirdik, dərs alırdım. Eyni tamaşada rol alırdıq. Hər dəfə iş bitəndən yarım saat sonra da Yaşar müəllim bizi danlayırdı, acılayırdı. Yaşar müəllimdən başqa, Firəngiz və Fatma xanımdan (Firəngiq Mütəllimova və Fatma Mahmudova –red.) da dərs almışam. İnsan xalq və əməkdar artistlərdən dərs aldıqca, istər-istəməz nələrsə öyrənir. Sonra evə gedib öyrəndiklərini analiz edirsən və özündə olanları da onun üstünə əlavə edəndə, ortaya yeni bir aktyor çıxır.

“2000 nəfərlik konsertdən 75 dollar pul aldıq…”

- Həsən Əliyevin “Toy 2” filmində sizi görməməyimizin səbəbi nədir?

– Filmin qala gecəsi olub? Vallah o gecəyə dəvət olunmamışam. Məni dəvət etmədiklərinə görə filmin harda, saat neçədə nümayiş olunduğunu bilməmişəm. Ancaq Həsən “Tək səbir” adlı yeni veriliş açır. İşlərində uğurlar arzulayıram. Nə kömək lazım olsa, qulluğundayam.

- Yeri gəlmişkən, Həsənlə münasibətiniz necədir?

– Heç çoxdandır görüşmürük… Hər kəsin başı öz işinə qarışıb. Bir dəfə yas mərasimində qarşılaşdıq, normal salamlaşıb görüşdük.

- “Tək səbir” komandası niyə dağıldı?

– İdarəçilik zəif idi. Bizim Həsəndən soyumağımızın əsas səbəbi də bu idi. Hər şey pik nöqtədə olanda, idarə edə bilmədi. İdarə edə bilməməyinin səbəbi isə onun qabiliyyətsizliyi deyildi, çünki Həsən çox qabiliyyətli və idarəçiliyi yaxşı bacaran insandı.

- Həsən deyir ki, komandanın dağılması sizin və Fərdanın öz yolunuzu getmək qərarını verməyinizlə başladı. Bu doğrudur, yoxsa başqa səbəblər var?

– Düz deyir, biz komandadan ayrıldıq. Ancaq ayrılmağa Həsən vadar etdi. 3 il ərzində birlikdə işləməyi bacarmışdıqsa, nə oldu ki, yollarımızı ayırmalı olduq? 100 dollar maaş alırdıq, 105 dollar oldumu maaşımız? Əgər 230 dollara kirayədə qalırdımsa, 100 dollarla necə dolana bilərdim? Bütün bunları idarə etmək lazım idi. Konsert verdik, insan axını oldu. Konsertdən sonra böyük problemlər çıxdı. O boyda Sarayda (Heydər Əliyev Sarayı -red.) 2000 nəfərlik konsertdən 75 dollar pul aldıq. Yolumu getməyim neynəyim ki?

Övladım olanda, doğum evinə verməyə 200 dollar tapa bilmədim…

Məcbur idim toya gedim, film və reklam çəkilişlərini dəyərləndirim. Həsən özünə idman avtomobili, ev və villa aldı. Ancaq biz də kirayəmizi ödəyə biləydik də… Bütün bunlar deyilmir…

- Yeni yaradılan “Tək səbir”ə dəvət alsanız, Həsənlə çalışarsınız yenidən?

– İnanmıram ki, 10 ildən sonra biz yenidən birlikdə çalışa bilək. Çünki ən azından, fikir və maraqlarımız üst-üstə düşməyəcək. Bugünkü xərclərlə yenidən 100 dollara qayıtmaq istəmirəm. “Papa canı, bundan sonra yaxşı olacaq” kimi vədlərə inanmıram daha. Real olaraq maraqlarımın təmin olunduğu yerdə müqaviləylə çalışaram.

- Fərda və Müşfiq şou-verilişlərin aparıcıları oldular. Sizin belə niyyətiniz var?

– Əslində, mən də veriliş aparmışam. “Arı-show” adlı layihə idi. Dövrünün ən reytinqli şou verilişi idi. Ancaq istəmirəm. Seriallarda çəkilməyi uğurlu hesab edirəm. “Qız atası” və “Bacanaqlar” bu gün Azərbaycanın ən reytinqli seriallarıdır və mən ikisində də iştirak edirəm. “Bacanaqlar” baxımlı olması ilə yanaşı, ölkənin ən uzunömürlü serialıdır. 6 ildir davam edən serialın 272-ci bölümündəyik. Tələb olduğu müddətcə serial davam edəcək. Həyatda bir devizim var: bir işi bacardığım qədər etmirəm, sonuna qədər edirəm. Belə getdikcə, bacarmadığını bacarırsan…

- Sizcə, “Bacanaqlar” artıq insanları bezdirmir ki?

– Reytinqimiz çox yaxşıdır, tələbat var. Hər il fərqli və yeni seriallarımız oldu. Amma biz də olduğumuz kimi qalmadıq, inkişaf etdik. Bizdən sonra 40 serial açıldı, hamısı da bağlandı. Dünya praktikasına baxıb öyrəndik ki, serialı necə uzunömürlü etmək olar. Şükürlər olsun ki, öhdəsindən gələ bildik.

- Kollektivin əsas olduğunu söyləmişdiniz, bəs “Bacanaqlar”ın kollektivi ilə aranız necədir?

– Biz kollektivimzlə ailə kimiyik. 6 il ərzində birlikdə çalışdığın insanlarla zamanla ailəyə çevrilirsən. Bəzən günortalar gedib yeməyi kollektivlə birlikdə yeyirəm.

- “Bacanaqlar”ı brend etmək niyyətiniz var?

– Xeyr, belə istəyim yoxdur. Əslində, öləndən sonra xatırlanmağın tərəfdarı deyiləm. Öldüm, bitdi mənim üçün. Sadəcə, onu söyləyim, necə ki, qayınana deyəndə Nəsibə Zeynalovanın olduğu film yada düşür, bacanaqlar deyəndə də bizim serial və qəhrəmanlar yada düşəcək.

- Həyatda bacanağınız var?

– Var. Ancaq dostluğumuz bir o qədər güclü deyil. Çünki yaş fərqimiz çoxdur. Dünyagörüşümüz tam başqadır, çalışdığımız sahələr fərqlidir. O, bir müddət Gəncədə, mən Bakıda yaşamışam. Ayda-ildə bir dəfə görüşürük. Ancaq qohum olaraq bacanağımdı, uzaqdan gələndə, tanıyıram ki, bacanağım gəlir (Gülür).

- Bu gün cəmiyyətdə qohumluq ənənələri çox zəifləyib. Buna münasibətiniz necədir?

– “Skype” və digər sosial şəbəkələr insanları uzaqlaşdırdı. Sosial şəbəkələr müəyyən dərəcədə insanların həyatını rahatlaşdırdı. Ancaq reallığı öldürdü. Bunu çox normal qəbul edirəm. Lazım olanda, dostlarım və qohumlarımla kamera ilə danışıram. 20 il öncə məni tapmaq üçün ev telefonu ilə zəng edib deyirdilər ki, “Elməddinə de, axşam evdə olsun, zəng edəcəyəm”. İndi belə bir şey yoxdur, rahatlıqla öz telefonumla əlaqə saxlaya bilirlər.

- Sosial şəbəkələrdən də istifadə edirsiniz?

– Heç bir sosial şəbəkədən istifadə etmirəm. Çox rahatlıqla öz həyatımı yaşayıb, işlərimi görürəm. Sosial şəbəkəyə ayıracağım vaxtı ailəmə ayırıram.

- Bir müddət “Planet Parni iz Baku” komandasındayadınız, daha sonra sizi iştirakçılar arasında görmədik…

– Bir müddətlik dəvət etdilər, biz də iştirak etdik. Bəzi şərtlərimiz oldu, ssenari ilə, maddiyyatla bağlı, onlar təmin olunmadığına görə iştirak etmədik. Ancaq dostluğumuz qardaşlığımız hələ də davam edir…











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru